Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   66   67   68   69   70   71   72   73   74

digəri  isə  şər  -  Anhra  Manyu  (Əhrimən)  dir.  Zərdüştiliyin  tərəfdarlarına  görə  baş 
ilahi    Hörmüzddür.  Onu  da  müqəddəs  od  təmsil  edir.  Zərdüşt  dininə  inananların 
atəşgədələrində  müqəddəs  od  daima  şölə  çəkib  yanmalıdır.  Zərdüştilər  müqəddəs 
oda sitayiş edir, onun şərəfinə qurbanlar verirdilər. 
Möbədlər xalqın başına gələn bütün bəlaları və müsibətləri qəddar ruhun - 
Əhrimənin  üzərinə  yıxırdılar.  Onlar  mövcud  ictimai  quruluşun  ilahi  bir  mənşəyə 
malik olduğunu təbliğ edirdilər. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  Zərdüştün  anadan  olduğu  yer  haqqında 
tədqiqatçıların fikri  müxtəlifdir. Bəziləri Zərdüştün Bəlxdə,  müasir  Zərdüştilər isə 
öz  peyğəmbərlərinin  Atropatenada  anadan  olmasını  bildirir  ki,  bütün 
fərziyyələrdən  güclü  və  inandırıcıdır.  Zərdüşt  yunan  mənbələrində  Qazaka, 
ərəblərdə  Cənzə,  müasir  dövrdə  isə  Təxt-e  Süleyman  adlanan  yerdə,  bir  sıra 
alimlərə görə Urmaitdə anadan olmuşdur. Çox güman ki, bu səbəbə görə də Urmu 
gölünün suyu, həmin dövrdən etibarən müqəddəs hesab edilirdi. Bütün atəşgədələr 
arasında Qazakada olan Azərgəşəsp atəşgədəsi daha məşhur idi. Yaqut Həməvinin 
göstərdiyinə  görə,  Cənzə  (Qazaka)  Marağa  ilə  Zəncan,  Zur  və  Dinəvər  şəhərləri 
arasında yerləşir. O, şəxsən orada olan atəşgədələri görmüşdür
396

İbn  Xordadbehin  yazdığına  görə,  Sasani  şahları  tac  qoyduqdan  sonra 
Mədaindən  piyada  buraya  gələrək  atəşgədəni  ziyarət  edirdilər
397
.  Bir  sıra  yunan 
tarixçiləri  onun  xəzinəsinin  zəngin  olması  haqqında  məlumat  vermişlər.  İbn 
Xordadbeh, Bəlazuri, Məsudi Həmzə İsfəhani, Yaqut Həməvi, Həmdullah Qəzvini, 
Əbul-Fida,  Əbu  Reyhan  Biruni  Zərdüştün  Azərbaycanda  anadan  olmasını 
söyləmişlər. Biruni yazır ki, Zərdüşt peyğəmbərliyə Savalan dağında çatmışdır. Ən 
mühüm  atəşgədələrin  Atropatena  ərazisində  mövcud  olması,  digər  tərəfdən 
Zərdüştün  özünün  bu  ərazidə  doğulub  boya-başa  çatması  öz-özlüyündə  belə 
Atropatenanın  dini  mərkəzə  çevrilməsinə  bilavasitə  şərait  yaratmışdır.  Bundan 
başqa Atropatena həm də Zərdüşt dininin ideoloji və təlim mərkəzinə çevrilmişdi. 
Dövrün ən görkəmli din xadimləri (möbədan-e möbədlər) Cənzədə təhsil 
alır və ölkədə olan digər atəşgədələrə göndərilirdilər. 
Xüsusilə,  Sasanilərin  dövründə  Azərbaycanın  dini  mərkəz  olması  daha 
qabarıq şəkildə nəzər-diqqəti cəlb edir. Sasanilər sülaləsindən Ərdəşir (226 - 241) 
öz  hakimiyyətini  möhkəmləndirmək  məqsədilə  Zərdüşt  dinindən  istifadə  etməyə 
çalışırdı.  Bu  səbəbə  görə  də  o,  var  gücü  ilə  Zərdüşti  ideoloji  ehkamlarının  bütün 
İrana  yayılmasına  və  onun  ən  qabaqcıl  nəzəriyyəyə  çevrilməsinə  canfəşanlıq 
göstərirdi. 
Dinkorda  görə:  Böyük  hökmdar  Ərdəşir  Avestanın  toplanmasını 
möbədlərin möbədi (herbodane herbod) Tanserə tapşırdı. Tanser həmin dövrün ən 
görkəmli  alimlərindən  biri  idi.  Bu  haqda  Məsudi  deyir  ki,  o,  tayfalar  hakimi 
əmirlərindən biri, atası isə fars hakimi idi. 
                                                           
396
 Yaqut Həməvi. Möcəm əl-buldan, Leypsiq, 1949, s. 6 – 7. 
397
 İbn Xordadbeh. Əl-məsalik və əl-məmalik, Liden, 1870, s. 65. 


