Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   66   67   68   69   70   71   72   73   74

fəsil və yaxud ―Nəsk‖ə bölünmüşdür. Sasanilər dövrü Avestanın 345700 sözündən 
ancaq  83000  kəlməsi  bizə  gəlib  çatmışdır.  Qalanı  isə  ehtimal  ki,  ərəb  və  monqol  
işğalları  dövründə  aradan  çıxmışdır.  Bizə  gəlib  çatmış  olan  Avestanın  bölmələri 
aşağıdakılardan  ibarətdir:  Qatha,  Yəsna,  Vidivdat,  Yəşt,  Visparad  və  Xurda 
Avesta. 
 Zərdüşt  ilk  dəfə  öz  ideologiyasını  və  təriqətinin  qayda-qanunlarını  şer 
halında  təbliğ  edirdi.  Onun  şagirdləri  də  Zərdüştün  nəğmə  və  dualarına  oxşar 
nəğmə və dualar hazırlayırdılar. 
Avestanın  yazıldığı  yer  də  hələlik  mübahisəlidir.  Bir  sıra  tədqitatçılar 
Avestanı  İranın  şərqinə,  Orta  Asiyaya,  digərləri  isə  onu  İranın  şimal-qərbi  olan 
Azərbaycana aid edirlər. 
İ.  H.  Əliyevin  fikrinə  görə,  istər  Avropa  və  istərsə  Sovet  alimləri 
içərisində  hər  iki  nöqteyi-nəzəri  müdafiə  edən  adlı-sanlı  tədqiqatçılara  təsadüf 
edilir
407

Faktlar  göstərir  ki,  məhz  Azərbaycan  dini  mərkəz  olmuşdur.  Mühüm 
atəşgədələrin  bu  ərazidə  yerləşməsi  və  dini  ayinlərin  icrası  Azərbaycanın  dini 
mərkəz  kimi  şöhrətlənməsində  mühüm  rol  oynamışdır.  Xüsusilə  bu  vəziyyət 
Sasanilər  dövründə  daha  qabarıq  şəkildə  diqqəti  cəlb  etmiş  olur.  Sasanilər 
dövrünün  mənbəyi  sayılan  ―Karnameyi-Ərdəşire  Papakan‖  da  həmin  dövrün  üç 
adlı-sanlı  atəşgədəsi  haqqında  məlumat  verilir.  Bu  atəşgədələrdən  biri  də 
Azərbaycanda  olmuş  Azərgəşəspdir.  Sasanilər  dövrünün  ruhaniləri  Azərbaycanda 
dini  təlim  aldıqdan  sonra  ölkənin  digər  dini  mərkəzlərinə  göndərilirdi.  Digər 
tərəfdən  möbədlərin  möbədi  daima  Azərbaycanın  Şiz  şəhərində  olan  Azərgəşəsp 
atəşgədəsini  özünə  iqamətgah  seçmişdi. 
Ümumiyyətlə, Zərdüştün Azərgəşəsp atəşgədəsi yerləşdiyi ərazidə anadan 
olması həmin möbədə hörmət qazandıra bilmişdir. 
 
Nəticə 
 
Azərbaycan  tarixinin  olduqca  mürəkkəb  və  ən  az  tədqiq  edilmiş 
Atropatena dövrünün öyrənilməsi böyük zəhmət tələb edir və onun ciddi tədqiqata 
ehtiyacı  vardır.  Bu  baxımdan  oxuculara  təqdim  edilən  bu  monoqrafiya  müəyyən 
nöqsanlarına  baxmayaraq  Atropatena  tarixinə  dair  yazılmış  ilk  tədqiqat 
əsərlərindən biridir. 
Tədqiqatın  nəticələrindən  məlum  olur  ki,  Atropatena  ərazisi  bəşər 
mədəniyyətinin ilk mərkəzlərindən biri olmaqla bərabər, həm də cəmiyyət tarixinin 
bütün  mərhələlərini  özündə  əks  etdirmişdir.  Atropatena  ərazisində  aparılmış 
arxeoloji  tədqiqatların  nəticəsi  sübut  edir  ki,  əsrlər  boyu  atropatenalılar 
özünəməxsus  zəngin  maddi  və  mənəvi  mədəniyyətə  malik  olmuşdur.  Həsənlu, 
                                                           
407
 İ. H. Əliyev. Göstərilən əsəri, s. 14 – 30. 


Təxt-e  Süleyman  qazıntıları  dünya  mədəniyyəti  xəzinəsinə  olduqca  nəfis  incilər 
bəxş etmişdir. 
Həsənludan tapılmış  ―qızıl cam‖, ―gümüş güldan‖, habelə digər zərgərlik 
məmulatları  dünya  tədqiqatçılarını  heyrətdə  qoymuşdur.  Ərdəbil,  Maku,  eləcə  də 
Baruc  və  Zöhhak  qalasından  təsadüfi  hallarda  tapılmış  silah  və  zinət  şeyləri, 
məişətdə istifadə edilən digər əşya olduqca maraqlıdır. Atropatena ərazisində külli 
miqdarda  payızlıq  və  yazlıq  taxıl  məhsulunun  yetişdirilməsi,  dünyada  misli 
olmayan  ―Nisa‖  cins  atlarının  bəslənilməsi,  bir  dəfə  əkilmiş  taxıl  zəmilərindən  2 
dəfə  məhsul  əldə  edilməsi,  bu  ərazidə  külli  miqdarda  mal-qara  və  xırdabuynuzlu 
heyvanların  yaylaq-qışlaq  şəraitində  bəslənilməsi,  ölkəyə  dünya  şöhrəti 
qazandırmışdı.  Məhz  buna  görə  də  Atropatena  dünya  ticarətinə  cəlb  edilmiş  ilk 
ölkələrdən  biri  olmuşdur.  Atropatena  ərazisində  Təbriz,  Ərdəbil,  Urmu,  Marağa, 
Miyana,  Zəncan,  Naxçıvan,  Maku,  Sarab,  Mərənd  və  digər  şəhərlərin  yaranıb 
inkişaf  etməsi  ölkənin  daxilində  böyük  iqtisadi  və  ictimai  təbəddülat  yaratmış, 
onlar  mühüm  sənətkarlıq  və  ticarət  mərkəzinə  çevrilmişdir.  Atropatena  şəhərləri 
quru,  həm  də  su  (dəniz)  ticarət  yolları  vasitəsi  ilə  dünyanın  müxtəlif  ölkələri  ilə 
ticarət və mədəni əlaqə saxlayırdı. Atropatena şəhərləri şimalda Qafqaz Albaniyası, 
İberiya,  Ermənistan,  şərqdə  məşhur  ―İpək  yolu‖  vasitəsi  ilə  İran,  Orta  Asiya, 
Hindistan və Çin, qərbdə Kiçik Asiya ölkələri ilə iqtisadi əlaqəyə  girirdi. 
Şəhərlərdə  hazırlanmış  qiymətli  sənət  nümunələri,  o  cümlədən  xalça, 
bəzək  şeyləri,  yun  məmulatları  dünya  şöhrəti  qazanmışdı.  Texniki  cəhətdən 
mürəkkəb, estetik cəhətdən zövq ilə hazırlanmış bəzək əşyaları, xüsusən zərgərlik 
nümunələri  qonşu  ölkələrdə  də  məşhur  idi.  Əkinçilik,  maldarlıq,  toxuculuq, 
metalişləmə,  dulusçuluq  və  s.  Atropatenanın  təsərrüfat  həyatının  əsasını  təşkil 
edirdi.  Atropatenalılar  Əhəməni  imperiyasına,  parfiyalılara,  xüsusilə  Roma 
işğalçılarına qarşı amansız mübarizə aparmışdır. 
III  Daranın  məğlubiyyətindən  sonra  Atropatın  başçılığı  ilə  bu  ərazidə 
Atropatena  dövləti  yaranmış  və  350  il  müstəqil  dövlət  kimi  öz  varlığını  qoruyub 
saxlamışdır.  Atropatena  Sasanilərin  dövründə  imperiyanın  dini  və  ideoloji 
mərkəzinə  çevrilmişdi.  Avesta  məhz  Atropatena  möbədləri  tərəfindən  toplanıb 
kodifikasiya edilmişdir, 
Sasani şahları tac  qoyduqda  Ktessifondan (Mədaindən) Qazakaya  piyada 
gəlib müqəddəs odu ziyarət etdikdən sonra şahlığa  çatırdılar. 
Atropatena tarixinin qismən olsa da təhlili bizə imkan verir  ki,  aşağıdakı  
nəticələrə gələk: 
Atropatena  ərazisi  dünyanın  ən  gözəl  və  əlverişli  təbii-coğrafi      şəraitə   
malik  olan   bir   ərazi   olmuşdur. 
Burada  olan  təbii,  yeraltı  və  yerüstü  sərvətlər  ölkə  iqtisadiyyatını  inkişaf 
etdirməyə  şərait  yaradırdı.  Bu  ərazidə  əkinçilik,  maldarlıq,  sənətkarlıq,  ticarət  və 
şəhər həyatı inkişaf etmişdi. Burada bəslənilən atlar dünya şöhrəti qazanmışdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə