Nikator tərəfindən qoyulmuşdur. Rey şəhəri Kaspi darvazasının cənubunda, ondan
500 stadi aralı olan sahədə yerləşir
276
.
Atropatena ticarət yolları vasitəsilə həmin şəhərlərlə daim əlaqədə
olmuşdur. Digər tərəfdən Midiya və Atropatenanı ellin mərkəzləri ilə birləşdirən
şəhərlər əsasən Baktriya və Hindistana gedən şimal karvan yolu (tarixi mənbələrdə
bu yol ―Böyük ipək yolu‖ adı ilə məşhurdur) yanında yerləşirdi. Onun əsas düyün
nöqtəsi Ekbatan şəhəri idi. Buradan Bisütun və Zaqros vasitəsilə Selevkiyə
şəhərinə və Atropatenanın mərkəz şəhərləri olan Qazaka (Şiz) və Fraaspa vasitəsilə
Albaniyaya, İberiyaya, Ermənistana və Qara dəniz sahilinə ticarət yolları uzanırdı.
Bu yollar göstərdiyimiz ölkələrin iqtisadi və ictimai inkişafı üçün böyük
əhəmiyyətə malik idi. E. ə. II əsrə qədər Qara dənizə doğru gedən yollar üzərində
hakimiyyət əsasən Atropatena, qismən də Ermənistan hökmdarlarına məxsus
olmuşdur. Bundan başqa Kaspi dənizi, Kür və Rion çayları vasitəsi ilə Qara dənizə
gedən ticarət yolu ilə yanaşı Qafqazda başqa su və quru yollar da olmuşdur
277
.
Şübhəsiz ki, həmin ticarət yollarının bir qolu cənuba doğru uzanmaqla
Atropatenanın mərkəz şəhərlərində şimala doğru gedən yollarla birləşirmiş.
V. F. Minorskiyə görə, İran yaylasının mərkəzi hissəsini Urmu gölünün
cənubu (Qazaka və Fraaspa ilə - A. F.) və oranı isə Beynəlnəhreynlə birləşdirən yol
böyük əhəmiyyətə malik olmuşdur
278
. Bu ərazidən bir yol da ayrılıb Xəzər dənizi
ətrafına doğru gedirdi. Göstərdiyimiz ticarət yolları vasitəsi ilə Çin, Hindistan və
Orta Asiya əyalətlərindən, habelə Parfiya və İrandan qərbə (Roma və Yunanıstana)
göndərilən malların bir hissəsi Atropatena vasitəsi ilə aparılırdı.
Atropatenada tranzit ticarət üçün əsas yol Ekbatandan Qazakaya gedən
karvan yolu idi. Strabonun dediyinə görə, bu yolla dəvələrlə Hindistan və
Babilistan malları daşınırdı. Böyük Plininin verdiyi məlumata görə, Qazaka
Ermənistanın paytaxtı Artaşatdan 450 min addımlıq (360 kilometr) məsafədə idi.
Qazaka ilə Ekbatan arasındakı məsafə də bir o qədər idi
279
.
Atropatena şahları Roma, Pont, İberiya, Ermənistan çarları ilə iqtisadi
məqsədlə tez-tez dostluq müqaviləsi bağlayırdılar. Ellinizm dövründə ticarət
ümumdünya əhəmiyyəti kəsb etmişdi. Çinin, Hindistanın, İranın və digər Şərq
ölkələrinin Qərb ölkələrilə olan ticarətinə Atropatena da cəlb edilmişdi. Bir sözlə,
dünya ticarətinin inkişafı Atropatenanın dirçəlməsinə kömək edirdi
280
Arxeoloji qazıntılar zamanı Naxçıvan, Qəbələ, Bərdə, Xınıslı və digər
yerlərdən İskəndər və onun canişinləri tərəfindən zərb edilmiş sikkələrin tapılması
faktı həmin ərazidə ticarət və pul münasibətlərinin inkişafını göstərən əsas amildir.
Atropatenanın təbii-coğrafi şəraitinin əlverişli olması, digər tərəfdən məşhur ticarət
276
Strabon. Göstərilən əsəri, s. XI – 13.
277
Z. İ. Yampolski. Göstərilən əsəri, s. 20.
278
V. F. Minorski. Göstərilən əsəri, s. 30.
279
Plini. XVIII, 144.
280
Azərbaycan tarixi, I cild, Bakı. 1958, s. 35.
yolunun bu ərazidən keçməsi, onun iqtisadi inkişafına bilavasitə obyektiv şərait
yaratmışdı. Bu cəhətə görə Atropatena həm də qonşu ölkələrin iqtisadi inkişafında
mühüm rol oynaya bilmişdi.
Bir sıra mənbələr Atropatenanın mədəni və iqtisadi səviyyəsinin
üstünlüyünü qeyd edir. Atropatena bir sıra bitkilərin də vətənidir. O cümlədən
atçılığın inkişafında böyük əhəmiyyətə malik olan yonca bu ərazidə əkilirdi. Bu
bitkinin toxumu Atropatenadan Avropa və digər ölkələrə aparılmışdır. Plini
yoncanı Midiya otu adlandıraraq yazırdı ki, onu (yoncanı) iranlılar Daranın
Avropaya qoşun çəkdiyi dövrdə o qitəyə aparmışlar
281
. Atropatenadan Qərb
ölkələrinə yun və ipək parça da ixrac olunurdu. Ümumiyyətlə, Atropatena digər
ölkələrə görə ellin dövlətləri ilə daha sıx iqtisadi və siyasi əlaqədə olmuşdur.
Beləliklə,
arxeoloji
tədqiqatların
nəticələri Atropatenada ellin
mədəniyyətinin geniş yayıldığını söyləməyə imkan verir. Arxeoloji tapıntıların
nəticələrini yazılı mənbələr də təsdiq edir. Digər tərəfdən ellin dövlətləri ilə
atropatenalıların müntəzəm iqtisadi, ictimai və siyasi əlaqələrin olması istər-
istəməz mədəni əlaqələrin də yaranmasına tarixən şərait yaratmışdır.
ATROPATENA VƏ PARFĠYA
Atropatena hökmdarları öz müstəqilliklərini qoruyub saxlamaq xatirinə
əvvəllər Selevkilər, sonra isə Roma və Parfiya kimi qüdrətli dövlətlər arasında
gedən şiddətli çəkişmələrdən daima istifadə etmişlər. Onlar müəyyən dövrlərdə
Selevki, Parfiya, bəzi hallarda isə Romanı müdafiə edirdilər. Bu baxımdan da
Atropat Midiyasında Roma münaqişələri bir sıra hallarda atropatenalıların xeyrinə
müvəffəqiyyətlə nəticələnirdi. Böyük Midiyaya gəldikdə isə o, iki böyük qrup
arasında gedən mübarizələrdə daima parfiyalıların mənafeyini müdafiə edirdi.
Vətənlərini yadellilərdən müdafiə edən midiyalılar digər tərəfdən parfiyalılarla dil
və etnik nöqteyi-nəzərdən yaxın idilər. Vətənpərvərlik əhval-ruhiyyəsi ilə çıxış
edib parfiyalıların tərəfini saxlayan midiyalılar romalılara şiddətli müqavimət
göstərmişdir. Məlum olduğu kimi, Atropatena hökmdarı I Artavazd Antoni ilə
Fraat arasında olan çəkişmələrdə əvvəllər Fraatın tərəfində olub Antoniyə qarşı
vuruşmuş, sonralar qənimətin bölüşdürülməsi üstündə Fraatdan inciyərək
Antoninin tərəfinə keçmişdi. Bu səbəbə görə də Fraat Atropatenaya hücum edib I
Artavazdı hakimiyyətdən salmışdı. O, Atropatenanın idarə olunmasını müvəqqəti
olaraq Ermənistan çarına tapşırmışdı. Belə olduqda I Artavazd məcbur olub
Antoniyə pənah gətirmişdi. Bu zaman I Artavazd həm də Antoninin oğlu ilə
qohumluq münasibəti yaratmışdı. Antonidən sonra Kiçik Asiyaya gələn Avqust I
Artavazdın xidmətini bəyənmişdi. Bu dövrdə Ermənistan hökmdarı Araksın əhali
tərəfindən öldürülməsi ilə əlaqədar olaraq Artavazd Ermənistan hökmdarı təyin
281
Plini. XVIII, 144.
Dostları ilə paylaş: |