Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir



Yüklə 0,75 Mb.
səhifə37/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
dunya land. - копия 2018

Qərbi Avstraliya (1) – üzərində bəzən qalıq alçaq dağlıq yüksələn (1510 m-ə qədər), peneplenləşmiş səthli kembriyəqədər Avstraliya platformasında yerləşmiş, geniş, nisbətən hündür (əsasən, 200250 m) yayladır. İsti, kəskin kontinental arid iqlim xarakterikdir. Ərazinin çox hissəsi eol qumlarının iri massivləri olan, daimi hidroqrafik şəbəkəsi olmayan daxili axın hövzəsinə aiddir. Zonal “spektr”a şimal qurtaracaqda subekvatorial dəyişkən-rütubətli meşələr, savanna və seyrək meşələr, tropik və subtropik səhralar, cənub-qərb ucqarında Aralıq dənizi tipli landşaftların nümunələri aiddir.
Mərkəzi Avstraliya (2), əsasən alçaqda yerləşən ərazi olub (Eyr gölünün çökəkliyi okean səviyyəsindən 12 m aşağıda yerləşir), müxtəlif yaşlı qırışıq bünövrənin əyilmə sahəsinə uyğundur. Ərazi üçün zəif parçalanmış, akkumlyativ (həmçinin eol və şoranlıqlı) düzənliklər üstündür. Landşaft tiplərinin yığımına görə Mərkəzi Avstraliya Qərbi Avstraliyaya oxşardır.
Şərqi Avstraliya dağları və Tasmaniya (3) Materikin şərq sahili boyunca dağ səddi əmələ gətirən, cənub-şərq passatın rütubətini saxlayan, cənub ucqarda isə – qərb siklonunun qarşısını kəsən paleozoy yaşlı qırışıq strukturlar uzanır (2228 m-ə qədər). Məhz bununla əlaqədar dağların küləkdöyən yamacları Avstraliya üzrə götürdükdə, ən çox yağıntı düşməsi ilə seçilir. Şərq yamacın ensiz zolağı şimalda meşəli tropik landşaftlara, cənubda isə subtropik landşaftlara aiddir. Tasmaniyada rütubətli (okeansahili) subboreal meşə landşaftları üstündür. Böyük Suayırıcı silsilənin yastı qərb yamacı Mərkəzi Avstraliya səhralarına təcridi keçid əmələ gətirən semiarid tropik və subtropik landşaftlarla tutulmuşdur.
Okeaniya çoxsaylı adalar qrupu olub, Sakit okeanın mərkəzi və cənub-qərb hissəsində ümumi sahəsi 1260 min km2 olan adaları əhatə edir. Okeaniyanın ərazisinin çox hissəsini, sahəsi 829 min km2 çatan Yeni Qvineya və sahəsi 265 min km2-ə çatan Yeni Zelandiya tutur. Landşaftlarının başlıca xüsusiyyətləri – əsasən tropiklər arasındakı (Yeni Zelandiya istisna olmaqla, subboreal enliklərdə - 47020' cənub enliyinə qədər keçir) vəziyyəti və qurunun ada xarakterli olması ilə əlaqədardır. İsti və mülayim iqlimi (böyük hissəsi rütubətli okeanik), özünəməxsus (nisbətən kasıb və yüksək endemizm) canlı aləmi məhz bununla əlaqədardır.
Okeaniya adaları 3 qrupa bölünür: Melaneziya, Mikroneziya və Polineziya.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə