Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

daxil olmaqla geniş bir ərazini öz ətrafında birləşdirdiyini görəcəyik. Bundan başqa 
Arazın  cənubunda  yerləşən  Muğan  əyələtində  ―Muğan  şah‖  və  habelə  həmin 
ərazidə olan ―Allan şah‖, keçmiş Albaniya torpağında ―Şirvan şah‖, ―Miran şah‖, 
―Filan şah‖, ―Gerşan şah‖, ―Təbərsaran şah‖ kimi daxili muxtariyyətə sahib olmuş 
irsi hökmdarlıqlar var idi
329

Sərhəd  rayonlarında  olan  hökmranların  bir  çoxu  Sasani  nəslindən  olan 
nüfuzlu şahzadələrdən seçilib təyin edilirdi. Bunlar, şahla eyni hüquqa malik olub, 
şahlığa çatana kimi təyin olunmuş əyalətlərdə qabaqcadan ölkənin idarə olunması 
qayda-qanunlarını  öyrənirdilər
330
.  Sərhəd  zonalarında  olan  hakimlər  mərzban 
adlanırdı. 
I  Xosrovun  dövrünə  qədər  İran  ordusu  bir  başçıya  (fərman  dehə)  malik 
olmuşdur. Həmin başçı ―spəhbod‖ adlanırdı. Xosrov bu vəzifəni ləğv edib yerinə 
dörd sərkərdə təyin etdi. Bu sərkərdələrin hər biri ölkənin hərbi qüvvəsinin dörddə 
bir  hissəsinə  başçılıq  edirdi.  Bundan  başqa  hər  bir  hissəsin  özünün  ―pazkus‖ 
adlanan  naib  səltənəsi  (vəliəhdi)  olmuşdur.  O  dövrdə  İran  dörd  bərabər  bölgüyə, 
daha  doğrusu,  dörd  pazkusa  malik  olmuşdur.  Bu  pazkusların  hər  biri  bir  naib 
səltənəyə  tapşırılmışdır  ki,  bunlara  ―pazkuspan‖  deyirdilər.  Göstərdiyimiz 
pazkuslar  coğrafi  cəhətdən  belə  bölünmüşdür.  Şimal-Əvaxtər,  Şərq-Xorasan, 
Cənub-Nimruz və qərb-Səxarməran (Xavər; Xavəran). 
Yuxarıda  göstərdiyimiz  pazkuspanlar  və  yaxud  naib  səltənələr  ölkənin 
daxili  işlərinə  nəzarət  etməyə  təhkim  edilmişdilər.  Çox  güman  ki,  onların 
tabeliyində olan ərazinin sərhədlərini və  habelə daxili qayda-qanunlarını qorumaq 
məqsədilə  ixtiyarlarına  müəyyən  miqdarda  hərbi  qüvvə  də  verilmiş  olsun.  Qeyd 
etmək  lazımdır  ki,  yalnız  I  Xosrovun  dövründən  etibarən  pazkuspanlar 
spəhbudların tabeliyində olmuşlar
331

Sasanilərin dövründə ancaq Azərbaycan, Ermənistan və Hindistana yaxın 
əyalətlər  də  hökmranlıq  (pazkuspanlar)  mövcud  olmuş,  başqa  məntəqələrin 
hakimlərinə  isə  mərzban  deyirmişlər
332
.  Mərzban  titulu  əvvəllər  sərhəd 
qüvvələrinin  başçılarına,  sonralar  isə  bu  ləqəb  tabeliyində  olan  ərazinin  vüsət 
etibarilə  Əhəmənilər  dövrünün  səviyyəsinin  yüksələ  bilməyən  hökmdarlara  da 
şamil edildi
333
. Sasani şahları tərəfindən bir şəxsə gümüş taxt bağışlanması həmin 
şəxsə  onların  fövqəladə  mehribanlıq  əlaqələrinin  yaxşı  olmasını  bildirirdi.  İstisna 
olaraq  irsi  hakimi  olan  Allan  və  Xəzərətrafı  əyalətlərinin    hökmdarlarına    Sasani 
şahları  kimi qızıl taxtda əyləşmək hüququ verilmişdir
334

                                                           
329
 Yenə orada. 
330
 S. Nəfisi. Göstərilən əsəri, s. 140. 
331
 S. Nəfisi. Göstərilən əsəri, s. 140 
332
 Yenə orada. 
333
 Yenə orada. 
334
 Yenə orada. 


Muğan  əyalətində  Allanlar  yaşayırdı.  Şimal  sərhədlərinin  qorunmasında 
qoçaqlıq  göstərib  fəal  iştirak  etdiklərinə  görə,  onların  başçılarına  qızıl  taxtda 
əyləşmək hüququ verilmişdir. 
Sasanilərin dövründə Azərbaycan İranın sərhəd əyalətlərindən birini təşkil 
edirdi. Bu səbəbə görə də Azərbaycanın əlverişli coğrafi şəraiti və möhkəm strateji 
mövqeyə  malik  olmasını  nəzərə  alan  Sasani  hökmdarları  bu  əraziyə  həddən  artıq 
fikir verirdilər. Ermənistan uğrunda Sasanilərlə Roma imperiyası  arasında  gedən 
uzun-uzadı  müharibələrdə  əsas  rol  oynayan  Azərbaycan  rayonları  iqtisadi  inkişaf 
nöqteyi-nəzərdən  də  irəlidə  gedirdi.  IV  əsrdən  etibarən  Azərbaycanın    şəhərləri  
ticarət-sənətkarlıq və abadlıq nöqteyi-nəzərdən qonşu ölkələrin şəhərlərindən üstün 
mövqeyə  malik  idilər.  Azərbaycan  Arran  Ermənistan  ərazisi  ilə  iqtisadi  cəhətdən 
daima  əlaqədə  olmuşdur
335
.  Bu  baxışdan  da  Azərbaycan,  Arran  və  Ermənistan 
tarixi biri digəri ilə tam surətdə bağlı olmuşdur. Kür-Araz çayları arasında yerləşən 
ərazi  keçmişdə  Arran  adlanırdı.  Ərəb  müəlliflərinin  verdikləri  məlumata  görə  bu 
ərazinin  sakinləri  özlərinə  məxsus  olan  Aran  dilində  danışırmışlar.      Erməni 
tarixçilərinin verdiyi məlumata görə eramızın V əsrində həmin dildən ötəri xüsusi 
əlifba  tərtib  edilmişdi.  Beləliklə,  bu  dil  çox  qədim  olmaqla  bərabər,  həm  də 
islamiyyətdən əvvəl də işlənirmiş
336
.  
Arsax  əyaləti  də  Alban    ərazisinin  tərkibinə  daxil    olan  əyalətlərdən 
biridir. Arsax monqol dövründən etibarən Qarabağ adlandırılmışdır
337
 
Sasanilərin  vaxtında  İranşəhr  adlanıb  tabeliyində  olan  geniş  ölkə  dörd 
hissəyə  bölünməklə  bərabər  onların  hər  biri  ―kust‖  adlanırdı.  Eyni  zamanda  hər 
kustın özünün ayrıca adı olmuşdur. 
―Kust‖  sözünə  pəhləvi  dilində  yazılmış  ədəbiyyatda  təsadüf  olunur
338

Lakin  sonralar  bu  termin  aradan  çıxmışdır.  Sasanilər  dövrünün  kustları  belə 
olmuşdur. 
1. 
Xorasan (şərqi). Buraya müasir Xorasan, Buxara, Soğd, Gurkan, 
Sistan, Bəlucistan və İranşəhrinin şərqində olan başqa əyalətlər daxil idi. 
2. 
Xorbəran  (qərb).  Buraya  İraq,  Girmanşah,  Kürdüstan,  habelə 
qərb əyalətləri daxil idi. 
3. 
Baxtər  (şimal).  Buraya  Azərbaycan,  Gürcüstan,  Qafqaz, 
Təpuristan və Dəmavənd əyalətləri idi. 
4. 
Nimruz  (cənub).  Buraya  Xuzistan,  Pars,  Girman,  Səkistan  və 
Sind əyalətləri daxil idi. Sasanilər hər kustın özünə ayrıca hakim təyin edirdilər. Bu 
hakimlər  ―pazkuspan‖,  yaxud  ―mərzban‖  adlanırdı.  Pazkuspan  hökmdar,  hakim, 
mərzban isə müasir dövrdə sərhədçi deməkdir. Lakin hər dörd kust ayrılıqda əcnəbi 
                                                           
335
 Yenə orada, s. 141. 
336
 S. Nəfisi. Göstərilən əsəri, s. 141. 
337
 Yenə orada. 
338
 Yenə orada. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə