Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   46   47   48   49   50   51   52   53   ...   74

Nikator tərəfindən qoyulmuşdur. Rey şəhəri Kaspi darvazasının cənubunda, ondan 
500 stadi aralı olan sahədə yerləşir
276

Atropatena  ticarət  yolları  vasitəsilə  həmin  şəhərlərlə  daim  əlaqədə 
olmuşdur.  Digər  tərəfdən  Midiya  və  Atropatenanı  ellin  mərkəzləri  ilə  birləşdirən 
şəhərlər əsasən Baktriya və Hindistana gedən şimal karvan yolu (tarixi mənbələrdə 
bu yol ―Böyük ipək yolu‖ adı ilə məşhurdur) yanında yerləşirdi. Onun əsas düyün 
nöqtəsi  Ekbatan  şəhəri  idi.  Buradan  Bisütun  və  Zaqros  vasitəsilə  Selevkiyə 
şəhərinə və Atropatenanın mərkəz şəhərləri olan Qazaka (Şiz) və Fraaspa vasitəsilə 
Albaniyaya, İberiyaya, Ermənistana və Qara dəniz sahilinə ticarət yolları uzanırdı. 
Bu  yollar  göstərdiyimiz  ölkələrin  iqtisadi  və  ictimai  inkişafı  üçün  böyük 
əhəmiyyətə malik idi. E. ə. II əsrə qədər Qara dənizə doğru gedən yollar üzərində 
hakimiyyət  əsasən  Atropatena,  qismən  də  Ermənistan  hökmdarlarına  məxsus 
olmuşdur. Bundan başqa Kaspi dənizi, Kür və Rion çayları vasitəsi ilə Qara dənizə 
gedən  ticarət  yolu  ilə  yanaşı  Qafqazda  başqa  su  və  quru  yollar  da  olmuşdur
277

Şübhəsiz  ki,  həmin  ticarət  yollarının  bir  qolu  cənuba  doğru  uzanmaqla 
Atropatenanın mərkəz şəhərlərində şimala doğru gedən yollarla birləşirmiş. 
V.  F.  Minorskiyə  görə,  İran  yaylasının  mərkəzi  hissəsini  Urmu  gölünün 
cənubu (Qazaka və Fraaspa ilə - A. F.) və oranı isə Beynəlnəhreynlə birləşdirən yol 
böyük əhəmiyyətə malik olmuşdur
278
. Bu  ərazidən bir  yol da ayrılıb Xəzər dənizi 
ətrafına doğru  gedirdi.  Göstərdiyimiz  ticarət  yolları  vasitəsi ilə  Çin, Hindistan  və 
Orta Asiya əyalətlərindən, habelə Parfiya və İrandan qərbə (Roma və Yunanıstana) 
göndərilən malların bir hissəsi Atropatena vasitəsi ilə aparılırdı. 
Atropatenada  tranzit  ticarət  üçün  əsas  yol  Ekbatandan  Qazakaya  gedən 
karvan  yolu  idi.  Strabonun  dediyinə  görə,  bu  yolla  dəvələrlə  Hindistan  və 
Babilistan  malları  daşınırdı.  Böyük  Plininin  verdiyi  məlumata  görə,  Qazaka 
Ermənistanın  paytaxtı  Artaşatdan  450  min  addımlıq  (360  kilometr)  məsafədə  idi. 
Qazaka ilə Ekbatan arasındakı məsafə də bir o qədər idi
279

Atropatena  şahları  Roma,  Pont,  İberiya,  Ermənistan  çarları  ilə  iqtisadi 
məqsədlə  tez-tez  dostluq  müqaviləsi  bağlayırdılar.  Ellinizm  dövründə  ticarət 
ümumdünya  əhəmiyyəti  kəsb  etmişdi.  Çinin,  Hindistanın,  İranın  və  digər  Şərq 
ölkələrinin Qərb ölkələrilə olan ticarətinə Atropatena da cəlb edilmişdi. Bir sözlə, 
dünya ticarətinin inkişafı Atropatenanın dirçəlməsinə kömək edirdi
280
 
Arxeoloji  qazıntılar  zamanı  Naxçıvan,  Qəbələ,  Bərdə,  Xınıslı  və  digər 
yerlərdən İskəndər və onun canişinləri tərəfindən zərb edilmiş sikkələrin tapılması 
faktı həmin ərazidə ticarət və pul münasibətlərinin inkişafını göstərən əsas amildir. 
Atropatenanın təbii-coğrafi şəraitinin əlverişli olması, digər tərəfdən məşhur ticarət 
                                                           
276
 Strabon. Göstərilən əsəri, s. XI – 13. 
277
 Z. İ. Yampolski. Göstərilən əsəri, s. 20. 
278
 V. F. Minorski. Göstərilən əsəri, s. 30. 
279
 Plini. XVIII, 144. 
280
 Azərbaycan tarixi, I cild, Bakı. 1958, s. 35. 


yolunun  bu  ərazidən  keçməsi,  onun  iqtisadi  inkişafına  bilavasitə  obyektiv  şərait 
yaratmışdı. Bu cəhətə görə Atropatena həm də qonşu ölkələrin iqtisadi inkişafında 
mühüm rol oynaya bilmişdi. 
Bir  sıra  mənbələr  Atropatenanın  mədəni  və  iqtisadi  səviyyəsinin 
üstünlüyünü  qeyd  edir.  Atropatena  bir  sıra  bitkilərin  də  vətənidir.  O  cümlədən 
atçılığın  inkişafında  böyük  əhəmiyyətə  malik  olan  yonca  bu  ərazidə  əkilirdi.  Bu 
bitkinin  toxumu  Atropatenadan  Avropa  və  digər  ölkələrə  aparılmışdır.  Plini 
yoncanı  Midiya  otu  adlandıraraq  yazırdı  ki,  onu  (yoncanı)  iranlılar  Daranın 
Avropaya  qoşun  çəkdiyi  dövrdə  o  qitəyə  aparmışlar
281
.  Atropatenadan  Qərb 
ölkələrinə  yun  və  ipək  parça  da  ixrac  olunurdu.  Ümumiyyətlə,  Atropatena  digər 
ölkələrə görə ellin dövlətləri ilə daha sıx iqtisadi və siyasi əlaqədə olmuşdur. 
Beləliklə, 
arxeoloji 
tədqiqatların 
nəticələri  Atropatenada  ellin 
mədəniyyətinin  geniş  yayıldığını  söyləməyə  imkan  verir.  Arxeoloji  tapıntıların 
nəticələrini  yazılı  mənbələr  də  təsdiq  edir.  Digər  tərəfdən  ellin  dövlətləri  ilə 
atropatenalıların  müntəzəm  iqtisadi,  ictimai  və  siyasi  əlaqələrin  olması  istər-
istəməz mədəni əlaqələrin də yaranmasına tarixən şərait yaratmışdır. 
 
ATROPATENA VƏ  PARFĠYA 
 
Atropatena  hökmdarları  öz  müstəqilliklərini  qoruyub  saxlamaq  xatirinə 
əvvəllər  Selevkilər,  sonra  isə  Roma  və  Parfiya  kimi  qüdrətli  dövlətlər  arasında 
gedən  şiddətli  çəkişmələrdən  daima  istifadə  etmişlər.  Onlar  müəyyən  dövrlərdə 
Selevki,  Parfiya,  bəzi  hallarda  isə  Romanı  müdafiə  edirdilər.  Bu  baxımdan  da 
Atropat Midiyasında Roma münaqişələri bir sıra hallarda atropatenalıların xeyrinə 
müvəffəqiyyətlə  nəticələnirdi.  Böyük  Midiyaya  gəldikdə  isə  o,  iki  böyük  qrup 
arasında  gedən  mübarizələrdə  daima  parfiyalıların  mənafeyini  müdafiə  edirdi. 
Vətənlərini  yadellilərdən  müdafiə edən  midiyalılar digər tərəfdən parfiyalılarla dil 
və  etnik  nöqteyi-nəzərdən  yaxın  idilər.  Vətənpərvərlik  əhval-ruhiyyəsi  ilə  çıxış 
edib  parfiyalıların  tərəfini  saxlayan  midiyalılar  romalılara  şiddətli  müqavimət 
göstərmişdir.  Məlum  olduğu  kimi,  Atropatena  hökmdarı  I  Artavazd  Antoni  ilə 
Fraat  arasında  olan  çəkişmələrdə  əvvəllər  Fraatın  tərəfində  olub  Antoniyə  qarşı 
vuruşmuş,  sonralar  qənimətin  bölüşdürülməsi  üstündə  Fraatdan  inciyərək 
Antoninin tərəfinə keçmişdi. Bu səbəbə görə də Fraat Atropatenaya hücum edib I 
Artavazdı  hakimiyyətdən  salmışdı.  O,  Atropatenanın  idarə  olunmasını  müvəqqəti 
olaraq  Ermənistan  çarına  tapşırmışdı.  Belə  olduqda  I  Artavazd  məcbur  olub 
Antoniyə  pənah  gətirmişdi.  Bu  zaman  I  Artavazd  həm  də  Antoninin  oğlu  ilə 
qohumluq  münasibəti  yaratmışdı.  Antonidən  sonra  Kiçik  Asiyaya  gələn  Avqust I 
Artavazdın  xidmətini bəyənmişdi.  Bu dövrdə  Ermənistan  hökmdarı  Araksın  əhali 
tərəfindən  öldürülməsi  ilə  əlaqədar  olaraq  Artavazd  Ermənistan  hökmdarı  təyin 
                                                           
281
 Plini. XVIII, 144. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə