Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun


MƏZDƏKĠLƏR HƏRƏKATI VƏ ONUN   ĠCTĠMAĠ KÖKLƏRĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə67/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

MƏZDƏKĠLƏR HƏRƏKATI VƏ ONUN   ĠCTĠMAĠ KÖKLƏRĠ 
 
Məzdəkin  rəhbərliyi  ilə  (496  -  531)  Sasani  zülmünə  və  feodallara  qarşı 
baş  vermiş  hərəkat,  ilk  orta  əsrlərin  ən  mühüm  ictimai  və  tarixi  hadisələrindən 
biridir. 
Maniçiliyin təsiri ilə yaranmış Məzdəkilər hərəkatı özünəməxsus spesifik 
xüsusiyyətlərə  malikdir.  Maniçiliyin  banisi  Mani  (216  -  274  və  ya  276)  Şərq 
ölkələrində  məşhur  rəssam  kimi  məşhur  olmuş  və  Mani  Nəqqaş  adı  ilə 
adlandırılmışdır.  Manilik  təlimi    Sasanilər  hakimiyyətinin    ilk  dövründə  İranda, 
Orta Asiya və qonşu ölkələrdə Zərdüşt dininə qarşı çevrilmiş geniş dini hərəkat idi. 
Maniliyə  görə  dövrün  bütün  mövcud  dinlərini  əvəz  edən  ümumi  bir  din 
olmalıdır.  Bu  ümumi  din  manilikdir  və  onda  Zərdüşti,  xristian  və  bütpərəstlik 
dinlərindən  götürülmüş  ünsürlər  də  mövcud  olmalıdır.  Manilik  təlimində  qədim 
yunan  fəlsəfəsinin,  eyni  zamanda  Babilistanın  qədim  dini  əqidələrinin  də  təsiri 
görünür.  Mani  təlimi  tərəfdarları  xalqı  hakim  təbəqənin  dəbdəbəsinə  və 
zənginliyinə  qarşı  çıxış  etməklə  bərabər,  eyni  zamanda  onları  zahidliyə, 
nikahsızlığa,  fəal  həyata  dəvət  edirdilər.  Hakim  təbəqənin  nümayəndələri 
tərəfindən maniliyin amansız surətdə təqib edilməsinə baxmayaraq bu dini cərəyan 
sürətlə, xüsusən şəhər əhalisi arasında geniş yayılırdı. 
Manilik  yeni  bir  dini  cərəyan  kimi  meydana  gəldikdə  bir  sıra  xalqlar 
tərəfindən rəğbətlə qarşılanmışdı. Lakin maniliyin bütün dini təriqət və əqidələrdən 
iqtibas  etməsinə  baxmayaraq,  onun  tərəfindən  yaranmış  dini  anlayış  heç  də 
özündən əvvəlki dini ayinlərin təkrarı deyil, əsas baş xətti və ideologiyası şəxsən 
Maninin özü tərəfindən yaradılmışdı. 
Maniliyin  əsasını  iki  qüvvə:  xeyir-şər  və  yaxud  nur-zülmət  təşkil  edirdi. 
Həqiqətdə onlara görə iki böyük nur və zülmət allahları mövcuddur.  
Azərbaycanın  ilk  orta  əsrlər  tarixinin  iqtisadi  və  ictimai  məsələlərinin 
işıqlandırılmasında  məzdəkilər  hərəkatının  da  tədqiq  edilməsi  mühüm  elmi 
əhəmiyyətə  malikdir.  Məzdəkilər  hərəkatı  başlandığı  ərəfədə  Şərqin  digər 
ölkələrində 
olduğu 
kimi 
Azərbaycanda 
da 
feodal 
münasibətlərinin 
möhkəmlənməsilə  əlaqədar  olaraq  kəndli  kütlələrinin  vəziyyəti  daha  da 
ağırlaşmışdı. 
Pəhləvi  dilində  Tanser  tərəfindən  yazılmış  ―Tanserin  məktubu‖
386
 
Sasanilər dövrünün iqtisadi-ictimai tarixinin öyrənilməsinə dair mühüm mənbədir. 
Bu  mənbədə  əhali  dörd  silkə  bölünür;  onlardan  birincisi  kahinlər  (möbədan-e 
möbəd),  ikincisi  hərbçilər,  üçüncüsü  mirzələr  (dəbirlər),  dördüncüsu  əkinçi,  tacir 
və sənətkarlardan ibarət idi. 
Dəbirlər  silkinə  məktubları  və  aktları  tərtib  edənlər,  yazıçılar,  şairlər, 
hesabdarlar, hüquqşünaslar, həkimlər, coğrafiyaşünaslar və rüsumçular daxil idilər. 
                                                           
386
 Tanserin məktubu. Pəhləvi dilindən tərcümə edəni İbn Müqəffə, pəhləvi dilindən ərəb dilinə İbn-e 
İsfəndiyar, Müctaba Minəvinin şərhi ilə, Tehran, 1311, s. 12. 


Dördüncü  silkə  daxil  olan  tacirlərin  və  sənətkarların  vəziyyəti  əkinçilərə  
(kəndlilərə)  nisbətən yaxşı idi. Tacirlər və sənətkarlar bir çox mükəlləfiyyətlərdən, 
o cümlədən hərbi mükəlləfiyyətdən azad edilirdi. Əksinə, bir çox mükəlləfiyyətləri 
yerinə  yetirməyə  məcbur  edilən  kəndlilərin  vəziyyəti  isə  dözülməz  və  son  dərəcə 
ağır idi. Ona görə ki, ikinci və üçüncü silkə daxil olanlar dövlət vergilərindən azad 
edilirdi.  Bütün  vergilər  dördüncü  silkin,  xüsusilə  kəndlilərin  üzərinə  düşürdü. 
Birinci  və  ikinci  silkin  nümayəndələri  (kahinlər  və  arteşdarlar)  icmaçı  kəndliləri 
daha çox özlərinə tabe edir, onların torpaqlarını əllərinə keçirirdilər. Digər tərəfdən 
icmanı dövlət də  amansızcasına  istismar edirdi.  Bu dövrün vergiləri içərisində  ən 
dözülməz  və  ağırı  can  vergisi  (gizit)  idi.  I  Xosrovun  hakimiyyətinə  (531  -  579) 
qədər  bütün  vergilərin  müəyyən  miqdarı  olmadığına  görə,  dövlət  məmurları  öz 
istədikləri  kimi  hərəkət  edirdilər.  Kəndlilər  məhsulu  götürmədən  əvvəl  vergini 
ödəməli  idilər.  Bu  hal  kəndlilərin  ağır  olan  iqtisadi  vəziyyətini  bir  daha 
çətinləşdirirdi.  Kəndli  vergini  vermədən  nə  məhsulu  yığa  bilər,  nə  də  onu  bazara 
çıxarıb sata bilərdi. 
Gizit  4  dirhəmdən  12  dirhəmə  qədər  alınırdı.  Bu  vergini  ödəməyənlərin 
bütün  əmlakı  dövlətin  ixtiyarına  keçirdi.  Vergi  verməli  olan  şəxs  öldükdə  onun 
varisi  həmin  vergini  ödəməli  idi.  Yalnız  I  Xosrovun  islahatından  sonra  uşaqlar, 
qadınlar və 60 yaşından yuxarı olan kişilər can vergisindən azad edilirdi. Deməli, 
istər  Məzdək  hərəkatından  əvvəl  və  istərsə  də  hərəkat  ərəfəsində  göstərilən 
şəxslərdən  can  vergisi  alınırmış.  Kəndlilər  bir  sıra  digər  icbari  əmək 
mükəlləfiyyətlərinin  də  öhdəsindən  gəlməli  idi;  o  cümlədən  körpü  tikmək,  yol 
çəkmək, arx qazmaq və su bəndlərinin salınmasında da iştirak etməli idi. 
Digər tərəfdən İranla Bizans arasında gedən dağıdıcı müharibələr ölkənin 
təsərrüfatının  dağılmasına  və  kəndlilərin  böyük  tələfatına  səbəb  olurdu.  Köçəri 
tayfaların  ardı-arası  kəsilmədən  ölkəyə  basqın  etmələri  də  öz  növbəsində 
zəhmətkeşlərin ağır olan vəziyyətini bir daha ağırlaşdırırdı. 
Cəmiyyətin  bütün  ağırlığı  kəndlilərin  üzərinə  düşürdü.  Kəndlilər 
mülkədarlar, məmurlar və din xadimləri tərəfindən vəhşisəsinə istismar edilirdilər. 
Sasanilər  hakimiyyəti  dövründə  aşağı  silkin  yuxarı  silkə  keçməsinə  icazə 
verilmirdi.  Bu  dövrün  qayda-qanunlarını  təsvir  edən  Firdovsi  yazır  ki,  I  Xosrova 
pul lazım olur, o, həmin pulu toplamaq üçün əyalətlərə məmurlar göndərir. Bu vaxt 
bir nəfər çəkməçi dövlətə böyük miqdarda pul verməyi öhdəsinə götürür. Lakin bu 
şərtlə  ki,  I  Xosrov  çəkməçinin  oğluna  oxumaq  icazəsi  vermiş  olsun.  Sasani  şahı 
ehtiyac  içərisində  olmasına  baxmayarq,  həmin  şəxsin  oğluna  oxumaq  icazəsi 
vermir. 
Məzdəkilər  hərəkatı  ərəfəsində  quraqlıq  və  təbii  fəlakətlər  nəticəsində  də 
ardı-arası  kəsilmədən  aclıqlar  baş  vermişdi.  Beləliklə,  hərəkatın  başlanmasının 
iqtisadi və ictimai amilləri meydana gəlmişdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə