tələf olmuşdu
269
. Çox güman ki, Statianın başçılıq etmiş olduğu legionların sayı
yuxarıdakı rəqəmlərə əlavə edilməmişdir.
Velli Peterkulun göstərdiyinə görə romalılar əsas orduların dörddə bir,
köməkçi qoşunlarının isə üçdə bir hissəsini itirməmişlər.
Məğlub edilmiş Antoni geri çəkilən zaman Fraaspa şəhərindən Araz
çayına qədər olan məsafəni 27 gün ərzində qət etmişdi
270
. Romalılar bu
müvəffəqiyyətsiz yürüşdən ibrət götürdülər. Onlara açıq-aydın məlum oldu ki,
ermənilər, ancaq öz müstəqilliyini saxlamaq xatirinə Romanın tərəfində onun
müttəfiqi kimi çıxış etmişlər. Lakin bu ittifaq etibarsız idi. Onlar öz istiqlaliyyətini
qorumaq xatirinə istədikləri vaxt Romanın mənafeyini qurban verməyə hazır idilər.
Lakin Antoni biabırçı halda geri çəkildikdən sonra da Parfiyaya hücum planından
əl çəkmədi. O, ilk əvvəl yenidən II Artavazdla müttəfiq olmağa cəhd göstərdisə də
bu iş baş tutmadı. O, hiylə ilə Ermənistan çarını əsir alıb, öz məşuqəsi olan Misir
kraliçası Kleopatraya hədiyyə göndərdi
271
, Artavazdın oğlu Artaksi isə Parfiyaya
qaçdı. Bu müvəffəqiyyətsizlikdən sonra Antoni IV Fraat və Artaksi tərəfindən
sıxışdırılan Atropatena hökmdarı Artavazdın simasında öz müttəfiqini tapmış
oldu
272
. Avqust ilə Antoni arasında gedən kəskin mübarizə Antoninin hərbi
planlarına son qoymuş oldu.
Parfiyanın daxili vəziyyətinə gəldikdə bu zaman orada hakimiyyəti ələ
keçirmək uğrunda IV Fraat və II Tirdat arasında kəskin mübarizə başlanmışdı.
Romalıların köməyinə arxalanan II Tirdat bir neçə dəfə Mesopotamiyanı ələ
keçirib IV Fraatı qorxutmuşdu. Mesopotamiyada zərb edilmiş sikkələrdən məlum
olur ki, IV Fraat ilə II Tirdat arasında gedən şiddətli mübarizə eramızdan əvvəl 27
- 26- cı illərdə baş
vermişdir
273
.
Bundan sonra mənbələrdə II Tirdatın adına daha təsadüf edilmir. IV Fraat
isə yenidən Parfiyanı bütünlüklə öz hakimiyyəti ətrafında birləşdirə bilmişdi.
Beləliklə, Atropatena hökmdarı eramızın ərəfəsində romalılarla parfiyalılar
arasında gedən kəskin siyasi ziddiyyətlərdən bacarıqla istifadə edib öz
müstəqilliyini diplomatik yolla qoruyub saxlamış oldu.
ATROPATENA ELLĠN DÖVLƏTLƏRĠ SĠSTEMĠNDƏ
Makedoniyalı İskəndərin orduları Əhəməni imperiyasına son qoyub geniş
bir ərazini özünə tabe etdi. Onların Şərq ölkələrinə olan böyük hücumu zamanı
təşkil etdikləri imperiyanı möhkəmləndirmək məqsədi ilə Makedoniyadan,
Yunanıstandan və Kiçik Asiyadan bu əraziyə özlərilə külli miqdarda hərbçi,
269
Plutarx. Göstərilən əsəri, s. 50.
270
H. Pirniya. Göstərilən əsəri, s. 2455.
271
M. M. Dyakonov. Göstərilən əsəri, s. 217.
272
Plutarx. Antoni, 50
273
M. M. Dyakonov. Göstərilən əsəri, s. 218.