Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə60/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   56   57   58   59   60   61   62   63   ...   74

torpaqları  ilə  sərhəd      olduğuna      görə      kustpanlar  həm  də  sərhədçi  (mərzban) 
vəzifəsini ifa edirdilər
339

Movses Xorenatsi İranşəhrin dörd ―kust‖, yaxud kustə bölünməsini qeyd 
etməklə  hər  kustın  adını  bir-bir  sayır
340
.  Hicrat  tarixinin  II  əsrində  yazılmış 
―Şatristanhayi  İran‖  əsərində  əfsanəvi  formada  olsa  da  hər  kustın  adı  və  onların 
şəhərləri  haqqında  məlumat  verilir.  Həmin  kitabda  əvvəlcə  Xorasan,  Xorbəran, 
Nimruz, habelə Azərbaycan və şimal kustının başqa  şəhərlərindən danışılır
341

―Pazkuspan‖  sözünün  tərkibi  üç  hissə  olan  ―paz‖,  ―kust‖  və  ―pan‖dan 
ibarətdir.  Belə  ki,  ―kust‖  sözünə  ―pan‖  artırılaraq  ―kustpan‖  olmuşdur.  Mənasına 
gəldikdə kusti idarə edən və yaxud onu qoruyan deməkdir. ―Paz‖ isə bir sıra ad və 
titulların əvvəlinə ―padşah‖ sözündə olduğu kimi sonradan əlavə edilmişdir. Daha 
sonralar sözü yüngülləşdirmək məqsədilə ―pazuspan‖ formasında işlənmişdir
342

 
ATROPATENA SASANĠ ĠMPERĠYASININ MÜHÜM 
ƏYALƏTLƏRĠNDƏN BĠRĠ VƏ ġAHLAR ġAHI DASTAKERTĠNĠN
343
 BĠR 
HĠSSƏSĠ KĠMĠ 
 
Parfiyalıların  romalılara  qarşı  apardıqları  ardı-arası  kəsilməyən 
müharibələr onları iqtisadi cəhətdən ağır və çıxılmaz vəziyyətə gətirib çıxarmışdı. 
Mərkəzi  hakimiyyət  asılı  dövlətlər  sistemi  olan  tayfalar  birliyini  idarə  etməkdə 
çətinlik  çəkirdi.  Bu  səbəbə  görə  də  ölkədə  hərc-mərclik  hökm  sürməkdə  idi. 
Nəhayət,  eramızın  224-cü  ilində  Sasani  nəslindən  olan  I  Ərdəşir  İranda 
parfiyalıların  hakimiyyətini  devirib  Sasanilər  dövlətini  yaratmışdı.  Sasani 
hökmdarları  özlərini  ―Şahənşah‖  (şahlar  şahı)  adlandırırdılar.  Şahdan  sonra  ən 
yüksək mənsəbi şəhrdarlar tuturdular. 
Şəhrdarlar  (spəhbodlar)  nisbətən  müstəqil  olub    əyalətləri  idarə  edir, 
müharibə  zamanı  isə  öz  silahlı  qüvvələrini  mərkəzi  ordu  ilə  birləşdirib  onlara 
rəhbərlik        edirlər.  V  əsrdən  etibarən  Sasani  imperiyası  dörd  böyük  mərzbanlığa 
bölünür.  Şəhrdarlar  (spəhbodlar)  mərzbanlarla  əvəz  edilir.  Bu  vaxtdan  etibarən 
mərzbanlar  mülki  və  hərbi  işlərə  təkbaşına  başçılıq  edirdilər.  Mənbələrin 
göstərdiyinə  görə  böyük  əyalətə  başçılıq  edən  mərzbanlara  şah  adı  verilmişdi. 
Sasanilər  öz  hakimiyyətlərini  İran  daxilində  möhkəmləndirdikdən  sonra  geniş 
işğalçılığa qədəm qoyurlar. Onlar Atropatenanı, Orta Asiyanın bir hissəsini, Suriya 
və  Mesopotamiyanı  zəbt  etdilər.  Atropatena  Sasanilərin  dövründə  Aturpatakan, 
                                                           
339
 Yenə orada, s. 143. 
340
 Movses Xorenatsi. Göstərilən əsəri, s. 59. 
341
 Markvart. İranşəhr, Tehran, 1310, s. 15. 
342
 S. Nəfisi. Göstərilən əsəri, s. 143. 
343
 Pəhləvi dilində yazılmış ilk mənbə olan ―Matakdan-e hazar dahistan‖ adlı əsərdə ―dastakert‖ və 
yaxud ―dastqorda‖a belə tərif verilmişdir. Qul əməyindən istifadə edilib becərilən torpaq sahəsi ―pəhləvi 
və müasir fars dilində‖ dəsti ―əl‖, ―kərd‖ isə ―kərdən‖ felindən olub ―etmək‖ deməkdir. Bir sözlə, 
demək, əl ilə görülən iş. 


Adarbadaqan,  Azərbazqan  adlanaraq  bu  imperiyanın  şimal  mərzbanlığını  təşkil 
edirdi.  I  Xosrovun  dövründə  (531  -  579)  şimal  mərzbanlığına  aran,  Ermənistan, 
İberiya, Balasakan, Sisakan, Muğan, Deyləm və sairə əyalətlər daxil idi. Əyalətin 
hakimi hələ I Ərdəşirin (224 - 232) dövründən etibarən Atarpatakan şah adlanırdı. 
Atarpatakan  Sasani  dövlətinin  on  mühüm    əyalətlərindən  biri  hesab 
olunurdu.  Bu  əyalətin  təbii-coğrafi  və  strateji  şəraitinin  əlverişli  olması  onu  digər 
əyalətlərdən  fərqləndirirdi.  Atarpatakanda  böyük  şəhərlərin  mövcudiyyəti    (o 
cümlədən  Tavreş,  Ordbil,  Qazaka  (Fraaspa),  Aqanzana,  Marağa  və  s.  digər 
tərəfdən  bu  şəhərlərin  ticarət  yolları  üzərində  yerləşib  dünya  ticarətinə  cəlb 
edilmələri  onun  iqtisadi-ictimai  yüksəlişinə  mühüm  təsir  göstərən  amillərdəndir. 
Bu səbəbə görə də Sasani imperiyasının şimal mərzbanları məhz Ordbil və Tavreş 
kimi  dövrünə  görə  böyük  ticarət  mərkəzlərini  özlərinə  iqamətgah  etmişdilər. 
Atarpatakanda  da  hakim  mövqe  tutan  Zərdüşt  dinini  Sasanilər  dövlət  dini  elan 
etdilər.  Zərdüşt  dini  hakim  feodalların  tələbatına  uyğunlaşdırılmışdı.  Zərdüşt 
dininin  başçıları  Sasanilər  dövlətinin  həyatında  böyük  rol  oynayırdı.  Mağların 
ixtiyarında  külli  miqdarda  böyük  torpaq  sahələri  var  idi.  Mağlar  mülki,  hüquqi 
işlərdə hakim vəzifəsini də ifa    edirdilər. Ölkədə böyük nüfuza malik olan mağlar 
dövlətin daxili və xarici sisətində böyük rol oynayırdılar. Qazakada atəşpərəstlərin 
ən  böyük  məbədi  olan  Azərgəşəsp  yerləşirdi.  Azərgəşəsp  atəşgədəsində  fəaliyyət 
göstərən  mağların  ixtiyarında  10  min  nəfərə  qədər    adam  işləyən  geniş  torpaq 
sahələri  var  idi.  Onlar  bu  malikanələrdən  külli  miqdarda  gəlir  əldə  edirdilər. 
Atarpatakan  III  əsrdən  artıq  bir  müddətdə  Sasanilərin  dastakerti  olub,  onların 
zülmü altında qalmışdı. 
Marksizm 
nəzəriyyəçiləri 
torpaq  üzərində  mülkiyyət  formasına 
feodalizmin  yaranmasından  etibarən  xüsusi  diqqət  vermişlər.  Feodalın  torpaq 
üzərində  xüsusi  mülkiyyəti,  onun  iqtisadi  inkişafına  təsir  göstərən  əsas  amildir. 
Bununla  əlaqədar  olaraq  mülkiyyət  formaları,  habelə  torpaqdan  necə,  hansı  yolla 
istifadə  olunması  formalarının  və  xarakterinin  tədqiqi  maraqlıdır.  Ərəblərə  qədər 
feodal  mülkiyyətinə aid bir neçə termin bizə  məlumdur. Onlardan pəhləvi dilində 
olan  mənbələrdə  adına  təkrarən  təsadüf  edilən  ―dastakart‖  və  yaxud  ―dastgerd‖ 
terminidir
344

N. V. Piqulevskaya Suriya mənbələrinə istinad edərək Sasanilər dövründə 
yayılmış bu termin haqqında yazır: ―Maxazda vəba xəstəliyi yayılmışdı. Hörmüzd 
və II Xosrovun müasiri bioqraf Marqivarqis, Mehranquşnasp xəbər verir. Tisfun və 
Selevkiyyədə  vəba  yayılmışdır.  Epidemiyanın  yaxınlaşmasından  qorxuya  düşən 
Mehranquşnasp  bütpərəstlərin  adətinə  görə  özünü  epidemiyadan  qorumaq 
məqsədilə oradan qaçıb arxalandığı və öz dastkartlarının birində yaşamışdır‖
345

Ərəb  müəlliflərinin  əsərlərində  də  təkrarən  Sasani  şahlarına  məxsus  ―əl-
Daskara‖ və yaxud ―daskarat əl-məlikə‖ adlı yer adına təsadüf edilir. 
                                                           
344
 А. Г. Переханян: Matkdan i hazar dadistan, изд: АН Армянской ССР, 1973 г. С. 438 – 460. 
345
 N. V. Piqulevskaya. Göstərilən əsəri, s. 13. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə