dövründə, istərsə də Atropat sülaləsinin fəaliyyəti zamanı bu ərazi iqtisadi-ictimai
və mədəni həyatın inkişafı nöqteyi-nəzərdən qonşu ölkələrdən xeyli öndə idi. Bu
göstərdiyimiz iqtisadi-ictimai inkişafı yazılı mənbələr, habelə Ərdəbil, Maku, Təxt-
e Süleyman və Xəzər dənizinin cənub və qərb rayonlarında aparılmış arxeoloji
qazıntıların nəticələri də təsdiq edir.
Atropatena ərazisi hələ qədimdən faydalı metalların bolluğu ilə şöhrət
tapmışdı. Bu ərazidə qızıl, gümüş, mis və dəmir mədənləri mövcud olmuşdur.
Urmu gölündən əldə edilmiş duz qonşu ölkələrə də ixrac edilirdi. Atropatena
ərazisində zeytundan hazırlanmış məhsul, ipək və yun parçalar, xüsusən atçılıq
olduqca inkişaf etmişdir.
Atropatenada müstəqil dövlətin yaranması ölkənin təsərrüfatının
canlanmasına, məhsuldar qüvvələrin, həmçinin ticarət və sənətkarlığın inkişafına
olduqca müsbət təsir göstərmişdir. Bir sıra mənbələrdə göstərildiyi kimi qədim
dövrlərdə bu ərazidə məbəd təsərrüfatı inkişaf etmişdi. Ən məhsuldar torpaqlar
Zərdüşti kahinlərin əlində idi. Atropatena ərazisində quldarlıq quruluşu inkişaf
səviyyəsinə görə hələ Atropatena dövlətinin təşkilindən əvvəl qonşu əyalətlərdən
irəlidə idi. Ölkənin iqtisadi-ictimai inkişafı ilə bilavasitə əlaqədar olaraq orada
yeni-yeni şəhərlər salınırdı.
Strabonun göstərdiyinə görə, Atropatena hakimlərinin Qazaka və Verra
adlı iki paytaxt şəhəri olmuşdur
238
. Qazakada bu sülalənin yay, Verrada isə qış
iqamətgahı yerləşirdi. Qazaka şəhərində hələ Midiya dövləti dövründən daha əvvəl
müqəddəs sayılan Şərqin ən mühüm atəşpərəstlik məbədlərindən biri mövcud idi.
Atropatena qonşu Zaqafqaziya xalqları, Şimali Qafqaz, Volqa boyu
xalqları, Qara dəniz sahili, Kiçik Asiya ölkələri, Mesopotamiya, İran, Hindistan və
s. yerlərdə ticarət əlaqələri saxlayırdı. Atropatena dövlətinin möhkəmlənməsi və
inkişafı ellinizm dövrünə aiddir. Bu dövrdə ayrı-ayrı ölkələr arasında iqtisadi və
ticarət əlaqələri daha da canlanırdı.
Şərq ölkələrində müxtəlif yunan təsisatları, yunan dili, elmi, təhsili,
ədəbiyyat və incəsənəti geniş yayılmışdı. Bunu, Avromanda (İran-Kürdüstanı)
aşkar edilmiş yunan dilindəki sənədlər də sübut edir. Bu sənədlər yunan hüquq
normalarının Atropatenada da işlədildiyini göstərir. Buna baxmayaraq Selevkilərin
hökmranlıq etdiyi Böyük Midiyaya nisbətən Atropatenada ellinizmin rolu və
əhəmiyyəti xeyli az idi.
Ehtimal ki, e. ə. IV əsrin sonuncu onilliklərində müstəqilliyini saxlamağa
çalışan Atropat və onun yaxın varisləri keçmiş İranın bütün satraplıqlarını ələ
keçirərək ―mərkəzləşdirmə‖ siyasəti yürüdən Selevkilərlə kəskin mübarizə
aparmalı olmuşdur. E. ə. III əsrin ikinci yarısında Atropatenanın sərhədləri xeyli
genişləndirilirdi. Bununla belə e. ə. III əsrin 20-ci illərinin sonunda görkəmli
sərkərdə və dövlət xadimi, Atropatena hökmdarı olan Artabaz Selevki hökmdarı III
238
Strabon. Göstərilən əsəri, XI, 13.
Antioxun hakimiyyətini tanımağa məcbur olmuşdu. Lakin bu hadisə uzun sürmədi.
Artıq e. ə. II əsrin 60-cı illərində Atropatena yenidən müstəqil siyasət yürütməyə
başladı. E. ə. II əsrin təqribən ikinci yarısında Atropatenada parfiyalıların nüfuzu
gücləndi. Atropatena hökmdarları keçmişdə olan diplomatik siyasətlərini davam
etdirərək parfiyalılarla qohumluq əlaqəsi yaradır, onların rəğbətini qazanır, bu və
ya digər ölkə ilə parfiyalıların aparmış olduqları müharibələrdə onlara iqtisadi və
hərbi cəhətdən kömək edirdilər. Bəzi hallarda Atropatena hökmdarları parfiyalılara
qarşı mübarizədə romalılarla müttəfiq olurdu. Atropatena hökmdarları öz
müstəqilliyini qoruyub saxlamaq məqsədi ilə qonşu ölkələrdə baş vermiş bütün
siyasi hadisələrdən bacarıqla istifadə edirdilər. Buna görə də onlar parfiyalıların
süqutu və Sasanilər hakimiyyətinin yarandığına kimi öz müstəqilliyini qoruyub
saxlaya bilmişlər.
Parfiyalıların az bir müddət ərzində böyük bir qüvvəyə çevrilməsinin
obyektiv səbəbi vardı. Parfiyalıların Şərq xalqlarının Selevki hakimiyyətindən və
istismarından qurtarmağa çalışan xilaskar rolunda çıxış etmələri, yunanlar, sonra
isə romalılar əleyhinə mübarizə aparmaları onların Atropatenada və eləcə də digər
qonşu əyalətlərdə müvəffəqiyyətləri üçün əlverişli şərair yaratdı.
Atropatenanın qonşu ölkələrlə iqtisadi-ictimai və siyasi əlaqəsi onun
beynəlxalq nüfuzunun artmasına kömək etmidi. Lakin bu əlaqələr qonşu ölkələrlə
bir səviyyədə aparılmayıb, bəziləri ilə dəyişən xarakter daşımışdır. Misal üçün,
Atropatena ilə Ermənistan arasında olmuş əlaqələr dəyişkən xarakter daşımışdır.
Ermənistanın tarixində Atropatenanın rolu, ümumiyyətlə, böyükdür. Əsrlərlə
qonşu yaşamış xalqlar arasında geniş mədəni və ticarət əlaqələri mövcud idi.
Yadelli işğalçılara qarşı bir sıra müharibələrdə də Atropatenanın Ermənistanla
birgə hərəkət edib və müttəfiq olduqları gözə çarpır. Digər tərəfdən mənşə etibarı
ilə atropatenalı olan bir sıra şahzadələr müəyyən vaxtlarda Ermənistanın hakimi
olmuşdur. Lakin bir sıra hallarda iqtisadi, mədəni və qohumluq münasibətləri
pozulurdu. Atropatenalıların Ermənistan taxt-tacına yiyələnmək planları, hətta
qonşu ölkə ərazisini tutmaları faktları ilə yanaşı, öz növbəsində erməni çarlarının
da Atropatena torpaqlarına hücumu məlumdur.
Strabonun göstərdiyinə görə, e. ə. I əsrdə Ermənistan çarı II Tiqran öz
yeznəsi olan Mitridatın (Mehrdadın) torpaqlarına hücum edib, Sumbaki adlanan
yeri tutub öz ölkəsinə qatmışdı. Lakin bu hadisə uzun müddət davam etməyib, II
Tiqran tərəfindən işğal edilmiş ərazini yenidən Atropatenaya birləşdirmişdir
239
.
Bundan başqa e. ə. I əsrin axırlarında Atropatena hakimləri Ermənistan
taxtında möhkəmlənmək üçün səy göstərirdilər.
Selevkilərin parfiyalılar tərəfindən Şərq ölkələrindən qovulmasından
sonra yeni və güclü olan romalılar parfiyalıların ən qorxulu rəqibi kimi səhnəyə
çıxdılar. Romalılar Ermənistanı və ona qonşu olan digər ölkələri, eyni zamanda
239
Strabon. Göstərilən əsəri, XI, 13.
Dostları ilə paylaş: |