Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   61   62   63   64   65   66   67   68   ...   74

vuruşmada atam Hörmüzdün köməyi ilə onlara qalib gəldi (e. ə. 521-ci  il  fevralın  
5-də).    Mən    isə    Raqadan  (Reydən)  Pars  ordusunu  atamın  köməyinə  göndərdim. 
Onlarla  birlikdə  düşmənə  mənə  qarşı  çıxan  Gəştasib  (e.  ə.  520-ci  ildə)  üsyan 
edənləri  darmadağın  etdi.  Kitabədə  Dara  atasını  şah  deyil,  bir  əyalətin  satrapı 
adlandırır. 
III  Artakserks  (Ərdəşir  356  -  338)  Təxt-e  Cəmşid  kitabəsində  öz  əcdadı 
haqqında  yazır:  Böyük  şah,  şahlar  şahı,  ölkələr  şahı,  bu  ərazinin  şahı.  Mən  şah  I 
Artakserksin  oğluyam.  Artakserks  Xaşayarşanın,  Xaşayarşa  Daranın,  Dara  isə 
Gəştasbın,  Gəştasb  isə  Arşamın  oğludur
367
.  Şübhəsiz,  adı  bu  kitabədə  çəkilən 
Gəştasib  Zərdüştün  havadarı  hesab  etmək  deyildir.  Ona  görə  ki,  bütün  dövrlərdə 
Gəştasib adı ilə adlandırılmış şəxslər çox olmuşdur. Müasir dövrdə Zərdüşt dininə 
inananların  əqidəsinə  görə  Zərdüşt  e.  ə.  660  -  589-cu  illər  arasındakı  dövrdə 
yaşaması zənn edilir
368
. Bu ehtimal pəhləvi mənbələrində az fərqlə təsdiq edilir. 
―Ardavirafnamə‖nin  I  fəslində  deyilir  ki,  müqəddəs  və  pak  din  olan  bu 
dinin  banisi  Zərdüşt  öz  ideologiyasını  əhali  arasında  yayıb  təbliğ  etmişdir. 
Məzdəizm 300 il müqəddəs və toxunulmaz qala bilmişdir. Nəhayət, şər rəmzi olan 
Əhrimənin  köməyi  ilə  Makedoniyalı  İskəndər  İrana  hücum  edib  oranı 
dağıtmışdı
369

―Zad  Sparam‖  əsərində  deyilir:  Zərdüşt  dininin  yarandığı  gündən  300  il 
sonra İran taxt-tacı aradan getmişdir. Şübhəsiz ki, bu əsərdə də İskəndərin hücumu 
nəzərdə tutulur (Zad Sparam, 23-cü fəsil, 12-ci fəqərə;  Zərdüşt haqqında). 
―Bəndhüş‖də  deyilir:  Kəyan  sülaləsinin          (Əhəmənilər  -  A.  F.) 
hakimiyyət  başına  keçməsindən  İskəndərin  vəfatına  qədər  olan  müddət  329  ildir. 
Buna görə də Zərdüşt e. ə. 595-ci ildə peyğəmbər olmasını elan etmişdir. Bəndhüşə 
görə  İskəndər  14  il  hökmranlıq  etmişdir  (Bəndhüş,  44-cü  fəsil,  7-8-ci  fəqərələr). 
Ərəb müəllifi Məsudi deyir: mağların rəvayətinə  görə onların peyğəmbərləri olan 
Zərdüşt ibn Spitmanın dövründən İskəndərə qədər olan müddət 258 ildir
370
. Məsudi 
başqa əsərində bu müddəti 280 il qeyd etmişdir
371

Əbu Reyhan Biruni də Zərdüşt ilə İskəndər arasında olan müddəti 250 il 
hesab edir
372

―Qatha‖ kitabında Zərdüşt dörd yerdə Gəştasibin adına toxunur
373

Mənbələrdə  Zərdüşt  haqqında  olan  müxtəlif  və  rəngarəng  məlumatın 
olduğuna  baxmayaraq  hələ  də  onun  yaşayıb-yaratdığı  dövr  dəqiq  müəyyən 
edilməmişdir. 
                                                           
367
 М. А. Дандамаев. Иран при первых Ахеменидах. Москва, 1963, с. 41 – 79. 
368
 İ. Purdavud. Göstərilən əsəri, s. 120 – 130. 
369
 Ardavirafnamə, IV – XII. 
370
 Əl-Məsudi. Müruc əz-zəhəb və əl-məadin əl-cöhvər. Paris. 1861. 
371
 Yenə orada. 
372
 Əbu Reyhan Biruni. Göstərilən əsəri, s. 267. 
373
 Purdavud. Qatha, Bombey, 1927, s. 120 – 125. 


Müqəddəs  külliyyat  olan  Avesta  Azərbaycan,  İran,    habelə  Orta  Asiya 
ərazisində yaşayan tayfa və qəbilələrin həyat tərzi və məişətini özündə əks etdirən 
ən qədim mənbədir. 
 Öz quruluşuna  görə Avesta  çoxtəbəqəli  olmaqla  bərabər, eyni zamanda 
müxtəlif  hadisə  və  faktları  özündə  cəmləşdirən  dini  kitabdır.  Burada  təkrarlara, 
habelə  ziddiyyətli  fikirlərə  tez-tez  təsadüf  edilir.  İstər  Avestanın  dili,  istərsə  onun 
yazı  üslubu,  ayrı-ayrı  fraqmentləri  rəngarəng  olub,  tarixən  tayfa  və  qəbilələrin 
şifahi dilinin forma və təfəkkür tərzini özündə əks etdirir. Bu baxımdan da kitabda 
çoxtəbəqəli məlumatların toplanmasına, habelə onun lüğət fondunun tərkibinə görə 
yarım  əsr  ərzində  bir  sıra  avestaşünaslar  onun  həqiqi  Avesta  olmasına  şübhə 
etmişlər.  Müqəddəs  dini  kitab  olan  Avestanın  meydana    çıxması  Azərbaycan  və 
İran  xalqlarının  çoxəsrli  yaradıcılıq  bacarığına,  onların  folklorunun  ən  yüksək 
səviyyədə  yaranıb  inkişaf  etdiyini  göstərən  əsas  amildir.  Avesta  istər  iqtisadi-
ictimai  inkişaf  qanunlarına  uyğun  tərzdə  tayfa  və  qəbilələrin  birləşib  xalq  halını 
alması,  istərsə  də  köçəri-maldar  tayfaların  oturaq  həyat  tərzinə  alışıb  əkinçiliklə 
məşğul  olmaları  və  nəhayət,  sinifli  cəmiyyətin  meydana  çıxdığı  dövrün 
məhsuludur. Avestanın bir sıra ölkələrdə təkallahlığın meydana çıxmasında böyük 
rolu  olmuşdur.  Avesta  hindlilərin  ―Rıkvıda‖  və  yəhudilərin  ―Tovrat‖  kitabı  kimi 
dünyada  ən  qədim  dini  ştablardan  biri  olmaqla  bərabər  o,  eyni  zamanda  Tunc 
dövrünün məhsuludur. Avestada müharibələrdən və metal alətlərdən bəhs edilsə də 
bu kitabda dəmir filizinin adına təsadüf edilmir. 
Holland  alimi  Pileyə  görə  Avesta  eramızdan  860  il  əvvəlki  dövrün 
məhsuludur. İran alimi Purdavud  yazır:  Avestanın (Yəsnanın—A.  F.) hissəsi olan 
―Qatın‖  (Qatha)  dil  xüsusiyyəti,  onun  lüğət  fondu  bizə  imkan  verir  ki,  onun 
meydana  çıxdığı  dövrü  e.  ə.  II  minilliyin  sonuna  aid  edək
374
.  İ.  H.  Əliyev  yazır: 
Yəsnanın  hissəsi  olan  Qatlar  e.  ə.  VIII  -  VII  əsrə  aid  olmaqla  daha  qədim  və 
ilkindir. Hətta imkan daxilində Avestanın bir sıra motivlərini e. ə. II minilliyə aid 
etmək  olar
375
.  Avestanın  meydana  çıxdığı  dövr  də  ona  aid  olan  digər  məsələlər 
kimi  mübahisəlidir.  Bir  sıra  tədqiqatçı  Avestanın  İranın  şərqində  Orta  Asiyada 
meydana çıxmasını iddia edir (V. Qeyqar, Bartolomey, Markvart, V. V. Bartold, V. 
V.  Struve,  A.  A.  Freyman,  H.  Nuberq,  Y.  Bertels,  V.  Q.  Henninq  və  başqaları). 
Digər  avestaşünaslar  isə,  onun  İranın  şimal-qərbində  yaranması  fikrini  müdafiə 
edir (F. Şpikel, J. Darmesteter, Cekson, E. Herstfeld, A. Meyye, P. Tedesko, A. O. 
Makovelski və s.)
376

Hər  iki  fikri  irəli  sürən  tədqiqatçılara  hədsiz  rəğbət  bəsləyənlər  vardır. 
Lakin  hələlik  bu  məsələ  həll  edilməmiş  və  hansı  qrupun  üstün  gəlməsi  təsdiq 
edilməmişdir. 
                                                           
374
 Yenə orada, s. 121. 
375
 İ. H. Əliyev. История Мидии. Баку, 1960, с. 14. 
376
 Yenə orada. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə