Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   51   52   53   54   55   56   57   58   ...   74

qayıdaraq Antoninin dəstələrinə təkrar hücum etmiş, onların Fraaspa ətrafında olan 
səngərlərə  dolmalarına  mane  olmuşlar.  Belə  bir  vəziyyəti  müşahidə  edən 
atropatenalılar  (şəhərin  müdafiəçiləri)  Fraaspanın  qapılarını  açaraq  romalılar 
üzərinə  gözlənilmədən  hücum  etmişlər.  Vuruşmada  atropatenalıların  cəsarətli 
hücumlarını  görən  romalılar  ağır  tələfat  verdikdən  sonra  qaçmağa  məcbur 
olmuşlar.  Bu  məğlubiyyətdən  qəzəblənən  Antoni,  bütün  ordunun  toplanması  və 
onların  12  -  12  sıraya  düzülməsi,  hər  12  nəfərdən    birinin  ―püşk  atmaqla‖    
öldürülməsi əmrini vermişdir. Antoni geri çəkilən zaman düzənliklə deyil, dağ yolu 
vasitəsilə canını qurtarmağa səy  göstərmişdir. Lakin dəhşət içərisində özünü itirən 
Antoni        yolu  tanımadığına  görə  bir  nəfər  mardlı  bələdçilik  edib  onu  Araz  çayı 
sahilinə  çıxarmışdır.  Antoni  Fraaspa  ətrafından  Araz  çayına  qədər  olan  məsafəni 
27  gün  ərzində  qət  edə  bilmişdir.  Bir  sıra  tarixçinin  yazdığına  görə  Antoni 
Atropatena vuruşmasında 20 min piyada və 4 min süvari itirmişdir
302

Plutarxın  yazdığına  görə  Antoni  Atropatenada  10  min  nəfərlik  döyüşçü 
itirmişdir
303
.  Romalılar  Fraaspa  şəhərini  mühasirə  edib  ala  bilmədilər.  Qışın 
yaxınlaşmasını görən Antoni qələbə ümidindən əl çəkərək danışıqlar aparmağa və 
geri  çəkilməyə  məcbur  oldu.  Bu  məqsədlə  Antoni  öz  elçilərinə  demişdir:    ―Mən  
Fraatdan    parfiyalılar    tərəfindən  ələ  keçirilmiş  Roma  bayraqları  və  əsirlərdən 
başqa  heç  bir  şey  istəmirəm‖.    IV  Fraat  isə  Antoninin  bu  təklifini  rədd  etmişdir. 
Lakin  Fraat  Roma  ordusu  geri  çəkilən  zaman  onlara  mane  olmayacağını 
bildirmişdir
304
. Bu vədə baxmayaraq Roma orduları geri çəkilən zaman Atropatena  
və  Parfiya orduları romalıları təqib etməyə başlamışlar. 
Dion  Kassinin  yazdığına  görə,  Antoni  ilk  hücumunu  Beynəlnəhreyndən 
Krassın  gəldiyi  yol  ilə  başlamaq  istəyirdi.  Lakin  o,  e.  ə.  37-ci  ildə  Fərat  çayının 
sahilinə  yetişdikdə  parfiyalıların  hazırlıq  işlərini  görüb,  buradan  keçməyin 
mümkün olmadığını nəzərə alaraq Ermənistana tərəf hərəkət etmiştir
305

Antoni  bu  vuruşda  20  min  piyada,  4  min  süvari,  o  cümlədən  10  min 
Statyanusun ordusu və 7 - 8 min nəfər isə acından həlak olanı itirmişdir ki, tələfatın 
hamısı  birlikdə  42  min  nəfərə  çatır.  Antoni  Atropatena  ərazisini  tərk  etdikdən 
sonra, Artavazd ilə IV Fraat arasında əldə edilmiş qənimətlərin bölüşdürülməsində 
kəskin  mübarizə  başlayır.  Bu  vəziyyətdən  istifadə  edən  Atropatena  hökmdarı 
parfiyalılardan üz döndərib romalılarla müttəfiq olmaq üçün öz elçilərini Antoninin 
yanına göndərir. Antoni Atropatena elçilərini hörmətlə qarşılayır və onlarla Parfiya 
əleyhinə  ittifaq  bağlayır.  Romalılarla  atropatenalılar  arasında  ittifaqı 
möhkəmləndirmək  məqsədi  ilə  dövrün    adətinə    görə  hər  iki  dövlət  qohumluq 
əlaqəsi  yaradır.  Artavazd  öz  qızı  Yutapanı  Antoninin  oğlu  İskəndərə  ərə  verir. 
                                                           
302
 Plutarx. Antoni, XXXIII. 
303
 Yenə orada. 
304
 Yenə orada. 
305
 Dion Kassi. XXXIX, kitab; 25-ci bölmə. 


Beləliklə,  Roma  ilə  Atropatena  arasında  olan    iqtisadi-siyasi  əlaqələr  bir  daha 
möhkəmlənir. 
E.  ə.  35-ci  ildə  Antoni  Ermənistan  çarı  Artavazda  məktub  göndərir.  Bu 
vaxt Ermənistan çarı Artavazd tamamilə parfiyalıların təsiri altında idi. Buna görə 
də o, Antoninin məktubuna cavab vermir. 
E.  ə.  34-cü  ildə  Antoni  yeni  ordu  ilə  qəflətən  Ermənistan  ərazisinə  daxil 
olur.  Ermənistan  çarı  cürət  edib  müqavimət  göstərə  bilmədiyi  üçün  Antoninin 
yanına gedir. Antoni isə onu həbs edir
306
. Antoni Atropatena şahının qızını oğluna 
alıb  toy  etdikdən  sonra  Atropatena  şahı  Artavazdı  götürüb  Ermənistan  ərazisini 
qarət  edir,  sonra  isə  özü  Misrə  Kleopatranın  yanına  qayıdır
307
.  Antoni  e.  ə.  32-ci 
ildə  yenidən  Araz  çayına  qədər  gəlib  Atropatena  şahı  Artavazd  ilə  dostluq 
müqaviləsini  təzələmişdir
308
.  O,  ikinci  dəfə  Atropatena  sərhəddindən 
uzaqlaşdıqdan  sonra  IV  Fraat  Ermənistan  şahının  oğlu  Artakezyas  ilə  birlikdə 
Atropatenaya  hücum  etmişdir.  Birinci  döyüşdə  məğlub  olmasına  baxmayaraq  IV 
Fraat ikinci vuruşda  Atropatena   şahı Artavazdı məğlub edib, oranı işğal etmişdir. 
Bu  zaman  Artakezyas  da  Ermənistanı  ələ  keçirib,  orada  olan  Roma  ordularını 
dağıtmışdır.  Beləliklə,  e.  ə.  32-ci  ildə        Atropatena  yenidən  parfiyalılara  vergi 
verməli olmuşdur. 
Lakin  bu  hadisə  uzun  sürməmiş,  IV  Fraat  hakimiyyətdən  əl  çəkdikdən 
sonra atropatenalılar parfiyalılara vergi verməkdən boyun qaçırıb yenidən müstəqil 
siyasət  aparmışlar
309
.  Eramızın  2  -  5-ci  illərində  anası  parfiyalı,  atası  isə 
atropatenalı olan III Artaban hakimiyyət başına keçdikdən sonra Atropat nəslindən 
olan  o,  bütün  İrana  şahlıq  etmiş  qardaşı  Pakoru  isə  Atropatena  hökmdarı  təyin 
etmişdir.  Beləliklə,  Artabandan  etibarən  Parfiya  hakimiyyəti  Atropat  sülaləsinə 
keçmişdir.  Atropatena  hökmdarları  parfiyalılarla  romalılar  arasında  gedən 
çəkişmələrdən  məharətlə  istifadə  edib  öz  ölkələrinin  iqtisadi-siyasi  və  mədəni 
müstəqilliyini qoruyub saxlaya bilmişdilər. 
Digər  tərəfdən  atropatenalılar  bir  çox  hallarda  qonşuları  olan  ermənilərlə 
də qohumluq və diplomatik əlaqə yaratmışdılar. 
 
ATROPATENADA ARġAKĠLƏRĠN KĠÇĠK  QOLUNUN 
HAKĠMĠYYƏTĠ 
 
Atropaten  Midiyası  Makedoniya  müharibələrindən        sonra  Midiyadan 
ayrılıb onun digər əyalətlərindən fərqli olaraq öz müstəqilliyini saxlaya bilmişdir. 
Polibinin
310
 göstərdiyinə  görə  III  Antiox  (e.  ə.  223  –  222)  Midiya  satrapı  Molonu 
                                                           
306
 Strabon. Göstərilən əsəri, XI, 13, 15. 
307
 История армянского народа. Аипетрат, Ереван, 1951, с. 47. 
308
 Yenə orada. 
309
 Abbaspur Məhəmmədəli şuştəri. İrannamə, Tehran, 1321, s. 103. 
310
 Polibi. V, 55. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə