Müəllifin vəsaiti hesabına nəşr olunur Əsəri Azərbaycan ea tarix İnstitunun



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/74
tarix27.10.2017
ölçüsü2,8 Kb.
#7068
1   ...   57   58   59   60   61   62   63   64   ...   74

Arxeoloji  qazıntıların  nəticəsinə  görə  buradan  dövrəsi  möhkəm  hasarla 
əhatə olunmuş böyük müdafiə əhəmiyyətli saray olmuşdur. N. V. Piqulevskayanın 
ehtimalına  görə Daskara Bizans imperatoru İraklinin hücumu zamanı (627  - 628) 
onun  orduları  tərəfindən  dağıdılmışdır
346
.  Ona  görə  ―Şah  Dastakartı‖  Tisfundan 
Həmədana  gedən  yol  üzərində  Sasanilərin  paytaxt  şəhərinin  107  kilometrliyində 
yerləşirdi. 
İrakli Qazaka şəhərində atəşpərəstlərin məbədini dağıdıb onun xəzinəsini 
qarət  etdikdən  sonra  yola  düşüb  şah  sarayı  yerləşən  Dastgerdi  tutub  onu  viran 
etmişdir
347

―Karnamak-e  Ərdəşir-e  Papakan‖  əsərində  dastakart  termininə  bir  neçə 
yerdə təsadüf edilir. Orada deyilir ki, Ərdəşir Papakan çox kəndi (dehi) müqəddəs 
və  toxunulmaz  elan  etdi.  Dastakart,  ümumiyyətlə,  kənddən  fərqlənirdi.  Bir  sıra 
mənbələrdə dastakart qul əməyi ilə becərilən torpaq sahələrinə aid edilmişdir. 
Dastakart  termininin  izahı  bu  mübahisələrə  son  qoyur.  Sözün  birinci 
hissəsi olan ―dəst‖ arami dilində ―əl‖ deməkdir. ―Kərd‖ isə pəhləvi və müasir fars 
dilində  ―kərdən‖  felindən  olmaqla  ―etmək‖  deməkdir.  Bir  sözlə,  əl  ilə  görmək  və 
yaxud  əl  ilə  etmək  mənasındadır.  Hertsfeld  və  Bartolomey  bir  neçə  dəfə  bu 
terminin  aydınlaşdırılması  ilə  məşğul  olmuşlar.  Bartolomeyə  görə  dastakart 
―torpaq sahəsi‖, ―torpaq mülkiyyəti‖ mənasındadır
348

Erməni  mənbələrində  də  dastakert  termininə  təsadüf  edilir.  Orada 
dastikirti yaşayış yeri, şəhər və bazarı olan kənd kimi göstərilir
349
. III - V əsrə aid 
pəhləvi  mənbələrində  isə  dastakart  möhkəm  müdafiə  əhəmiyyətli  qala  düşərgə 
mənasındadır.  Ərəb  dilində  isə  dastakart  qəsr  mənasına  uyğundur.  Karnamak 
əsərinə gəldikdə isə orada bir sıra kənd (deh) xutur dastkart adlandırılır
350

Aturpatakanın  paytaxt  şəhəri  Qazaka  II  Xosrov  Pərvizin  dastakarti 
olmuşdur.  Orada  II  Xosrova  məxsus  müdafiə  əhəmiyyəti  möhkəm  və  əzəmətli 
sarayların,  habelə  məbədlərin  olması,  şəhərin  və  onun  ətraf  kəndlərinin  Sasani 
şahənşahının  dastakerti  olduğunu  güman  etməyə  imkan  verir.  Mənbələrdəki 
dastakarti  Qazaka  şəhəri  və  orada  olan  saraylarla  müqayisə  etdikdə  istər-istəməz 
yuxarıdakı nəticəyə gəlmək olur. 
Moisey  Kalankatuylunun  göstərdiyinə  görə  azatlar  bir  neçə  Dastakertin 
maliki olmuşdur. 
VI  əsr  mənbəyi  olan  ―Matikan-i  hazar  datastanda  dastakerd  mülkiyyət 
forması belə  izah edilir:  ―Dastagerd‖  qulların  məskun olub və  onların  əməyindən 
istifadə edilən xüsusi mülkiyyət formasına deyilir. 
                                                           
346
 N. V. Piqulevskaya. Göstərilən əsəri, s. 13. 
347
 Yenə orada. 
348
 Bartolomey. Dərbab-e Zəbanha-e İran-e myane, 3-cü cild, s. 34. 
349
 Моисей Каланкатуйский. История Албан, кН. 1, гл. 263, с. 132. 
350
 Karnamak-e Artaşir-e Papakan, II – III. 


İran  ərazisində  quldarlıqdan  feodalizmə  keçid  ərəfəsində  ―azad‖  və 
―dastakerd‖ istehsal formalarına təsadüf edilir. 
S. T. Ermyana görə Ermənistan ərazisində  mövcud olmuş dastakerdlərdə 
çalışanlar əsas etibarilə qullar olmuşdur. 
Sasanilər    hakimiyyəti    dövründə    İran    ərazisində    feodal  torpaq 
mülkiyyətinin  iki  əsas  forması  nəsli  (―dastakert‖)  və  ―xostak‖  şərti  torpaq 
mülkiyyəti mövcud olmuşdur.  
Ellinizm  dövründə  İran  ərazisində  ―dastagerdlə‖  ―xostak‖  torpaq 
mülkiyyət  formaları  prinsip  etibarilə  biri  digərindən  bir  o  qədər  də  fərqlənmirdi. 
Lakin  Matikanda  göstərildiyi  kimi  ―dastagerd‖  irsi  mülkiyyətə  deyilir,  ―xostak‖ı 
isə satmaq, bağışlamaq, girov qoymaq olardı. Dastakerd mülkiyyət forması yalnız 
bir  şəxsə  deyil,  bütün  ailə  üzvlərinə  məxsus  idi.  Dastakerd  torpaqlarında  hüquqi 
nöqteyi-nəzərdən ailənin ağsaqqalı əsas sima hesab edilirdi. 
 
IV  FƏSĠ L 
 
MƏDƏNĠYYƏT 
 
Atropatenanın  mədəniyyəti  tədqiqatçılar  tərəfindən  hələlik  lazımi 
səviyyədə araşdırılmamışdır. Bu baxımdan da qarşıya qoyulan problemin həlli öz-
özlüyündə  çətinlik  törədir.  Atropatena  mədəniyyətinin  işıqlandırılması  iki  yolla 
araşdırıla bilər:  Atropatena  ərazisində  aparılmış arxeoloji qazıntıların  nəticələrini, 
antik dövr və orta əsr mənbələrində mövcud olan məlumatların müqayisəli şəkildə 
tədqiqi. 
Atropatena  ərazisində  yerləşən  Təxt-e  Süleymanda  alman  və  İran 
arxeoloqları  tərəfindən  8  il  müddətinə  qazıntı  işləri  aparılmışdır.  Həmin 
qazıntılarda  əldə  edilmiş bir sıra  möhtəşəm  memarlıq abidələrinin qalıqları,  eləcə 
də  digər  maddi-mədəniyyət  nümunələri  Atropatena  mədəniyyəti  tarixinin 
öyrənilməsinə imkan yaradır
351

Bu      qazıntıların      nəticəsi    Atropatena      ərazisində    şəhərsalma,  habelə 
müdafiə  əhəmiyyəti kəsb edən qala  divarlarının tikinti texnikasını aşkar etmişdir. 
Fraaspa  (müasir  Təxt-Süleyman)  tədqiqatçıların  fikrinə  görə  e.  ə.    II    əsrdə  bina 
edilmişdir
352
.  Əvvəllər bu şəhərin  Parfiya  şəhəri olub-olmaması güman edilirdisə, 
hazırda görkəmli    arxeoloqlar A. Qodar və R. Girşman bu şəhərin parfiyalılara aid 
olduğunu iddia edirlər
353

Fraaspa  bina  edildiyi  dövrdən  mühüm  hərbi  əhəmiyyət  kəsb  edərək, 
işğalçılar  tərəfindən  asanlıqla  alına  bilməyən  bir  qalaya  çevrilmişdir.  Belə  ki, 
                                                           
351
 Ə. Sərfəraz. Göstərilən əsəri, s. 1. 
352
 Г. А. Кошеленко. Культура Парфии, Москва, 1966, с. 52. 
353
 Yenə orada. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə