Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   47   48   49   50   51   52   53   54   ...   74

edilmişdi.  Lakin o, vəfat  etdiyinə  görə, Avqust onun  yerinə  oğlu  Aryə  Bərzənəni 
Atropatena  hökmdarlığına  təyin  etdi  (e.  ə.  30  -  20-ci  illər).  Aryə  Bərzənənin 
romalıların  səyi  ilə  şahlığa  çatmasına  baxmayaraq o, Parfiya  şahının vassalı  kimi 
ona  xərac  verirdi.  Aryə  Bərzənənin  oğlu  II  Artavazd  Atropatena  ilə  yanaşı 
Ermənistana da hakimlik etmişdi. 
Ümumiyyətlə,  əldə  olan  faktlar  açıqcasına  sübut  edir  ki,  Atropat 
Midiyasında  olan  siyasi  cərəyan  romalıların  əleyhinə  olmuşdur.  Misal  üçün, 
Atropatena  şahı  III    Artaban  Ərdəvan)    (eramızın  10  -  40-cı  illəri)  ana  tərəfdən 
Parfiyanın  şimal-şərq  rayonunun  zadəgan    köçəri  tayfasına    mənsub  olan 
Arşakilərin  kiçik  qolunun  banisi  olmaqla  bərabər  eyni  zamanda  romalıların  açıq 
düşməni  olmuşdur
282
.  Bu  hadisə  ilə  əlaqədar  Atropatenada  Arşakilərin  kiçik  qolu 
yaranmış və bu sülalə Sasanilərin dövründə də hakimiyyətdə olmuşlar. 
Korneli  Tatsit  və  İosif  Flavinin  vermiş  olduqları  məlumatlardan  məlum  
olur  ki, Atropatın tərəfdarları  dini ideologiya bayrağı altında mübarizə aparmışlar. 
Onları narahat edən  əsas məsələ Arşakilər hakimiyyətinin romalıların təsiri altına 
düşməsi  olmuşdur.  Onlar  III  Tirtatın  (Adtabanın  rəqibi  və  romalılar  tərəfindən 
təyin  edilmiş  hökmdar)  yunanlara  yaxın  olmasından  bərk  narazı  idilər
283
.  Roma 
əleyhinə    aparılan  mübarizə  Kir  və  İskəndər  dövlətinin  yenidən  bərpa  edilməsi 
bayrağı altında  aparılırdı
284

Arşaki  hakimiyyətini  ələ  keçirən  III  Artaban  öz  qardaşı  Vanonu  Atropat 
Midiyasının  hökmdarı  təyin  edir
285
.  Məlum  olduğu  kimi  bu  dövrdən  etibarən 
Atropat Midiyasında Arşakilərin kiçik qolu hökmranlıq etmişdir
286
. Sonrakı dövrlər 
haqqında antik müəlliflərin verdikləri  məlumatlarda Atropatenaya dair hadisələrin   
araşdırılmasında  alanların həmin əraziyə iki dəfə etdikləri hücumdan  başqa digər 
fakta  təsadüf  edilmir.  Eramızın  72  -  74-cü  illəri  arasında  Xəzər  dənizi  sahili 
əyalətlərinə,  Atropatenaya    alanlar    hücum  etdilər.  Onlar  həmin  dövrdə  Azov  ilə 
Xəzər dənizi arasında olan geniş çölləri ələ keçirdilər. Atropatena hökmdarı Pakor 
alanlara lazımi müqavimət göstərə bilməmişdi. 
75-ci ildə alanlar Parfiyanın içərilərinə doğru hücuma başladılar. Voloqez 
romalı  Vespasiana  müraciət  edib  kömək  istədi,  lakin  onun  xahişi  romalılar 
tərəfindən rədd edildi. Vespasian yalnız Roma təsiri altında olan İberiya çarlığının 
müdafiə  qabiliyyətini  gücləndirdi
287
.  Voloqezin  müraciətinin  romalılar  tərəfindən 
rədd  edilməsinə  baxmayaraq  Roma  ilə  Parfiya  bir  müddət  sülh  şəraitini  qoruyub 
saxlaya  bildilər.  Lakin  rəqiblər  olduqca  diqqətlə  biri  digərini  izləyib,  fürsət  əldə 
etdikdə  ciddi  surətdə  müqabil  tərəfə  ağır  zərbə  vurmaq  əzmində  idilər.  İki  böyük 
                                                           
282
 Г. А. кошеленко. Культура Парфии, Москва, 1966, с. 50 – 51. 
283
 Tatsit. Annalı, II, 2. 
284
 Yenə orada, VI, 31. 
285
 Г. А. Кошеленко. Внутриполитическая борьба в Парфии. ВДИ, 1963, № 3, с. 56. 
286
 Yenə orada, s. 50 – 51. 
287
 Г. А. Кошеленко. Внутриполитическая борьба в Парфии. ВДИ, 1963, № 3, с. 50 – 51. 


dövlət  arasında  olan  möhkəm  sülh  özünü  doğrultmadı.  Onlar  parfiyalıların 
Ermənistan və Fərat çayı hövzəsində olan tam hökmranlığı ilə razılaşmayıb, fürsət 
əldə etdikdə hücuma keçməyə hazır idilər
288

Müasir  Türkmənistan  və  Xorasan  antik  dövrdə  Parfiya  adlanırdı.  I  Dara 
tərəfindən  yazılmış  Bisütun,  Presepol,  Nəqş-e  Rüstəm  kitabələrində  bu  ad 
―Pərsəvə‖, qədim erməni mənbələrində isə ―pəhl şahistan‖ formasında verilmişdir. 
Xəzər  dənizinin  cənub-şərqində  yerləşən  bu  ölkə  əkinçilik  üçün  əlverişli  olmayan 
vadilərlə  həmsərhəd  idi.  Ətrafında  olan  səhralara  görə  nazik  zolaq  olan  bu  ərazi 
Xəzər dənizindən şərqə doğru uzanırdı
289
. Parfiyanın heç bir vaxt Assur dövlətinə 
tabe  olmadığına    baxmayaraq  bu  ərazi  haqqında  ilkin  məlumata  Assur 
mənbələrində təsadüf edilir. Əhəməni imperiyasının Şimal satraplığını təşkil  edən 
Parfiya I Daranın hakimiyyətə keçməsi ilə əlaqədar Midiyada Fraortanın rəhbərliyi 
altında baş verən üsyana qoşulub farsların zülmünə  qarşı mübarizə aparmışlar. 
Eramızdan  əvvəl  III  əsrin  ortalarından  etibarən      Selevki  dövləti 
dağılmağa  başlayır.  Məhz  bu  zaman    (e.  ə.  250-ci  ildə)  Parfiya  dövləti  təşəkkül 
tapır. Bu dövlətin tərkibinə Orta Asiyanın cənub-qərb hissəsi, İranın isə şimal şərqi 
daxil  idi.  Parfiya  dövlətinin  paytaxtı  əvvəllər  Nisa  şəhəri,  sonralar    isə  Ktesifon 
şəhəri  olmuşdur.  Ölkəni  əsası  I  Arşak  tərəfindən  qoyulmuş  Arşakilər  (Əşkanilər) 
sülaləsindən olan çarlar idarə edirdi. Geniş ərazinin ayrı-ayrı vilayətlərinin idarəsi 
isə  kiçik  çarlara  həvalə  edilmişdi.  Parfiya  hökmdarları  özlərini  şahlar  şahı 
adlandırırdı. Parfiya dövrünü 3 dövrə bölmək olar: 
1.Parfiya dövlətinin yaranması  və  Selevkilərin İran ərazisindən tamamilə 
qovulması. 
2.Parfiya dövlətinin Romaya qarşı apardığı müharibələr. 
3.Parfiya dövlətinin tənəzzül dövrü. 
Strabonun göstərdiyinə görə Parfiya çox da geniş əraziyə malik deyildi. O, 
farsların  hökmranlığı  dövründə  (Əhəməni  imperiyası  nəzərdə  tutulur  -  A.  F.) 
Hirkaniya  ilə  birlikdə  İrana,  onlardan  sonra  isə  uzun  müddət  makedoniyalılara 
xərac verirdi. Əhəmiyyətsiz dağlıq hissəsinə gəldikdə isə onu qalın meşələr örtmüş 
və  olduqca  kasıb  ölkədir.  Çarları  böyuk  qoşun  dəstələrini  az  müddət  ərzində  belə 
ərzaqla  təmin  edə  bilmirdi.  Halbuki  indi  onların  ölkəsi  genişlənmişdir.  Parfiya 
ölkəsinə Komisen, Xoren, Kaspi dərvazəsinə kimi olan ərazi, o cümlədən Raqa və 
tapurların ölkəsi də daxildir
290

Strabonun göstərdiyinə görə, Atropaten varisləri ermənilərin, suriyalıların, 
sonralar isə parfiyalıların çarları ilə qohumluq münasibətləri yaratmışdılar
291
.  
                                                           
288
 Q. Debevols. Arolitikal partiya, Çikaqo, 1938, s. 21. 
289
 Bu ərazinin uzunluğu şərqdən qərbə 514, eni şimaldan cənuba 322 kilometrə bərabərdir. 
290
 Strabon. Göstərilən əsəri, s. 486. 
291
 Yenə orada, XI, 13. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə