Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   37   38   39   40   41   42   43   44   ...   74

Mingəçevir  arxeoloji  qazıntıları  nəticəsində  əldə  edilmiş  heyvan 
fiqurlarının bu ərazidə yaşayan tayfaların əsas məşğuliyyətinin maldarlıqdan ibarət 
olmasını  təsdiq  etməklə  yanaşı,  əkinçiliyin  də  qismən  yayılmasını  göstərmişdir. 
Buna oxşar heyvan fiqurlarına Həsənlu, Germi, Ərşədən əldə edilmiş materiallarda 
da rast gəlmək olur. 
Azərbaycanın  şimal  rayonlarında  istehsal  qüvvələrinin  inkişafı  və 
insanların  sayca  çox  olması  onların  yaşayış  və  təsərrüfat  sahələrinin 
genişlənməsinə  səbəb  olmuşdur.  Bu  tələbatın  ödənilməsinə  hər  şeydən  əvvəl 
onların texniki cəhətdən yaxşı silahlanmaları kömək edirdi. 
Təbii  zənginliyə,  əkinçiliyin,  maldarlığın  və  xüsusən  metallurgiyanın 
inkişafı  üçün  misilsiz  xammal  mənbələrinə  malik  olması  Azərbaycanın  şimal 
rayonlarının (xüsusilə şimal-qərb rayonları)
228
 qeyd etdiyimiz  dövrdə başqa qonşu 
ölkələrlə sıx iqtisadi-siyasi əlaqələrə girdiklərini söyləmək olar. 
 
Z.  İ.  Yampolski  özünün  doktorluq  dissertasiyasını  Atropaten  və  Qafqaz 
Albaniyasının  istər  iqtisadi-ictimai  və  istərsə  də  bu  ərazidə  yaşamış  xalqın 
mənşəyi, dini, dili və daxili siyasəti məsələlərinə toxunmuşdur
229

Müəllif  bu  ərazidə  quldarlıq  dövründə  olan  ibadətgahların  Azərbaycan 
xalqının mənşəyi kimi aktual problemlərin öyrənilməsində  zəruri  olan  məsələnin  
həll    edilməsi  üçün  müəyyən  rolu  olduğunu  qeyd  edir  və  çox  qədim  dövrlərdən 
Azəybaycanın  iki  əsas  vilayətə:  Midiya  Atropateni  və  Qafqaz  Albaniyasına 
bölünməsini göstərmişdir. Belə  bir nəticəyə  gəlmək olur ki, Atropatena  təbiətinin 
zənginliyi  orada  mövcud  olan  təsərrüfatın  bütün  sahələrinə  olduqca  müsbət  təsir 
göstərmişdir.  Ölkənin  iqtisadi-ictimai  və  siyasi  inkişafı  ilə  əlaqədar  orada  böyük 
şəhərlər  meydana  gəlmiş  və  həmin  şəhərlər  təkcə  ölkə  daxilindəki  sənətkarlıq  və 
ticarət mərkəzlərilə deyil, bütün dünyanın böyük şəhərləri ilə iqtisadi əlaqə yarada 
bilmişlər.  Ticarət  yollarına  gəldikdə  bu  yollar  Atropatenanın  bütün  şəhərlərini 
dövrün ən inkişaf etmiş qabaqcıl şəhərləri ilə qovuşdura bilmişdi. 
 
III FƏSĠL 
 
ƏHƏMƏNĠ ĠMPERĠYASININ SÜQUTU. ATROPATENA 
DÖVLƏTĠNĠN  YARANMASI 
 
III  Ərdəşir  (Artakserkis)  öldükdən  sonra  onun  qohumlarından  olan  III 
Dara  Kodoman  hakimiyyət  başına  gəldi.  III  Daranın  hakimiyyət  başına  keçməsi 
Filippin  başçılığı  ilə  yunan  əyalətlərinin  Makedoniya  ətrafında  birləşdirilməsi 
dövrünə təsadüf etmiş və beləliklə, Makedoniya İranın güclü rəqibinə  çevrilmişdir. 
                                                           
228
 C. Ə. Xəlilov. Qərbi Azərbaycanın tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid arxeoloji abudələri. 
Bakı, 1969, s. 191. 
229
 З. И. Ямпольский. Атропатена и Кавказская Албания в III - I вв. до н. ер. 


III  Dara  hakimiyyət  başına  gəldiyi  dövrdə  Əhəməni  imperiyasının  istər 
daxili,  istərsə  də  xarici  siyasəti  bərbad  halda  idi.  Təqribən  32-yə  yaxın  olan 
satraplıqlarda  mərkəzi  hakimiyyətə  qarşı  narazılıq  get-gedə  artırdı.  Kəndlilərin 
vəziyyətinə  gəldikdə  isə  ardı-arası  kəsilməyən  daxili  çəkişmələrin  və  xarici 
müharibələrin ağırlığı onların üzərinə düşürdü. Bu səbəbə görə də əkin sahələri qul 
əməyindən  istifadənin  ağır  şəraiti  nəticəsində  bərbad  hala  düşmüş  və  istənilən 
məhsulu  əldə  etmək  qeyri-mümkün  olmuşdu.  E.  ə.  IV  əsrin  sonuncu  rübündə 
iqtisadi  və  siyasi  böhran  nəticəsində  Əhəməni  imperiyasının  süqutuna  bilavasitə 
şərait yaranmışdı. 
İmperiyanın süqutunun daxili və xarici amillərini nəzərə  almayan  burjua  
tarixçiləri,  o  cümlədən  H.  Pirniya,  Şuştəri  və  başqaları  subyektiv  amillərə 
əsaslanaraq  imperiyanın  dağılmasını  öz  sinfi  mənafeyini  qoruyub  saxlamaq 
nöqteyi-nəzərindən  təhlil  etməyə  cəhd      göstərirlər
230
.  Halbuki,  Əhəməni 
imperiyası  yunanlara    qarşı    apardıqları  müharibələrdə  inkişaf  etmiş  quldarlıq 
cəmiyyəti  ilə  qarşı-qarşıya  durmuşdu.  E.  ə.  VII  –  VI  əsrlərdən  başlayaraq 
Yunanıstan quldarlıq istehsal üsulunun yüksək inkişaf mərhələsinə çataraq ictimai 
və  iqtisadi  nöqteyi-nəzərdən  qabaqcıl  ölkələrdən  birinə  çevrilmişdi
231
.  Digər 
tərəfdən  iqtisadi  inkişafın  təsiri  nəticəsində  Yunanıstan  dövləti  siyasi    nöqteyi-
nəzərdən    də    quldarlıq  demokratiyasına  nail  olub  ölkənin  iqtisadi  və  siyasi   
həyatında  aktiv  iştirak  edən  şüurlu  vətəndaşlar  da  yetişdirə  bilmişdi.  Əhəməni 
satraplığında  əhalinin  ağır  vəziyyəti,  ordu  daxilində  yunanlı  muzdlu  dəstələrin 
çoxluğu,  qoşunda  nizam-intizamın  pozulması,  habelə  kəmiyyət  və  keyfiyyət 
nöqteyi-nəzərdən sayının və döyüşkənlik məharətinin zəifliyi və s. amillə Əhəməni 
imperiyasının dağılmasını sürətləndirmişdi. 
 İran tarixçisi H. Pirniya yazır ki, Filipp öldükdən sonra onun yerinə oğlu 
İskəndərin  keçməsi  xəbərini  eşidən  Dara  onun  gənc  olub  siyasətdə  az  təcrübəyə 
malik  olmasını  və  Makedoniya  tərəfindən  İran  dövlətinə  qarşı  təhlükənin  aradan 
getdiyini güman edib arxayınçılığa yol verdi. Digər tərəfdən də baş vermiş üç ağır 
vuruşmada İran sərkərdələri yunan muzdlu dəstələrinə inanmayıb, onları həlledici 
vuruşmalara buraxmırdılar. Digər tərəfdən İran orduları qəti hücuma keçə bilməyib 
məğlubiyyətə uğramışlar
232

Əksinə,  yuxarıda  göstərdiyimiz  amillər  İran    ordularının  ardı-arası 
kəsilməyən  məğlubiyyətinə  əsas    səbəb  kimi  deyil,  ona  şərait  yaradan  və 
məğlubiyyəti   sürətləndirən amil kimi qəbul etmək olar. 
İran  süvari  dəstələri  hərb  meydanına  çıxanda  piyada  dəstələri  ehtiyatda 
saxlanılmış  və  döyüşdə  iştirak  etməmişdi.  Halbuki,  piyada  dəstəsində  olan 
döyüşçülərin  əksəriyyəti  təcrübəli  və  döyüşkən  yunan  muzdurlarından  ibarət  idi. 
                                                           
230
 H. Pirniya. İran-e bastan, III cild, s. 1560; A. Şuştəri. İrannamə, I cild, s. 125. 
231
 И. М. Дяконов. История Мидии. М.-Л, 1956, ы. 442 – 443. 
232
 H. Pirniya. Göstərilən əsəri, s. 265. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə