Cəmiyyətdə hər zaman vəziyyətin niyə belə olmasına görə hakimiyyətə qarşı qarşıdurmalar
olur, lakin bunlardansa mövcud problemin səbəbini axtarmaq və onu aradan götürmək daha
yaxşı olardı. Bu işdə müdafiə və qarşıdurmaya görə, cəzalandırılma halları olmamalıdır. Bİzə
sosial tənqiddən müdafiə olunmaq lazım deyil. Bunun əvəzinə baş vermiş problemlər
istiqamətində hərəkətə keçmək və buna uyğun fəaliyyət göstərmək yaxşı olardı.
Bunu əlavə etmək lazımdır ki, tənqidə ən yaxşı cavab etirafdır və daha sonra isə bu barədə
bir az fikirləşmək. Bir başa reaksiya vermək, hər zaman daha çox emosional alınır və bu
zaman situasiyadan çıxış yolu olmur.
İxtilaf öz-özlüyündə müxtəlif formalarda baş verir. Bu etirazdan vətəndaş itaətsizliyinə və açıq
inqlabacan gəlib çıxa bilir. Ixtilafın dərinləşməsi də öz növbəsində əsas hərəkətverici gücə
səbəb olaraq xalqda müəyyən inciklik yaradır. Bu, hakimiyyətin siyasətinə görə yaranmış
ümumi fikir ayrılığıdır, bəlkə də cəmiyyətdə olan qruplardır, hansılar ki, diskriminasiya və
represiyaya məruz qalıblar.
Misal üçün vətəndaş itaətsizliyi ədalətsiz qanunlara qarşı, ya da ədalətsiz qanun qəbulu
zamanı xalq öz fikri deyərkən baş verir. Belə hallarda onlar özlərini qanuna diqqət yetirməkdə
borclu hesab edirlər. Çoxlu insan buna görə həbs olunur. Həqiqətən də xalqın fikrini dəyişmək
üçün onlar həbs olunmalıdır. Buna yol verərkən qanun da çox sərt ola bilir . Buna ən gözəl
nümunə Birləşmiş Statlardakı vətəndaş hüquqları hərakatıdır. Onlar aydın şəkildə nümayiş
etdirirlər ki, mühitə uyuşmayan və tolerant olmayan cəmiyyətdə qurban verməklə heç nəyi
dəyişmək olmaz.
Ziddiyyət təşkilati baxımdan aktivizm deməkdir. Dünyada aktivlər və onların təşkilatlarının
sayının artması onların müsbət mənada inkişafını göstərir. Əksər insanlar məğrurluqlarından
qurtularaq tədbirlər görürlər ki, görən liderlər cəmiyyəti nəzərə alırmı.
Aktivizm əsasən etikadan başlayır. Lakin onu etikaya əsaslanaraq dəyişdirirlərsə onda bu
pozitiv inkişaf hesab olunmur. Digər sözlə aktivizm mahiyyət etibarilə etik və məğbul olmalıdır.
Aktivizm üçün əsas şərt budur ki, gərək nə istədiyini, xüsusilə sizi narahat edən problemlərin
nə olduğunu, niyə narahat olmağını, onu necə həll etmək isitqamətində çalışmağı biləsən.
Bundan başqa sizin diqqətiniz sosial və ətraf mühitin qiymətlərində olmalıdır ki, kim burada
itirir, kim ödəyir. Belə bir səlistliklə aktivistlər belə problemlərlə üz-üzə durur ki, bu da böyük
xərcin olması deməkdir. Hal-hazırkı və potensial olanıın hər iksi (misal olaraq qlobal
istiləşmə).
Əgər ziddiyət də aktivizm kimi mütəşəkildirsə onda dəyirlik üçün bu təzyiq daha da arta bilər
və cəmiyyətdə buna reaksiya verərək hərə bunu müxtəlif cür başa düşəcək.
Sosial müəssisələr, xüsusilə hökumətlər və korporasiyalar inandırıcı olsun deyə aşkar olaraq
media vasitəsilə aktivistləri ələ salır və onları bütün qəbahətlərə görə təqsirləndirmək üçün
əllərindən gələni edirlər. Əvvəlcə aktivistlər ekstremist və radikal kimi qələmə verilir. Lakin biz
“radikal” anlamının necə dəyişdirildiyini gərək əvvəlcə müəyyən edək. Otuz il əvvəl yer
-23-
planetini və ətraf mühiti dəstəkləmək radikallıq hesab edilirdi. Lakin indi bu nəyin ki, normal
hətta çox zəruri bir addım kimi qəbul edilir. 30 il bundan əvvəl radikal olmaq doğurdan da
qeyri- adi görsənirdi.
Indi aktivistlərə artıq məhəl qoyulmur. Onlar ictimai şüurun senzurasından kənarda qalıblar.
Onların lap səsləri eşidilmiş olsa belə bütün təsisatlar onun əleyhinə qalxaraq o səsi boğmağa
çalışmaqla onları ittiham edirlər. Aktivislər cəmiyyət tərəfindən artıq bir terrorist kimi qələmə
alınır.
Bunun belə qeyri-adi təsvir olunmasını əsas gətirərək polislər də ziddiyət yarandığı təqdirdə
bundan istifadə edib cəza tədbirləri həyata keçirir. Yazıçı Andrey Rovel bu barədə bildirmişdir
ki, aktivistlər sadəcə əleyhidar kimi yox, dövlət onları bir düşmən gözündə görə bilər. Onlar
hətta casusluq uçun yetişdirilə, qeyri-leqal hərəkətlərə qarşı təhrik oluna və hər hansı bir
zorakılığı yatırtmaq məqsədi ilə istifadə oluna bilərlər. Ən pis halda onlar yalandan ittiham
olunaraq həbsə alına və hətta öldürülə də bilərlər.
Adamlar etiraz etmək hüququna malikdirlər. Bunu məhdudlaşdırmaq digər cinayət aktları kimi
qəbul edilməzdir. Misal üçün bəzi ölkələrdə məmurlar “söz azadlığı”- nın nümayişi olan
zonalarda onu məhdudlaşdırmağa çalışırlar. Belə çıxır ki, özünümüdafiə azadlığının olması
hüquq deyil, o hökümətin istədiyi vaxt verdiyi bir imtiyazdır.
Ziddiyyət və aktivizmi birləşdirən tərəf isalhat ideyasının olmasıdır hansı ki, sosil institutlar
lazım gəldikdə məqsədli şəkildə özlərində dəyşiklik yaratmağa kimisə əmin edə bilərlər
Demokratiyada da belə məsələ gözlənilsə də diktatorluqda bu qeyri-kafi hesab edilir.
Diktaturada dəyşikliklər aparılması demokratiya üçün üsyan deməkdir.
Anlayışda üsyan sadə səslənir. Yəni sən sənə deyiləni etmirsən. Praktikada bunu etmək
həmişə çətindir. Konflikt vəziyyətlərdə üsyançlar öz və ailələrinin həyatlarını öz əqidələri üçün
risq altında qoyur. Yəni, üsyan özünü gerçək təhlükəyə salmaqla risq etmək deməkdir.
Məsələni mürəkkəbləşdirən digər faktor da üsyanın yalandan və ya yanlış
istiqamətləndirilməsi ola bilər. Konfliktli vəziyyətlərdə yalandan üsyan etmək ancaq və ancaq
hakimiyyətə çatmaq məqsədilə edilir və bu mübarizə sonra sosial ədalət mühakiməsinin
olması kimi təqdim edilir. Üsyan edən qiyamçılar öz müəyyən məqsədlərindən imtina edir və
növbəti bir diktatorçuluq qrupu yaranması ilə nəticələnir. O ki, qaldı yanlış istiqamətləndirilmiş
üsyana hansı ki, terrorizmlə məşğul olurlar və cinayətkarlarla gizlicə sövdələşməyə girirlər, bu
onların etik əsasları dağılan zaman baş verir. Misal üçün ikinici dünya müharibəsindən sonra
on illiklərdə koloniya dövlətləri ilə vuruşan fərdlərin bir çoxu yalançı üsyankar olublar. Xalq
müstəqilliyə nail olduqdan sonra özlərinin güclərini öz əvvəlki müttəfiqləri əleyhinə
birləşdirərək avtokratiyanın əsasını qoyublar.
Planetdə iki milyarddan artıq insan diktatorluqdan əziyyət çəkir və onlara nəzarət və zorakılıq
qeyri-adi tədbirlər vasitəsilə aparılır. Vaxt gələcək ölkələrdən bəzilərində pasifizm və
zorakılıqdan imtina olunacaq, orada zorakılıq və güc əleyhinə effektiv mübarizə aparılacaq,
lakin bəzi ölkələr isə yenə də bundan əziyyət çəkəcəklər. Belə hallarda xalq gərək öz hərbi
güclərilə mübarizə aparsın.
-24-