Lakin  Tanser  zahidliyi  və  pəhrizkarlığı  üstün  tutaraq,  hakimiyyətdən  əl 
çəkdi.  Tanser  Sasanilər  hakimiyyətinin  genişlənməsində  Ərdəşirə  kömək  etməklə 
bərabər,  tayfalar  hökmranlığını  ona  tabe  olmağa  dəvət  etdi.  Mənbələrin 
göstərdiyinə görə Tanser ―Avesta‖nın toplanmasına rəhbərlik etmişdir. 
Birinci  Şapur  (242  -  272)  atasının  yolu  ilə  gedərək  ―Avesta‖nın 
toplanılmasına  böyük  fikir  verirdi.  Onun  bütün  hissələrinin  toplanması  əmrini 
verməklə bərabər, eyni zamanda yığılmasını da təşkil etmişdi. Lakin bu işi II Şapur 
(309 - 370) başa çatdırdı. Onun dövründə möbədane möbəd Azərbad Mehr Spənd 
kitabda  (―Avesta‖da)  olan  bütün  lüğət  fərqlərini  aradan  qaldırıb,  onu  tamamladı. 
Onun  tərəfindən  tamamlanan  kitaba  ―Xurd  Avesta‖
398
 adı  verildi.  Azərbaycanla 
yanaşı  Rey  və  Yaxın  Şərqin  dini  mərkəzlərindən  biri  olmuşdur.  Bir  sıra  alimlər 
belə  hesab  edirlər  ki,  Rey  Zərdüştün  anadan  olduğu  yerdir.  Bu  ad  Raqa  adı  ilə 
Bisütun  qayalarında  yazılmışdır.  XIX  əsrdən  onu  Zərdüştün  Raqası  adlandırırlar. 
Pəhləvi tərcümələrində Reyin Azərbaycanda olması söylənilir
399

Məşhur  yunan  coğrafiyaşünası  Ptolomey  (eramızın  II  əsri)  Reyin  adını 
çəkir.  Reyin  xarabaları  müasir  Tehran  şəhərinin  yaxınlığında  qalmaqdadır.  Rey 
keçmişdə müqəddəs şəhərlərdən biri sayılmaqla bərabər, həm də İran ruhanilərinin 
dini  mərkəzi  idi.  Yaqut  Həməvi  Reyin  Dəmavənd  dağının  ətəyində  olmasını 
göstərir.  Məhəmməd  Təbərinin  dediyinə  görə,  Musmuğan  qardaşı  ilə  birlikdə 
ərəblərə  əsir  düşmüş  və  onun  qızı  Bağdada  sovqat  aparılmışdı.  Pəhləvi  dilində 
―Mus‖    muğların      (ruhanilərin)      başçısına    deyilir.      Muğanların  böyüyü  Mus 
Atropatenanın mərkəzi şəhəri olan Şizdə otururdu. Mənbələrin verdiyi məlumatlara 
görə  Rey  muğlarına  və  atəşgədələrinə  Şizdən  rəhbərlik  edilirdi.  Dinkorda  görə, 
Avestanın  bir  nüsxəsi  Azərbaycanın  Şiz  şəhərində  olan  məşhur  Azərgəşəsp 
atəşgədəsində,  başqa  nüsxəsi  Təxt-e  Cəmşiddə  (Pereopolis)  olan  dövlət  arxivində 
saxlanılırdı. 
Avestanın  dini  mahiyyət  daşımasına  baxmayaraq,  onu  bir  sıra  qədim 
xalqların,  o  cümlədən  qədim  Azərbaycan  xalqının    mədəniyyətini,    adət  və   
ənənəsini,   tarix və coğrafiyasını özündə əks etdirən böyük bir ensiklopedik kitab 
adlandırmaq olar. 
Avestanın  Makedoniyalı  İskəndər  tərəfindən  yandırılması  faktını  bir  sıra 
mənbələr,  o  cümlədən  ―Karnameyi  Ərdəşir  Papakan‖,  ―Tanserin  məktubu‖, 
―Ardavirafnamə‖ və s. təsdiq edir. 
Tanserin  məktubunda  deyilir:  ―Bilirsənmi?  12  min  öküz  dərisində 
yazılmış  bizim  dini  kitabı  İskəndər  İstəxrdə  yandırmışdır
400
.  ―Ardavirafnamə‖də 
həmin  bu  fikir  təkrar  olunur.  İbrahim  Purdavuda  görə  də,  Avestanın  bir  nüsxəsi 
                                                           
398
 Ruzbeh Dayvidadın oğlu Abdulla ibn Müqəffə (Zahirdə müsəlman, əslində isə Zərdüşti) Avestanı 
760-cı ildə pəhləvi dilindən ərəb dilinə tərcümə etmişdir. Hal-hazırda onun tərcümə etdiyi ―Avesta‖ 
London muzeyində mövcuddur. 
399
 İbrahim Purdavud. Qatha, Bombey, 1927, s. 49. 
400
 Tanserin məktubu, s. 12. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə