Nitqin aydınlığı tələffüzlə sıx bağlıdır. Düzgün olmayan tələffüz – səslərin öz məxrəcində deyilməməsi, qarışdırılması, bəzən də səslərin, hecaların tələffüzdən düşməsi, məzmuna, məqsədə uyğun intonasiyaya əməl olunmaması və s. də nitqin aydınlığına xələl gətirən səbəblərdir.
Nitqin aydinlığına nail olma üsulları:
a) Danışılacaq mövzu ətraflı öyrənilməli, lazımi material hazırlanmalıdır;
b) Material fikirdə və ya yazılı qeydlərdə sistemləşdirilməlidir;
c) Nəzərdə tutulmuş sübut, dəlil və ya faktları ifadə edəcək sözlər məntiqi vurğu hesabına aydın nəzərə çarpdırılmalıdır;
d) Nitqin əsas hissəsindəki söz, ifadə və cümlələr aydın tələffüz edilməli, ”bunun” əvəzinə “munun”, “ gətirdi” əvəzinə “gətdi”, “gəl gedək” əvəzinə “gə gedəy” və s. deyilməməlidir;
e) Məzmuna uyğun intonasiya seçilməli, düzgün diksiya ilə ifadə olunan nitqin başa düşülməsinə cəhd göstərilməlidir. Çıxış edənlər ( mühazirəçi, məruzəçi, lektor, diktor, müəllim və b.) səsini, nəfəsini idarəetmə bacarığını təkmilləşdirməli, diksiya ilə bağlı şivə qüsurlarını düzəltməlidir.
Dostları ilə paylaş: |