MüƏLLİMİn pedaqoji FƏALİYYƏTİNİn xüsusiYYƏTLƏRİ



Yüklə 332,27 Kb.
Pdf görüntüsü
səhifə10/13
tarix08.12.2017
ölçüsü332,27 Kb.
#14655
1   ...   5   6   7   8   9   10   11   12   13

düşərik.Bu  aləmdə    Şagird    sözü  böyük  həriflərlə  yazılır,  bənzərsiz  şəxsiyyət 

anlamında mənalandırılır.D.Karnegi müəllimi istər-istəməz sinifdə konfilikt ovqatı 

yaradan  yerli-yersiz  mübahisədən  çəkinməyə,  səmimi  olmağa,şagirdə  hörmöt 

etməyə,  məktəb  olaylarına  onun  gözü  ilə  baxmağa,  şagirdi  tənqid  etməmişdən 

əvvəl  özünün  uşaqlıq  illərində  etdiyi  səhvləri  xatırlamağa  cağırır.  Sinifdə  hər  bir 

şagirdə  yaxşı  reputasiya  (“nüfuz”)  yaratmaq,mehribanlıq  mövqeyində  durmaq, 

rəğbətləndirmədən (“həvəsləndirmədən”) məharətlə istifadə etmək bu cağrışın ana 

xətti  kimi  səslənir.  Ə.Əlizadə  fikrinə  belə  bir  cağrışla  sonuc  verir:  ”Gəlin, 

Karnegini öyrənək! Şagirdlərlə Karneginin sehrli məsləhətlərilə ünsiyyət bağlayaq 



 



 

 

6. Müəllimlik peşəsində pedaqoji  

bacarıq və vərdişlər 

 

Müəllim-şagird, 

ustad-şəyird 

(şagird) 

münasibətləri 

Azərbaycan 

mədəniyyətində önəmli problemdir.El-obanın gözündə müəllimin imici də, reytinqi 

də həmişə yüksək olur.Pedaqoji elmlərdə isə müəllimi məktəbdə əsas sima sayıblar 

və  sayırlar.Tərbiyə  işində  müəllimin  şəxsiyyəti  başlıca  amillərdən  biri  hesab 

olunur.Lakin  uzun  müddət  müəllimin  şəxsiyyətindən  danışanda  onu  mahiyyət 

etibarilə  mənəvi  ölçülərlə  qiymətləndiriblər,önəmli  bir  məsələyə-pedaqoji 

qabiliyyətlər  məsələsinə  isə  lazımi  dərəcədə  əhəmiyyət  verilməyib.Psixologiya 

elmində  bu  mühüm  fenomen  keçən  əsrin  60-70-ci  illərində  sistemli  öyrənilməyə 

başlanılıb.Yeri  gəlmişkən  qeyd  edək  ki,  ənənəvi  didaktik  sistemdə  müəllimin 

didaktik  və  təşkilatçılıq  qabiliyyətlərinə  daha  çox  diqqət  yetirilib”.Uşaqları  yaxşı 

öyrədir”,”Dərsi aydın izah edə bilmir”,”Sinfi təşkil edə bilmir”,”Uşaqları yaxşı ələ 

alır”-məktəb rəhbərlərinin, sinif rəhbərlərinin,eləcə də,müəllimlərin özlərinin ayrı-

ayrı müəllimlər haqqındakı söz-söhbətlərində həmişə bu çalarlar önəmli yer tutur. 

Müasir  təhsil  konsepsiyası  didaktik  və  təşkilatçılıq  qabiliyyətlərinin 

əhəmiyyətini  qətiyyən  azaltmadan  bu  gün,təhsilin  humanistləşdirilməsi  şəraitində 

kommunikativ və perseptiv,ekspressiv və konstruktiv qabiliyyətlərin əhəmiyyətini 

xüsusi  uğuru  ilə  dəyərləndirir.Müəllimin  şagirdlərlə  qarşılıqlı  münasibətlərinin 

inkişafı  baxımından  məhz  bu  qabiliyyətlər  ,ilk  növbədə,  kommunikativ 

qabiliyyətlər və bilavasitə onunla bağlı olan qabiliyyətlər-perseptiv və ya eksprssiv 

qabiliyyətlər önəmli əhəmiyyət kəsb edir.Məktəb müşahidələri də şagird- müəllim 

münasibətlərinin  əmələ  gəlməsində  və  inkişafında,ilk  növbədə,  kommunikativ 

qabiliyyətlərin önəmli yer tutduğunu göstərir.Müəllimin pedaqoji ustalığının kökü 

onun  pedaqoji  qabiliyyətləri  ilə  bağlıdır.Müəllimlərdə  pedaqoji  qabiliyyətlərin 

formalaşması bu gün aktual məsələ kimi meydana çıxır.  

 Pedaqoji  fəaliyyətin  düzgün  qurulması  müəllimin  pedaqoji  bacarıq  və 

vərdişlərə sahib olmasından çox asılıdır. Belə ki, müəllim dərin biliyə, yaradıcılığa, 

geniş təfəkkürə malik olmaqla bərabər, həm də öz biliyini şagirdlərin malı etməyi 

bacarmalıdır. 



Pedaqoji  ədəbiyyatların  bir  qismində  müəllimin  ümumi  pedaqoji  bacarıq  və 

vərdişləri fərqləndirilir. 

Məsələn, pedaqoji bacarıq və qabiliyyətlər belə qruplaşdırılır: 

1) Məlumatverici bacarıq və vərdişlər

2) Səfərbəredici bacarıq və vərdişlər; 

3) İnkişafetdirici bacarıq və vərdişlər; 

4) İstiqamətləndirici bacarıq və vərdişlər. 

Məlumatverici bacarıq və vərdişlər dedikdə, müəllimin ilk növbədə hər hansı 

bir  elmi  materialı  didaktik  yolla  şagirdlərə  çatdıra  bilməsi  başa  düşülür.  Bunun 

üçün  müəllim  həmin  materialı  şagirdlərin  başa  düşəcəyi  səviyyədə  qurmalı, 

didaktik  məsələləri  seçməli,  onların  tətbiq  olunma  və  aşılanma  yollarını 

hazırlamalı və şagirdlərə çatdırmalıdır. 

Müəllim tədris materialını şagirdlərə çatdırmaq üçün müvafiq metodlar seçib 

müəyyənləşdirməli, təlimin texniki vasitələrindən və əyanilikdən istifadə etməlidir. 

Həmçinin onların inkişaf sistemini hazırlamalıdır. 

Bunlarla birlikdə proqramlaşdırılmış, alqoritmləşdirilmiş, interaktiv və başqa 

formalardan,  təlim  ünsürlərindən  istifadə  etməklə  bərabər,  dərsdə  əks-əlaqəni 

yaratmağı da unutmamalıdır. 

Müəllimin danışığı şagirdlər üçün aydın olmalıdır. O, məntiqi, qısa və ifadəli 

danışmağı  bacarmalıdır.  Müəllim  ekskursiyanın  növlərindən  istifadə  etməklə 

onların  təşkilini  həyata  keçirməyi,  tədris  emalaxanalarında  şagirdlərin  işini  təşkil 

etməyi bacarmalıdır. 

Müəllimin pedaqoji bacarıq və vərdişlərindən biri də səfərbəredici bacarıq və 



vərdişlərdir.  Şagirdlərin  diqqətini  səfərbər  edib  əsas  obyektə-təlimə  yönəltmək, 

onlara  öyrənməyi  öyrətmək,  aldıqları  biliyi  praktikaya  tətbiq  etmək  bacarığı 

aşılamaq, öz işini planlaşdırmağı bacarmaq və s. səfərbəredici bacarıq və vərdişlərə 

aiddir.  Onu  da  bilmək  lazımdır  ki,  bu  fəaliyyət  formaları  ilk  növbədə  müəllim 

tərəfindən icra edilməli, şagirdlər isə onun iştirakçısına çevrilməlidirlər. 

Müəllimin  inkişafetdirici  bacarıq  və  vərdişləri  dedikdə  isə,  ilk  növbədə 

şagirdlərdə  təfəkkürün  inkişafına  kömək  edən  metodlardan,  formalardan  istifadə 

etməyi  bacarmaq  başa  düşülür.  Şagirdlərin  əqli  fəaliyyətini  inkişaf  etdirmək 

məqsədilə  problem  –  situasiyalar  yaratmaq,  onlara  qazanmış  olduqları  bilikləri 

tətbiq  etməyi  öyrətmək,  əqli  nəticə  çıxarmağa,  müqayisə  aparmağa  kömək  edən 

sual və tapşırıqların icrasına istiqamətləndirmək bu qəbildəndir. 

İstiqamətləndirici  bacarıq  və  vərdişlər  dedikdə  isə,  müəllimin  şagirdlərə 

düzgün  məsləhətlər  verməsi,  müdrik  istiqamətlər  verməsidir.  Xüsusilə  uşaq  və 

yeniyetmələr müəllimin istiqamətverici məsləhətlərinə ehtiyac duyurlar. 

Müəllimin pedaqoji bacarıq və vərdişlərinə şagirdlərin elmi dünyagörüşünü 



formalaşdırmaq, onlarda tədris fəaliyyətinə, əməyə, peşəyə maraq yaratmaq, 

şagirdlərin  ahəngdar  inkişafına  nail  olmaq  və  s.  aiddir.  Ümumiyyətlə,  qeyd 

olunan  pedaqoji  bacarıq  və  vərdişlər  düzgün  yerinə  yetirilərsə,  şagirdlərin 

intellektual  səviyyəsinin  artmasına  səbəb  olar.  Bunlarla  bərabər,  təlim  prosesində 

müvəffəqiyyət əldə etmək üçün müəllim pedaqoji qabiliyyətə də malik olmalıdır. 

Qabiliyyət  müəyyən  fəaliyyətin  müvəffəqiyyətlə  icrasına  əsas  verir.  Pedaqoji 

qabilıyyət  özünü  ən  çox  təlim  prosesində  göstərir.  Pedaqoji  qabiliyyətə  malik 




Yüklə 332,27 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə