Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   49   50   51   52   53   54   55   56   ...   74

oldular. Bu müharibələrdə atropatenalıların böyük rolu olmuşdur. Belə ki, e. ə. 222 
-  220-ci  illərdə  III  Antioxun  Atropatenaya  hücumu  Artavazd  tərəfindən  dəf 
edilmiş, eyni zamanda atropatenalılar əks hücuma keçib düşməni paytaxt şəhərləri 
olan Selevkiyə kimi təqib edib sülh bağlamağa məcbur etmişlər. Lakin Selevkilərin 
süqutundan sonra Asiya qitəsinə yeni və güclü bir işğalçı olan romalılar    gəlməyə 
başladılar.  Selevkilərə  qarşı  Ermənistan  çarı  olan  Artavazd  da  üsyan  qaldırmış, 
lakin  məğlub  edilmişdi.    Onun  ərazisi  yenidən  Selevki  dövlətinin  ixtiyarına 
keçmişdi.  E. ə.189-cu ildə isə Ermənistan hakimi Artaşes Selevki hökmdarlığına 
qarşı  apardığı  mübarizədə  qalib  kələrək  ölkəsində  müstəqil  dövlət  yaratmışdı. 
Lakin bir qədər keçdikdən sonra, e. ə. 55-ci ildə Parfiya şahı I Mitridat Ermənistan 
ərazisini  işğal  etdi.  I  Mitridat  Ermənistanın  idarəsini  öz  qardaşı  Valarşaqa 
tapşırmışdı. Beləliklə, Ermənistanda Parfiya mənşəli Arşakilər dövləti yaranmışdı. 
E. ə. 64-cü ildə isə Kiçik Ermənistan romalılar tərəfindən işğal edildi. Bu tarixdən 
etibarən  Ermənistan  uğrunda  iki  böyük  dövlət  arasında  mübarizənin  təməli   
qoyuldu. 
Parfiya şahı II Mitridat (e. ə. 123 - 88-ci illər) öldükdən sonra Parfiyanın 
daxilində  baş  vermiş  çəkişmələrdən  istifadə  edən  II  Tiqran  Ermənistanı  müstəqil 
elan  etdi  və  bir  müddət  Atropatenanın  da  bir  hissəsini  özündən  asılı  vəziyyətə 
saldı. Parfiya çarı isə qocaldığına  və daxili çəkişmələrdən ehtiyat etdiyinə görə II 
Tiqrana  müqavimət  göstərməkdən  imtina  etdi.  Digər  tərəfdən  Romaya  qarşı  istər 
Pont  çarı  Mitridatın  və  istər  II  Tiqranın  müttəfiqi  olmaq  təklifini  də  rədd  etmiş, 
Roma  ilə  Pont  və  Ermənistan  arasında  aparılacaq  müharibələrdə  bitərəf  qaldığını 
bildirmişdi. 
Romalılar  e.  ə.  69-cu  ildə  Lukullun  komandanlığı  altında  Pont  çarı 
Mitridat Evpatorun qoşunlarını məğlub edərək Ermənistana basqın etdilər. İberiya, 
Albaniya və Atropatenanın da zəbt edilməsi qorxusu yarandı. Lukull Ermənistanın 
paytaxtı Tiqranakert şəhərini mühasirəyə aldı. Erməni çarı II Tiqranın müttəfiqləri 
olan atropatenalıların, albanların və iberlərin böyük hərbi dəstələri onun köməyinə 
gəldilər.  Plutarxın  göstərdiyinə  görə  hökmdarlar  əli  silah  tuta  bilən  bütün 
midiyalılardan  və  albanlardan  ibarət  xalq  qoşunları  ilə  buraya  gəldilər.  Babil 
yaxınlığında olan dənizdən çoxlu ərəb, Kaspi dənizindən isə külli miqdarda alban 
və  onların  qonşuları  gəldilər.  Həmçinin  Araz  boyunda  yaşayan  müstəqil 
tayfalardan da az adam gəlməmişdi
295
. Tiqranakert altındakı döyüşdə ermənilərin, 
atropatenalıların  və  iberlərin  birləşmiş  qoşunları  düşmənə  şiddətli  müqavimət 
göstərdilər.  Onlar  romalılar  üzərinə  ox  yağdırır,  yanar  neft  tökürdülər.  Plutarxın 
göstərdiyinə  görə,  atropatenalıların  və  albanların  dəstələri  müttəfiqlər  ordusunun 
olduqca böyük hissəsini təşkil edirdi. Belə ki, Tiqranakert yaxınlığındakı döyüşdə 
müttəfiqlər ordusunun sağ cinahı Midiya qoşunları adlanan qoşunlardan ibarət idi. 
Buna baxmayaraq, Lukull Tiqranakerti aldı; lakin e.  ə. 67-ci ildə Roma qoşunları 
                                                           
295
 Plutarx. Antoni, XXX, VIII. 


böyük itki  verərək  müttəfiqlərin təzyiqi altında  tezliklə  Ermənistandan çəkilməyə 
məcbur oldular. Roma senatı Lukullu komandanlıqdan kənar edərək buraya məşhur 
sərkərdə Qney Pompeyi göndərdi
296

Eramızdan  əvvəl  66-cı  ildə  Roma  qoşunlarının  Ermənistan  və  onunla 
qonşu  olan  ölkələrə  yeni  hücumu  başlandı.  Romalılar  II  Tiqranın  qüvvələrini 
məğlub edərək, onu təslim olmağa məcbur etdilər. İşğalçılar Kaspi dənizi sahilində 
möhkəmlənməyə  çalışır  və  Albaniyadan  keçib  Hindistana  gedən  ticarət  yolunu 
zəbt  etmək  istəyirdilər.  Plini  bu  haqda  yazır  ki,  Pompeyin  yürüşü  zamanı  təsdiq 
edilmişdi ki, yeddi gün ərzində Hindistandan Baktriyaya, Oks (Amu Dərya) çayına 
tökülən  Bentra  (Belxa)  çayına  və  bu  çaydan  Kaspi  dənizinə,  ordan  Kir  (Kür) 
çayına qədər gəlmək, buradan isə Hindistan mallarını beş gündən az müddətə quru 
yolla  Ponta  və  Fazisə  çatdırmaq  olar.  Görünür,  romalılar  Parfiya  dövlətinə 
şimaldan zərbə endirmək və Asiyanın içərilərinə doğru irəliləmək üçün  Albaniya  
ərazisindən istifadə etmək istəyirmişlər
297

Romalılar  Kaspi  dənizinin  sahillərinə  çatmağa  dəfələrlə  cəhd  göstərmiş 
olsalar  da  müvəffəqiyyətsizliyə  uğramışlar.  Onlar  bu  işi  görməkdən  iki  məqsəd 
qarşıya  qoymuşdular.  Birinci  məqsəd  Asiyanın  içərilərinə  soxulub  Hindistana 
gedən ticarət yollarını, digər tərəfdən isə gələcəkdə Hindistanın özünü işğal etmək. 
İkinci məqsəd isə, Parfiya dövlətinə  şimaldan  zərbə  endirmək  idi. 
E. ə. 36-cı ildə Antoni 100 min nəfərlik ordu ilə Ermənistan ərazisini işğal 
etdikdən  sonra  isə  Atropatenaya  hücuma  başladı.  Romalıların  13  legionuna  qarşı 
Parfiya çarı IV Fraat 50 minlik ordu çıxara bilmişdi. Atropatena şahı Artavazd bu 
müharibədə böyük rol oynaya bildi. O, romalılara qarşı IV Fraatın tərəfində çıxış 
edirdi. Ermənistan ərazisində toplanmış Antoninin 100 min nəfərlik qoşun dəstəsi 
o dövrün ən böyük hərbi qüvvəsi olmaqla bərabər bütün Asiyanı təşvişə salmışdı. 
Ordu  başçıları  Antoniyə  məsləhət  gördülər  ki,  bu  böyük  qüvvə  Ermənistan 
ərazisində  qışladıqdan  sonra,  yazda  Atropatenaya  hücum  edib  qarət  etsin.  Antoni 
isə  ordu  başçıları  ilə  razılaşmayıb  təcili  Araz  çayını  keçərək  Atropatena  ərazisinə 
daxil oldu. 
Atropatena şahları 350 ilə yaxın müstəqil hökmranlıq etmişdilər. Onlar öz 
ölkəsini yadellilərin   hücumundan qurtarmaq üçun bu və ya digər qüvvətli dövlətlə 
iqtisadi siyasi əlaqəyə girirdilər. O dövrün ən güclü dövlətlərindən olan Parfiya və 
Roma  bu  qəbildəndir.  Antoni  Atropatenaya  hücum  edən  zaman  atropatenalılar  
dərhal  parfiyalıların  müttəfiqi  kimi  romalılara  qarşı  vuruşdular.  Bu  müharibə 
Atropatena 
ərazisində  baş  verdiyinə  görə  müharibənin  əsas  ağırlığı 
atropatenalıların    üzərinə  düşdu. IV Fraatın qoşun  dəstələrinin romalılara  qarşı 
arabir  hücum  etmələrinə  baxmayaraq  onlar  bu  müharibədə  həlledici  rol  oynaya 
bilmədi.  Atropatenanın  hər  iki  paytaxt  şəhəri  işğalçıların  hücumuna  məruz   
qalmışdı. 
                                                           
296
 Plutarx. Antoni, XXX, VIII. 
297
 Yenə orada. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə