Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   54   55   56   57   58   59   60   61   ...   74

Yeni  hakimiyyət  tezliklə  ―dünya  dövlətlərindən‖  birinə  çevrilib, 
tabeliyində olan ərazini başqalarının hesabına genişləndirmək uğrunda mübarizəyə 
başlayır.  Sasanilər  dövləti  məhsuldar  torpağa  malik  olan  Beynəlnəhreyn, 
Ermənistan  və  habelə  İberiya  uğrunda  Roma  ilə  uzun  sürən  müharibələr 
aparmışdır. 
Beləliklə,  III  əsrin  birinci  rübündən  etibarən  əvvəlcə  Fars  əyalətində 
yaranıb,  sonralar  isə  bütün  parfiyalılara  tabe  olan  əyalətləri  mərkəzləşmiş  dövlət 
ətrafında  birləşdirən  Sasani  hakimiyyəti  Azərbaycanda  da  mövcud  olmuş  Parfiya 
hökmranlığına son qoymuşdur. 
Sasanilər  dövründə  Atropatenada  olduqca  məşhur  bir  neçə  atəşgədə 
mövcud  idi.  Bir  sıra  tədqiqatçılar,  o  cümlədən  S.  Nəfisi  bu  məşhur  atəşgədələrin 
Azərbaycanda  mövcud  olması  ilə  əlaqədar  həmin  ərazini  Zərdüştün  ölkəsi  kimi 
tanımışdır
318
.  Atropatena  227-ci  ildən  etibarən  Sasanilərin  işğalı  altına 
düşmüşdür
319
.  Həmin  dövrdən  İranın  şimal-qərbi  Azərbaycan  adlandırılmışdır.  S. 
Nəfisi  bu  haqda  yazır  ki,  ərazi  VI  əsrdə  Nəsturi  dininin  mərkəzlərindən  biri 
olduğuna  görə,  Aysori  kitablarında  o  mərkəz  həmin  adla  adlandırılmışdır
320

Sasanilərin 
idarəetmə 
qaydalarını  qoruyub  saxlayan  Abbasi  xəlifələri 
Azərbaycanın  adını  olduğu  kimi  qoruyub  saxlamışlar.  Azərbaycan  sərhədləri  bu 
dövrdə  belə  olmuşdur.  Cənub-şərqdən  Cibal  (qədim  Midiya),  cənub-qərbdən 
Cəzirə  (qədim  Assur)  əyalətinin  bir  hissəsi,  qərbdən  Ermənistan,  şimaldan  Aran 
(Qafqaz),  şərqdən  isə  Xəzər  dənizi  sahilinin  iki  əyaləti  olan  Muğan  və  Gilanla 
həmsərhəd olmuşdur. 
Güman  ki,  bu  göstərdiyimiz  sərhədlər  nisbi  xarakter  daşıyır.  Digər 
tərəfdən  xilafət  dövründə  Azərbaycanın  sərhədlərini  ərəb  müəlliflərinin  tövsiyə 
etdikləri  kimi  qəbul  etmək  olar.  Lakin  Sasani  hökmranlığı  dövründə  Muğan 
bütövlükdə  və  Gilanın  qərb  rayonları  da  Atropatena  ərazisinə  daxil  olmuşdur
321

Sasanilər  Atropatena  mərzbanlığının  sərhədlərini  olduğu  kimi  saxlamışlar. 
Ərəblərin  dövründə  isə  Muğan  və  Gilan  görünür  ki,  müvəqqəti  olsa  da 
Azərbaycanın tərkibindən ayrılmışdır. 
Müxtəlif  mənbələrin  göstərdiyinə  görə  strateji  nöqteyi-nəzərdən 
əhəmiyyətli  olan  bir  sıra  əyalətlərdə  olan  hakimlər  şah  ünvanı  daşımışlar.  İbn 
Xordadbehin  göstərdiyinə  görə,  Sasani  imperiyasının  dörddə  bir  hissəsini  təşkil 
edib,  şimal  spəhbudu  tərəfindən  idarə  edilən  şimal  əyalətlərinə  Azərbaycan, 
Ermənistan, Rey,  Aran və sair daxil idi
322
. Sasanilərin dövrundə olmuş şah ləqəbi  
(titul)  haqqında  İbn  Xordadbeh    yazır:  I  Ərdəşir  (224  -  241)  Azərbaycan, 
Ermənistan  və  başqa    ölkələrin    hakimlərinə    şahlıq  ləqəbi  vermişdir.  Həmin  bu 
                                                           
318
 S. Nəfisi. Göstərilən əsəri, s. 105. 
319
 Yenə orada. 
320
 Yenə orada. 
321
 Strabon. Göstərilən əsəri, XI, 13. 
322
 N. Vəlixanlı. Göstərilən əsəri, s. 106. 


ölkələrin şahları    Azərbaycanşah, Şirvanşah, Braşkanşah (Azərbaycan), Allanşah 
(Muğan), Ərmənşah, Filanşah və sair adlanırdı
323
. Dərbənd səddinin tikilməsindən 
bəhs  edən  bir  mənbədə  göstərilir  ki,  Ermənistan,  habelə  Azərbaycanın  bəzi 
əyalətləri  Bizans  çarları  və  Xəzər  xaqanlığı  tərəfindən  işğal  edilmişdi.  Qubad, 
habelə  ondan  əvvəlki  şahlar  ölkəni  qıpçaq  və  xəzərlərin  hücumundan  qorumaq, 
müdafiə  məqsədilə  səddləri  tikməyə  başladılar.  Ənuşirəvan  Ermənistanı  Roma 
çarlarının işğalından, Azərbaycanı isə qıpçaqlardan təmizləyərək Dərbənd səddini 
tikdirib  başa  çatdırdı.  Belə  ki,  hər  məntəqənin  özünün  ayrıca  hakimi  olmuşdur. 
Bunlardan  Şirvanşahlar,  Filanşahlar,      Xirsanşahlar      və  başqalarını  göstərmək 
olar
324

Sasanilərin  dövründə  İran  qismən    ittifaq,  dövlət  və  yaxud 
federasiyalardan  təşəkkül  tapmışdı.  Bu  özu  də  biri  digərindən  və  daima  İran 
mənşəli  olan  ―İran  şəhr‖  və  yaxud  ―Eran‖,  o  biri  isə  Sasanilər  tərəfindən  tutulub 
ölkələrinə qatılmış, geniş sahələrə malik olan ―Əniran‖, daha doğrusu, İran mənşəli 
olmayanlar  idi.  Bunlar  təbii  sərhədlərə  və  ayrı  irqə  malik  irsi  olaraq  müəyyən 
ailələr tərəfindən idarə olunan müstəqil  hökmranlıqlar  olmuşdur.  Bu hakimlər hər 
il  şahənşah  xəzinəsinə  müəyyən  edilmiş  pul  verməli  və  əlavə  olaraq  ―Novruz‖, 
―Mehrikan‖  bayramlarında  hədiyyələr  göndərməli  idilər.  Onlar  müharibələrdə  öz 
süvari  və  piyada  dəstələri  ilə  Şahənşah  ordusunda  iştirak  etməli  və  öz  hərbi 
qüvvələrinin  xərcini  ödəməli  idilər.  İrsi  və  müstəqil  olan  bu  hökmranların  hər 
birinin  xüsusi  ləqəbi  olmuşdur.  Onların  əksəriyyətinin  ləqəblərinə  ölkə  və  yaxud 
irqlərinin  adi  ilə  birlikdə  şah  məfhumu  da  əlavə  edilmişdi
325
.  Sasani  hakimiyyəti 
dövründə  şah  tituluna  malik  olan  vilayətlər  (məntəqələr)    Kuşan  şah,  Gilan  şah, 
Mişan  şah,  Səkistan  şah,  Mərv  şah,  Girman  şah,  Bədəşvarkər  şah,  Yəmən  şah, 
Kazuş  şah, Bərksan  şah, Şabran şah (ehtimal  ki,  İranın qərbində  olan üç  əyalətin 
adı imiş), Mukan şah (Azərbaycanda olmuşdur), Mokran şah, Turan şah, Hindivan 
şah, Kablan şah, Şirvan şah, Rigan şah, Blaşkan şah, Davəran şah, Nexşban şah
326
 
və  başqalarından  ibarət  olmuşdur.  Bunlardan  başqa  bir  sıra  kiçik  məntəqələrində 
hakimlərinə  şah  ləqəbi  verilmişdir.  O  cümlədən  Termez  şah,  Xarəzm  şah,  Vərdin 
şah,  Abxaz  şah,  Təbər  şah,  Miran  şah,  Filan  şah,  Gerşan  şah  və  Araz  çayının 
şimalında  olan  Aran  məntəqəsinin  hökmranları
327
 və  sairə.  Bir  sıra  əyalətlərin 
hakpmlərinə xuday və bəzilərinə isə spəhbod ləqəbi verilmişdir
328

Bizi  maraqlandıran  məsələ  vaxtilə  Azərbaycanın  bir  sıra  əyalətlərində 
mövcud  olmuş  şahlıqlardır.  Yuxarıda  göstərilən  ―Azərbaycan  şah‖  Cənubi 
Azərbaycan zonasına, keçmiş Atropatena və bir sıra qərb və habelə cənub əyalətlər 
                                                           
323
 Yenə orada. 
324
 İbn Xordadbeh. Göstərilən əsəri, s. 61. 
325
 Yenə orada. 
326
 İbn Xordadbeh. Göstərilən əsəri, s. 61. 
327
 N. Vəlixanlı. Göstərilən əsəri,61. 
328
 Yenə orada. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə