gücləndirməyə səy göstərmişlər. Bu hökmdarlar qüvvətli ölkələrlə iqtisadi-ictimai,
bəzi hallarda isə diplomatik əlaqə yaradırdılar.
Atropatena hökmdarları (e. ə. 250-ci ildən eramızın 224-cü ilinə qədər)
Arşakilər hakimiyyət başına gələndən onların sonuna qədər öz müstəqilliyini
qoruyub saxlaya bilmişlər. Lakin Atropaten Midiyasının şahları bəzi hallarda
parfiyalılara az miqdarda olsa xərac verirdilər. Müharibə zamanı isə öz orduları ilə
düşmənlə vuruşmalı olurdular. Bunun müqabilində parfiyalılar atropatenalıların
daxili işinə qarışmır və Atropaten Midiyasının daxili qayda-qanunlarına
toxunmurdular. Atropaten Midiyasının şahları öz müstəqilliyini qoruyub saxlamaq
məqsədi ilə parfiyalılar əleyhinə romalılarla qohumluq əlaqəsi yaradıb həm də
diplomatik müqavilələr də bağlayırdılar.
Atropatın qızı Yutapanın Makedoniyalı İskəndərin sərkərdəsi Perdikka, II
Artavazdın qızını Antoninin oğlu İskəndərlə evlənməsini misal göstərmək olar.
Strabonun yazdığına görə, atropatenalıların parfiyalılar və ermənilər kimi
qüvvətli qonşuları olmuşdur; onlar qonşuları ilə daima iqtisadi-ictimai və siyasi
əlaqə yaradırdılar
313
.
ATROPATENA ġAHLARININ ġƏCƏRƏ CƏDVƏLĠ
1.— Atropat (Azərbad)—E. ə. 328-ci ildən hakimiyyətə keçmişdir.
2.— Artabazan. III Antioxla sülh müqaviləsi bağlamışdır.
3.— Mitridad (Mehradad)—E. ə. 67-ci ildə II Tiqranın qızı ilə
evlənmişdir.
4.— Dara (Daryuş) — E. ə. 65-ci ildə.
5.— I Aryabarzan — E. ə. 30-cu illər.
6.— I Artavazd — E. ə. 20-ci il.
7.— II Aryabarzan— E. ə. 20-ci ildən eramızın 2-ci ilinə qədər. Bu şəxs
eramızın 1-ci ilinə kimi Ermənistanın da şahı olmuşdur. Antoninin Kleopatradan
olan oğlu İskəndər II Aryabarzanın bacısı ilə evlənmişdir.
8.— Artavazd. Atropaten Midiyası həm də Ermənistanın şahı olmuşdur.
Arşakilərin kiçik qolu.
1.
- Vanon.
2.
- III Artaban (10 - 40-cı illər). Anası IV Fraatın qızı, atası isə
Atropatena hökmdarlarından olmuşdur. Beləliklə, Arşakilərin kiçik qolu olan
Atropatena şahları III Artabandan başlayaraq Ermənistanda olduğu kimi, bütün
İranda parfiyalıların son dövrünə qədər hakimiyyət başında olmuşlar
314
.
3.— IV Artaban (Küdarz).
4.— Küdarz Horavda Vanon (Ermənistanın şahı olmuşdur).
313
Strabon. Göstərilən əsəri, XI, 13, 3.
314
H. Pirniya. Göstərilən əsəri, s. 2460. S. Nəfisi. Fəhəngnameyi parsi, Tehran, 1319, s. 105. A. Fazili.
Göstərilən əsəri, s. 90 – 93.
5.— II Pakor.
6.— II Valagez.
7.— III Valagez.
8.— IV Valagez.
9.— V Artaban.
10. —V Valagez.
Eramızın 224-cü ilində Artaban V Ərdəşir tərəfindən məğlub edildikdə
Arşakilər sülaləsinə son qoyulmuşdur.
Atropatena hökmdarı II Artavazdla IV Fraat arasında olan narazılıq onu
istər-istəməz romalılarla əlaqəyə girməyə sövq etdi. II Artavazd Roma ilə iqtisadi-
ictimai və habelə siyasi diplomatik əlaqə yaratmaqla eyni zamanda öz qızı
Yutapanı Antoninin oğlu İskəndərə ərə verdi.
II Artavazd İskəndərə Ermənistan şahlığını tapşırdı. Artavazdın bu
hərəkəti ermənilərin xoşuna gəlməyin Antoninin oğlunu taxtdan salıb, dövləti
Ermənistanın keçmiş hökmdarı Artavazdın oğlu Artaşesə tapşırmışlar. Bu
hadisədən sonra Atropatena şahı II Artavazd kürəkənini müdafiə etmək məqsədilə
Ermənistana qoşun çəkmişdi. Artaşes isə müqavimət göstərə bilməyib IV Fraata
sığınmışdı.
Ümumiyyətlə, Atropatenada hökmranlıq edən Arşakilərin kiçik qolu
dövründə bu dövlətin istər daxili və istərsə xarici siyasətində parfiyalıların tam
nüfuzu qabarıq formada özünü göstərdi. Bundan sonra atropatenalıların romalılara
rəğbət bəsləmələri gözə çarpmır.
Beləliklə, Arşakilərin kiçik qolu III Artabandan başlayaraq Atropatena ilə
birlikdə bütün İran əyalətlərində hökmranlıq etmişdir.
SASANĠ DÖVLƏTĠNĠN YARANMASI. AZƏRBAYCAN
VĠLAYƏTLƏRĠNĠN SASANĠLƏR TƏRƏFĠNDƏN ĠġĞALI
İranın cənub-qərbində yerləşən Fars əyaləti hələ Əhəmənilərin dövründən
iqtisadi, siyasi və mədəni cəhətdən başqa əyalətlərdən fərqlənirdi.
Əhəməni imperiyası Makedoniyalı İskəndər tərəfindən yıxıldıqdan sonra
Fars əyaləti Selevkilərin dövründə öz müstəqilliyini nisbətən qoruyub saxlaya
bildi. Bu əyalət, formal olaraq parfiyalılardan asılı olsalar da öz daxili
muxtariyyətini əldən verməmişdir. Lakin digər asılı əyalətlər kimi Fars əyaləti də
parfiyalılara vergi ödəyir, lazım gəldikdə isə hərbi dəstələrini onların ixtiyarına
verirdilər. Əldə olan mənbələrin, habelə sikkələrdən məlum olur ki, Fars əyalətinin
başçıları həm də dinin təbliğ edilməsinə rəhbərlik edirdilər. Elə bu səbəbə görə də
Əhəmənilər dövründə Fars əyalətində mövcud olmuş mağların ayinləri qorunub
saxlanılmışdır. Fars əyaləti başçılarından yadigar qalmış sikkələrin üzərində
müqəddəs odun qarşısında əlində kaman duran dövlət başçısı, digər tərəfdə isə
odun üzərində dalğalanan Kavənin bayrağı təsvir olunur. Digər tərəfdən Təxt-e
Cəmşid Makedoniyalı İskəndər tərəfindən yandırıldıqdan sonra Fars əyalətində
olan İstəxr yeni inkişaf mərhələsinə qədəm qoyur. Beləliklə, İstəxr şəhəri Fars
əyalətinin iqtisadi-ictimai və mədəni mərkəzinə çevrilir
315
. Parfiyalılardan asılı
olan əyalətlər daima ayrılmağa və müstəqil olmağa cəhd göstərirdilər. Belə
əyalətlərdən biri də iqtisadi-ictimai cəhətdən inkişaf etmiş Fars əyaləti idi.
Parfiya dövlətinin yıxılması haqqında tarixçi Təbəri yazır ki, Ərdəşir
Babəkan (224 - 241) qalxıb Əcəm ölkəsini asılı ölkələr sistemindən azad etdi
316
.
Beləliklə, 224-cü ildə parfiyalıların hakimiyyəti devrilib yerində yeni bir dövlət
olan Sasanilər dövləti təşəkkül etdi. Yeni dövlət sülaləsi olan Sasanilər tayfalar
birliyi və yaxud asılı dövlətlər sistemini ləğv edərək mərkəzləşmiş dövlət
yaratdılar. F. Engels Sasanilərin yeni dövlət sistemindən ―Sasanilərin nizama
salınmış İran monarxiyası‖
317
kimi bəhs etmişdir. Beləliklə, Sasanilər nizamlı bir
dövlət quruluşu yaratmış oldular.
Sasanilər parfiyalıları məğlub etdikdən sonra öz hakimiyyətlərini
möhkəmləndirmək məqsədilə yeni ərazilərin işğalına başladılar. Hələ I Ərdəşirin
dövründə Sasanilər Mesopotamiyanı, Atropatenanı və Orta Asiyanın bir hissəsini
zəbt etdilər. Atropatenanın iqtisadi inkişaf nöqteyi-nəzərdən qonşu ölkələrdən
irəlidə olması, digər tərəfdən həmin ölkənin strateji mövqeyinin əlverişliliyi onu
hələ qədimdən məşhur etmişdi. Bu ərazi gələcəkdə Sasanilər üçün Ermənistan,
istərsə də Roma imperiyası ilə baş verə biləcək müharibələrdə mühüm strateji
mövqeyə malik idi. III əsrdən etibarən Atropatenada feodal münasibətləri rüşeym
halında olsa da təzahür etməyə başlayır. Bu dövr həm də Atropatenada Zərdüşt
dininin (zərdüştiliyin) formalaşıb geniş yayıldığı dövrdür. Məhz bu baxımdan da
istər I Ərdəşir, istərsə də onun oğlu I Şapur (241 - 272) dövründə Zərdüşt dinindən
öz hakimiyyətlərini möhkəmləndirmək xatirinə yeni bir ideologiya kimi istifadə
edirlər. Sasanilərin ilk dövründə Zərdüşt dini işğal edilmiş ölkələrdə zorla yayılırdı.
İranda III əsrin birinci rübündə yeni dövlət sistemi olan Sasani
hakimiyyətinin təşkili və inkişafını, adicə sülalə dəyişikliyi kimi izah
olunmamalıdır. Bəlkə həmin hadisə bilavasitə dövrün iqtisadi və ictimai şəraiti ilə
əlaqədar və ondan doğan bir fakt kimi şərh edilməlidir.
III əsrdən etibarən kəndlilər və qulların ağır şəraitdə istismar edilməsi
hesabına artan əmtəə istehsalı, habelə kənd təsərrüfatı məhsullarına, bədii
sənətkarlıq şeylərinə artan tələbat, Atropatenadan İran, Çin və Hindistana keçib
gedən ticarət yollarının toplanması, bütün bu faktlar Atronatenanın iqtisadi-ictimai
və siyasi tarixində yeni mərhələnin başlanması demək idi. Bu göstərdiyimiz
obyektiv şəraitdə yeni dövlət sisteminin, daha doğrusu, mərkəzləşmiş hakimiyyətin
təşkil edilməsini və Atropatenanın zəbt edilməsini tələb edirdi.
315
В. Г. Луконин. Иран в эпоху первых Сасанидов. Лениниград, 1961, с. 5, 6.
316
M. Təbəri. Göstərilən əsəri.
317
K. Marks və F. Engels. XXI cild, s. 494.
Dostları ilə paylaş: |