Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   48   49   50   51   52   53   54   55   ...   74

Atropatena  şahları  öz  müstəqilliyini  qorumaq  məqsədilə  bu  və  ya  digər 
qüvvətli  ölkənin  şahları  ilə  iqtisadi  əlaqəyə  meyl  göstərməklə  bərabər  eyni 
zamanda həmin ölkələrlə diplomatik və siyasi əlaqə də yaradırdılar. 
Əhəmənilər  sülaləsinin  son  nümayəndəsi  olan  III  Daranın  Makedoniyalı 
İskəndərlə  sonuncu  toqquşması  eramızdan  əvvəl  331-ci  ildə  Qavqameldə  baş 
vermişdir.  Beləliklə,  Əhəməni  imperiyası  dağıldı  və  onun  ərazisi  Makedoniyalı 
İskəndərin  ixtiyarına  keçdi.  Lakin  bu  imperiyada  Əhəmənilərin  dövləti  kimi 
möhkəm  deyildi.  Ona  görə  də  İskəndərin  vəfatından  sonra  (e.  ə.  323-cü  ildə) 
imperiya onun sərkərdələri arasında bölüşdürüldü. Sərkərdələrdən biri olan Selevk, 
Suriya,  Mesopotamiya,  İran  və  Parfiyanın  bir  hissəsini  özünə  tabe  etdi.  Beləliklə, 
ellin dövlətləri adlanan dövlətlərdən biri - Selevki dövləti təşəkkül tapdı. Selevkilər 
Suriya, İran və Mesopotamiyanı tabe etdikləri kimi,  Atropatenanı da zəbt etməyə 
cəhd göstərirdilər. Lakin bütün səylərinə baxmayaraq bu işdə onlar müvəffəqiyyət 
qazana bilmirdilər. 
E. ə. 222 - 223-cü illərdə Midiya satrapı Molonun üsyanı baş verən zaman 
Selevki çarı III Antiox Atropatenaya hücuma keçdi. Atropatena hökmdarı Artabaz 
düşmənə müqavimət göstərərək onu geri çəkilməyə   məcbur etdi. 
Artabaz düşməni paytaxt şəhəri olan Selevkiyə qədər təqib  etmişdi (e.  ə.  
220-ci  ildə). 
E. ə. II əsrdə  yaşamış  yunan tarixçisi Polibinin  yazdığına görə Selevkilər 
dövləti ―Midiya ilə  yanaşı olub ondan dağ silsiləsi ilə ayrılır. Onun bəzi  hissələri 
Fasisdən (Rion çayı) yuxarıdakı yerlərdə Pontun (Qara dənizin) üzərində yüksəlir, 
digər tərəfdən Girkan dənizinə qədər çatır‖
292
 Atropatena hökmdarı e. ə. 220-ci ildə 
Selevkilərlə  müharibəni qurtarıb onlarla  müqavilə bağladı.  O,  bu  müqavilə ilə öz, 
ərazisini genişləndirdi. Artabazın hakimiyyəti altında Ayrarat vilayətinin baş şəhəri 
olan  Arşavirlə  (Onun  xarabaları  Ermənistan  SSR-in  Oktamberyan  rayonundadır) 
birlikdə,  Araz  vadisi  də  daxil  olmaqla  Atropatenadan  Kolxidaya  qədər  bir  ərazi 
birləşdirilmişdi
293

Beləliklə,  Makedoniyalı  İskəndərin  vəfatından  sonra  onun  imperiyası 
üzərində  3  dövlət  yaranmış  oldu.  Selevkilər,  Misirdə  Ptolemeylər,  Avropada  isə 
Makedoniya  və  Yunanıstan.  Bu  üç  birinci  dərəcəli  dövlətlərdən  başqa  digər 
dövlətlər də mövcud idi. İskəndər və onun canişinləri bu dövlətlər təhdid etsələr də 
aradan çıxara bilmədilər. 
Bu  qisim  ölkələr  aşağıdakılardan  ibarət  idi:  Atropatena,    Ermənistan,  
Kapadogiya, Pont, Bitiniyyə və Perqam. 
Arrianın  göstərdiyinə  görə  Atropat  Makedoniyalı  İskəndərin  III  Dara  ilə 
olan  son  vuruşunda  Daranın  sərkərdələrindən  biri  idi.  Daranın  məğlubiyyətindən 
sonra o, İskəndərin tərəfinə keçib Midiyanın hakimi olmuşdu. Suz təntənəsində isə 
                                                           
292
 Polibi. Göstərilən əsəri, s. 55. 
293
 Azərbaycan tarixi, I cild, Bakı, 1958, s. 69 – 78. 


İskəndərin  sərkərdəsi  Perdikka  Atropatın  qızı  ilə  evlənmişdi
294
.  Perdikkanın 
dövründə  Atropat  öz  hökmranlığını  bir  daha  möhkəmləndirmiş  oldu.  Atropatdan 
sonra onun nəsli 350 ilə yaxın həmin ərazidə hökmranlıq etmişlər. 
Məlum olduğu kimi, midiyalıları, kaspiləri, albanları, sakasenləri və digər 
tayfaları Əhəmənilər öz ordularına cəlb etmişdilər. Midiyalılar və Kaspilər piyada 
qoşunları  ilə  yanaşı,  həm  də  donanmada  xidmət  edirdilər.  III  Dara  İskəndərlə 
müharibə  etmək  üçün  bütün  əyalətlərdən  hərbi  qüvvə  toplamışdı.  Daranın 
ordusunda  o  dövrdə  Kiçik  Midiya  satrapı  olan  Atropatın  komandanlığı  altında 
Midiya atlılarından təşkil olunmuş böyük bir süvari dəstəsi olmuşdur. 
Beləliklə,  müstəqil  Atropatena  dövləti  Atropatın  başçılığı  ilə  eramızdan 
əvvəl 223-cü ildən etibarən təşkil edilmişdi. Bu sülalə eramızın III əsrinin I rübünə 
kimi hakimiyyətdə  olmuşdur. 
Parfiya şahlarının Atropaten nəslindən olan qolu: 
III Artabanın anası parfiyalı IV Fraatın qızı, atası isə Atropatın nəslindən 
olmuşdur. Beləliklə, III Artabandan etibarən  Parfiya  şahları Atropatın nəslindən 
olmuşlar. 
IV Artaban 
Ermənistanın da şahı olmuş Pakor. 
(Atropatenanın  şahı) 
Tirdat   
 
Balaş (Valaqez) 
Xosrov 
II Pakor 
II Balaş 
III Balaş 
IV Balaş 
V Artaban 
VI Balaş 
Atropatena (e. ə. 250, eramızın 224-cü illəri) demək olar ki, tam müstəqil 
olmuşdur.  Lakin  Atropatena  şahları  bəzi  hallarda  öz  istiqlaliyyətini  qorumaq 
məqsədi  ilə  Parfiya  şahlarına  az  miqdarda  vergi  verməli  olurdular.  Bundan  başqa 
müharibə zamanı əsgəri qüvvə ilə də onlara kömək edirdilər. Parfiya şahları bunun 
müqabilində bu vilayətin qayda-qanunlarına toxunmayaraq,  həm də onların daxili 
işlərinə  qarışmırdılar.  Bəzi  hallarda  Atropatena  şahları  ölkəni  Parfiya  işğalından 
qorumaq  məqsədilə  romalılarla  ittifaqa  girdilər.  Romalılar  hələ  birinci  dəfə 
eramızdan  əvvəl  190-cı  ildə  III  Antioxun  dövründə  Asiya  qitəsinə  qədəm  qoyub, 
Termopol  döyüşündə  Antioxu  məğlub  etmişdilər.  Lakin  onlar  sülh  bağladıqdan 
sonra  geri  çəkilmiş  və  e.  ə.  92  -  91-ci  illərə  qədər  Asiya  qitəsinə  gəlməmişlər. 
Selevkilər  parfiyalıların  ardı-arası  kəsilməyən  hücumlarına  tab  gətirə  bilməyib 
məğlubiyyətə uğradıqdan sonra istər-istəməz  işğal etdikləri ərazilərdən əl çəkməli 
                                                           
294
 Arrian. Göstərilən əsəri, XXIX, 29, 30. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə