Mühazirə 1 Azərbaycan dili və onun ünsiyyət imkanları


Azərbaycan dili dövlət dili kimi



Yüklə 262,04 Kb.
səhifə4/78
tarix10.05.2022
ölçüsü262,04 Kb.
#86432
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   78
Mühazirələr 2021

Azərbaycan dili dövlət dili kimi.  Azərbaycan dilinin dövlət dili kimi tarixini çox zaman Səfəvilərlə başlayırlar. Bu Səfəvilər dövlətində bir çox yazışmaların Azərbaycan türkcəsi ilə aparılması ilə bağlıdır. Lakin Azərbaycan dilinin dövlət dili kimi sabitləşməsi XX əsrin payına düşür. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti yaranandan az sonra Azərbaycanda kargüzarlığın türk dilində aparılması ilə bağlı qərar qəbul edilir. 

Daha sonra bolşevik hakimiyyəti dövründə - 1921-ci ildə Nəriman Nərimanov Dadaş Bünyadzadə ilə birgə Azərbaycan SSR-də dövlət dilinin türk dili olması ilə bağlı dekret imzalayırlar. 1921-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının ilk Konstitusiyası qəbul olunur və oraya dövlət dili haqqında maddə salınmır. 1924-cü ildə Mərkəzi İcraiyyə Komitəsinin Azərbaycanda dövlət dilinin türk dili olması ilə bağlı qərarı qəbul olunur.



1936-cı ildə Azərbaycanın yeni Konstitusiya layihəsi hazırlanarkən orada Azərbaycanın dövlət dili türk dili kimi qeyd edilir. Ancaq 1937-ci ilin aprel ayında qəbul olunun əsas qanunda dövlət dili haqqında heç bir qayda öz əksini tapmır. Ancaq Konstitusiyada xüsusi maddə olmasa da, 1936-cı ildən sonra bütün normativ sənədlərdə dövlət dili Azərbaycan dili kimi qeyd edilir.


Yüklə 262,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə