Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   59   60   61   62   63   64   65   66   ...   74

sağlamlığına    ciddi  fikir  verməlidir.  Yalnız  bu  yolla  hər  bir  şəxs  yüksək  rütbəyə 
çata bilər. Orada təbiət, coğrafi şərait, din və dövlətin idarə edilməsi üsulları təlim-
tərbiyənin  əsas  amili  kimi  göstərilmişdir.  Əlbəttə,  yuxarıdakı  şərhlə  razılaşmaq 
olmaz.  Azərbaycana  gəlikdə  isə  Zərdüştliyin  ən  geniş  yayılmış  olduğu  bu  ölkədə 
dini ayinlər əsasında yaranmış təlim-tərbiyə üsulu mövcud olmuşdur. 
Çox güman ki, Azərbaycan ərazisində bina edilmiş mühüm atəşgədələrin 
nəzdində istər dini, istərsə də dövrun tələbatından doğan digər təhsil növləri kifayət 
qədər olmuşdur. 
Bu dövrdə saray, atəşgədə, atəşgah və ailə məktəbləri mövcud olmuşdur. 
Sasanilərin  hakimiyyəti  dövründə  isə  təhsil  ocaqlarına  ölkənin  iqtisadi-ictimai 
inkişafı  ilə  əlaqədar  olaraq  ibtidai  məktəblər  və  müəyyən  peşə  məktəbləri  əlavə 
edilmiş oldu. 
Saray  məktəblərində,  habelə  əyan  və  rütbə  sahiblərinin  uşaqları, 
şahzadələr təhsil alırdı. 
Bu  məktəblərdə  dövlət  aparatını  idarə  edə  biləcək  kadrlar  hazırlanırdı. 
Məktəblər sarayların, dövlət idarələrinin yaxınlığında bazar və izdihamlı yerlərdən 
uzaqda yerləşirdi. 
Sinifli  cəmiyyətdə  ümumi  təhsil  və  təlim-tərbiyədən  danışmaq  yersizdir. 
Bu  dövrdə  təlim-tərbiyə,  habelə  təhsil  sinfi  xarakterə  malik  olmuşdur.  Təlim-
tərbiyə  ocaqlarında  ancaq  yuxarı  sinfin,  o  cümlədən  saray  adamlarının,  qoşun 
başçılarının,  böyük  torpaq  sahiblərinin,  azatların  uşaqları  təhsil  ala  bilərdi.  Geniş 
xalq  kütləsinə  mənsub  olan  kəndlilərin,  sənətkarların,  habelə  şəhər  yoxsullarının 
uşaqları istər dini və istərsə də dünyəvi təhsildən məhrum idilər. 
Məktəblər  dörd  silkə  (təbəqəyə)  xidmət  məqsədilə  dörd  bölməyə: 
uşaqlara,  cavanlara,  kişilərə  və  yaşlılara  bölünürdü.  Yaşlılar  uşaqlara,  kişilər  isə 
cavanlara təlim-tərbiyə verməyi öhdələrinə götürmüşdü. 
Təhsil  səhər  tezdən  başlanırdı.  Atəşgədələrdə  təhsil  alanlara  gəldikdə 
onlar  bütün  günü  təhsil  alır  və  həm  də  orada  gecələyirdilər.  Dini  təhsil  alanların 
məxarici  atəşgədələrin  hesabına  ödənilirdi.  Belə  ki,  orta  əsrlərdə,  elə  indi  də  dini 
təhsil  alanlar  məbədin,  kilsə  və  məscidlərin  hesabına  saxlanılır.  Herodot  və 
Strabonun  məlumatına  görə  uşaqların  5  yaşından  etibarən  təhsilə  başlaması 
göstərilmişdir.  Dinkord  və  Şahnaməyə  gəldikdə  bu  mənbələrdə  uşağın  7  yaşı 
tamam olduqda təhsilə başlaması fikri irəli sürülür. 
Zərdüşt dinini qəbul edən hər bir gənc 15 yaşından etibarən həddi-büluğa 
çatır, bu müddətdən etibarən dini ayinləri yerinə yetirməyə borcludur. 
Vəndidadda göstərilir: hər bir şəxs 15 yaşından ―sədrə‖ geyinməsə, belinə 
―keşti‖ bağlamasa böyük günahkar sayılır
359

Əyan  uşaqlarının  təhsil  müddətinin  qurtarması  Herodotda  20,  Strabonda 
isə  24  yaş  göstərilmişdir.  Saray  məktəblərində  gənclərin  təlim-tərbiyəsinə  ancaq 
                                                           
359
 Vəndidad. Darmesteterin tərcüməsi, s. 196 – 200. 


şahzadələr və ustandarlar məşğul olurdu. Digər məktəblərə gəldikdə orada mağlar, 
onları  isə  hirbod  və  yaxud  atrvanlar  əvəz  etməklə  təlim  tərbiyə  işilə  məşğul 
idilər
360

Həmin  məktəblərin  təlim-tərbiyə  proqramı  3  mühüm  hissəyə  dini-əxlaqi, 
fiziki (idman) və  yazıb-oxumağa bölünürdü. Təlim-tərbiyənin əsas hissəsini təşkil 
edən  dini  və  əxlaqi  təlim  cəmiyyətə  üzv  olmaq  üçün  ən  zəruri  məsələlərdən  biri 
sayılırdı.  Belə  ki,  Büzürgmehrin  ―nəsihətnamə‖sində  göstərilir  ki,  hər  bir  şəxs 
gecə-gündüzün  üçdə  birini  dini-əxlaqi  tərbiyəyə  sərf  etməlidir;  lallar,  karlar  və 
şikəstlər bu təlim üsulundan azaddırlar. 
7  ilə  15  yaş  arasında  bir  gün  bayram  edilir.  Dost-tanışlar  həmin  məclisə 
dəvət olunur. Məbəddə xüsusi dini ayinləri  yerinə  yetirir, uşaq yuyundurulduqdan 
sonra  məbədin  göstərişilə  kəlmeyi-şəhadət  deyir.  ―Sədrə‖  (müqəddəs  köynək) 
geydikdən  sonra  ―geşti‖  (müqəddəs  kəmər)  bağlayır.  Beləliklə,  gəncə  Zərdüşt 
dinini qəbul etdirirlər. 
A. Kristensen göstərir ki, ―qaranlıq otaqlarda oddanda olan od şölə çəkir, 
arxasında isə metal alət bərq vurur, ruhanilərin uca və bəzən bəmdən ürəyə yatan 
zümzümələri eşidənləri ehtizaza gətirir, istər-istəməz özünə cəlb edirdi‖
361

Zərdüşt  dininin  təriqətlərində  fiziki  tərbiyəyə,  xüsusən  idmana  ciddi  yer 
verilmişdir. Xəstələnmə, zəifləmə  Əhrimənin  əməllərinə  məxsusdur. Ona  görə  də 
Əhrimənlə  mübarizə  aparmaq  üçün  sağlamlığa,  təmizliyə,  qüvvətlənməyə  ciddi 
fikir  verilməlidir.  Sağlam  bədən  sağlam  düşüncəyə  malikdir  şüarı  hələ  qədim 
zamanlardan  bizim  əcdadımızı  düşündürmüşdür.  Bir  sıra  mənbələr  də  bizim 
dediyimizi  təsdiq  edir.  O  cümlədən  Herodot,  Ksenefon  və  Strabonda  cıdır,  ox 
atmaq, ov, çovkan, güləş və zubin atmaq kimi idman növləri göstərilmiş. 
Qədim  Azərbaycan  atçılığın  inkişafında  mühüm  rol  oynamış  ölkələrdən 
biridir.  Manna,  Midiya,  Atropatena  və  habelə  Sasanilər  hakimiyyəti  dövründə  bu 
ərazidə atçılıq çox inkişaf edib, Yaxın və Orta Şərqdə böyük şöhrət qazanmışdı.  
Çox  güman  ki,  at  ilk  növbədə  burada  əhliləşdirilmişdir.  Digər  tərəfdən 
nal,  yügən,  ağızlıq,  yəhər  və  ikitəkərli  araba  burada  ixtira  edilmişdir.  Qədim 
Azərbaycanda at ailə üzvü sayılırdı. Belə ki, dua və nəzir-niyazda ailə ilə birlikdə 
həmin  ailəyə  məxsus  olan  atın  da  adı  çəkilirdi.  İstər  qədim,  istərsə  də  orta  əsr 
dastanlarında  qəhrəmanların  adı  ilə  atlarının  adının  bir  sırada  çəkilməsi  bizim 
fikrimizi qismən də olsa təsdiq edir. Firdovsinin ―Şahnamə‖, Nizaminin ―Xəmsə‖, 
Mənuçehrinin  divanında  və  s.  ədəbi  əsərlərdə  atın  adı,  onun  cəmiyyətdə  tutduğu 
mövqe  haqqında  dəfələrlə  qeyd  edilmişdir.  Müasir  dövrə  qədər  Atropatenanın 
gözəl,  qıvraq  və  yaraşıqlı  at  cinslərinin  gəlib  çıxması,  at  tövlələrinin  hörməti 
(müqəssir  şah  və  yaxud  rütbə  sahibi  at  tövləsinə  girdikdə  ona  toxunulmur  və  o 
bağışlanılırdı)  bizim  fikrimizi  təsdiq  edir.  Azərbaycanda  toy  və  bayram 
                                                           
360
 Yenə orada. 
361
 Artur Kristensen. İran dər zaman-e Sasaniyan, Tehran, 1317, s. 76. R. Yasəminin tərcüməsi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə