Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

və  onun  qardaşı  Aleksandrı  məğlub  etdikdən  sonra  Atropaten  Midiyasına  hücum 
etmişdir.  Atropatena  çarı  Artabazan  düşmənə    müqavimət  göstərərək  onu  geri 
çəkilməyə    məcbur    edib  onları  paytaxt  şəhərləri  olan  Selevkiyə  qədər  təqib 
etmişdir.  E.  ə.  220-ci  ildə  Atropatena  çarı  Artabazan  Selevkilərlə  müharibəni  
qurtarıb  onlarla  sülh  müqaviləsi  bağladı.  Bu  müqaviləyə  görə  Atropatena  ərazisi 
xeyli  genişlənmiş  oldu.  Belə  ki,  Ayrarat  vilayətinin  baş  şəhəri  olan  Armavirlə 
birlikdə Araz vadisi Atropatenanın tərkibinə daxil edildi; ərazisi Kolxodiyaya kimi 
gedib çatdı.    
Arşakilər  ilk  növbədə  özlərini  Şərq  xalqlarının  xilaskarı  kimi  göstərib, 
Selevkilərə qarşı həmin xalqların gücündən istifadə edirdilər. 
Yustinin göstərdiyinə görə VII Antioxun dövründə Selevkilərlə Arşakilər 
arasında  gedən  müharibələrdə  Böyük  Midiya  görkəmli  rol  oynamışdır
311
.  Bu 
müharibələrdə Arşakilər bir neçə dəfə  məğlub edilmişdir. VII Antiox parfiyalıları 
yer üzündən silib məhv etməyi qarşıya məqsəd qoymuşdu
312

VII  Antiox  öz  hərbi  regionlarını  parfiyalıların  geri  çəkildiyi  rayonlarda 
yerləşdirmişdi.  Regionların  yerləşdiyi  yaşayış  məntəqələrində  baş  verən  üsyanlar 
Selevkilərin məhv edilməsində mühüm rol oynamışdır. 
Böyük  Midiyaya  gəldikdə  o,  iki  böyük  dövlət  arasında  gedən 
mübarizələrdə  daima  parfiyalıların  mənafeyini  müdafiə  edirdi.  Midiyalılar  isə  ilk 
növbədə  ―vətənpərvərlik‖  əhval-ruhiyyəsi  ilə  öz  torpaqlarını  yadelli  işğalçılardan 
təmizləmək,  digər  tərəfdən  isə  parfiyalılarla  dil  və  etnik  nöqteyi-nəzərdən  yaxın 
olduqlarına görə müdafiə edirdi. Mənbələrin verdiyi məlumatlardan aydın olur ki, 
e.  ə.  I  və  eramızın  I  əsrində  baş  vermiş  mühüm  tarixi  hadisələrdə  Atropaten 
Midiyası,  habelə  Böyük  Midiya  böyük  rol  oynamışlar.  Eramızdan  əvvəl  I  əsrin 
hadisələrində  parfiyalılarla  romalılar  arasında  gedən      müharibələrdə  Atropaten 
Midiyası,  mühüm  rol  oynamışdır.  Belə  ki,  eramızdan  əvvəl  36-cı  ildə  Antoninin 
Atropatenaya  hücumu  zamanı  Qazaka  şəhərinin  atropatenalılar  tərəfindən 
qəhrəmancasına  müdafiəsi  və  bu  müharibədə  Antoninin  100  min  nəfərlik 
ordusunun  məğlub  edilməsi  romalıların  parfiyalılarla  aparacaqları  müharibənin 
planını alt-üst etmişdir. 
Ümumiyyətlə,  Atropatena  hökmdarları  öz  müstəqilliyini  qoruyub 
saxlamaq xatirinə böyük qüvvələrin ilk növbədə selevkilər, sonralar isə parfiyalılar 
və romalılar arasında gedən şiddətli çəkişmələrdən daima istifadə etmişlər. 
Atropatenalılar  Parfiyanı,  bəzi  hallarda    isə  Romanı  müdafiə  edirdilər. 
Atropaten  müəyyən  vaxtlarda  Roma  intriqaları  bir  sıra  hallarda  müvəffəqiyyət 
qazana    bilmişdir.  Belə  ki,  I  Artavazd  Antoni  ilə  IV  Fraat  arasında  olan 
müharibələrdə  ilk  növbədə  Fraatın  tərəfində  olub  Antoniyə  qarşı  vuruşmuşdu, 
sonralar qənimətin bölüşdürülməsi üstündə IV Fraatdan inciyib Antoninin   tərəfinə 
keçmişdir.  Bununla  əlaqədar  IV  Fraat  Atropatenaya  hücum  edib  I  Artavazdı 
                                                           
311
 Yusti. XXX, VIII, 10. 
312
 Е. Бикерман. Государство Селевкидов. Москва 1985, с. 36. 


hakimiyyətdən  qovmuşdu.  I Artavazd isə bu hadisədən sonra Antoniyə    müraciət 
etmiş,  həm  də  onunla  qohumluq  əlaqəsi  yaratmışdır.  Antonidən  sonra  Kiçik 
Asiyaya  gələn  Avqust  I  Artavazdın  xidmətlərini  bəyənmiş,  onu  Atropatenadan 
başqa,  həm  də  Ermənistan  hökmdarı  təyin  etmişdir.  I  Artavazd  vəfat  etdikdən 
sonra Avqust Atropatena hökmdarlığını onun oğlu Aryabarzana tapşırır. Eramızın 
20  -  30-cu  illərində  II  Artabarzan  romalıların  səyi  ilə  şahlığa  çatmasına 
baxmayaraq,  o,  parfiyalılardan  asılı  vəziyyətə  düşmüş  və  onlara    xərac  verməyə 
məcbur  olmuşdu.  II  Aryabarzanın  oğlu  II  Artavazd  Atropatena  ilə  yanaşı 
Ermənistana da şahlıq etmişdir. 
II  Artavazdan  sonra  Atropatenanın  daxili  və  xarici  siyasətində  mühüm 
dəyişikliklər  baş  vermişdir.  Belə  ki,  eramızın  I  əsrinin  birinci  yarısından  etibarən 
Atropatenada  Arşakilərin  kiçik  qolu  hakimiyyət  başına  gəlmiş  və  bu  sülalə 
Sasanilərin  dövründə  də  hakimiyyət  başında  olmuşdur.  Bu  hadisədən  sonra 
Atropaten  Midiyasında  olan  siyasi  cərəyanlar  büsbütün  romalıların  əleyhinə 
olmuşdur.  Arşakilər  hakimiyyətini  ələ  keçirən  II  Artaban  öz  qardaşı  Vanonu 
Atropaten  Midiyasının  hökmdarı  təyin  edir.  Eramızın  10  -  40-cı  illərində 
hakimiyyət  sürmüş  Atropaten  Midiyasının  şahı  III  Artaban  (Ərdəvan)  ana 
tərəfindən  Parfiyanın  şimal-şərq  zonasında  yaşayan  zadəgan  köçəri  tayfasına 
mənsub  olmuş,  atası  isə  Atropatena  şahı  idi.  III  Artaban  Atropaten  Midiyasında 
Arşakilər sülaləsinin kiçik qolunun banisi sayılır. O, romalıların barışmaz düşməni 
olmuşdur.  Beləliklə,  Atropatın  nəsli  Artavazdan  sonra  Atropaten  Midiyası  ilə 
yanaşı bütün İrana və ona tabe olan əyalətlərdə də hökmranlıq etmişlər. 
Antik  müəlliflərin  Midiya  və  Atropaten  Midiyasının  sonrakı  dövrləri 
haqqında olan məlumatlarında ancaq alanların həmin əraziyə iki hücumuna təsadüf 
edilir.  Alanlar  eramızın  72  -  74-cü  illəri  arasında  Xəzər  dənizi  sahilində  olan 
əyalətlərə, o cümlədən Atropatenaya basqın etdilər. Alanlar bu zaman geniş  ərazi 
olan  Azov  dənizi  ilə  Xəzər  dənizi  arasında  olan  ərazidə  yaşayırdılar.  Arşakilərin 
nəslindən  olan  Atropaten  Midiyasının  hökmdarı  Pakor  da  alanların  hücumlarının 
qarşısını  ala  bilməmişdi.  Parfiya  çarı  Valagez  (Balaş)  əlacsız  qalaraq  bu  böyük 
təhlükənin  qarşısını  almaq  üçün  parfiyalılara  düşmən  olan  Roma  imperatoru 
Vespasiana müraciət edib kömək istədi. Romalılar parfiyalıların müraciətinə mənfi 
cavab  verib,  alanlar  əleyhinə  vuruşmada  onlara  kömək  etmədilər.  Valagezin 
müraciətinin  romalılar  tərəfindon  rədd  edilməsinə  baxmayaraq  romalılarla 
parfiyalılar  bir  müddət  sülh  şəraitində  yaşadılar.  İki  böyük  dövlət  arasında  olan 
sülh uzun müddət davam etmədi. Romalılar parfiyalıların Ermənistan və Fərat çayı 
hövzəsində  olan  tam  hökmranlığı  ilə  razılaşmayıb  Arşakilər  üzərinə  hücum 
etmişdilər. 
Bu  müharibələrdə  Arşakilər  Atropaten  Midiyasının  strateji  mövqeyindən 
istifadə edirdilər. 
Arşakilərin kiçik qolu II Artabanın oğlu Vanondan başlayaraq III Artaban 
və  sonra  gələn  hökmdarlar  Atropaten  Midiyasının  hərbi  nöqteyi-nəzərindən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə