Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Mühazirə 5 Mövzu: Elektron ölçmə vasitələrinə texniki, istismar və etibarlılıq tələbləri



Yüklə 1,91 Mb.
səhifə11/39
tarix24.12.2023
ölçüsü1,91 Mb.
#160975
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   39
CTƏ mühazirə

Mühazirə 5
Mövzu: Elektron ölçmə vasitələrinə texniki, istismar və etibarlılıq tələbləri

Məlumatları layihələndirdikdə istismar və texniki təlabatın təmin olunması mühüm məsələlərdən biridir.İstismar və texniki təlabatları təmin etmək üçün məmulatın xarici mühitdən qorunması üçün konstruktur və texnoloji üsullar təyin olunur. Bundan başqa ölçmə vastələrinin konstruksiyaları xarici mühitin müxtəlif hallarına görə sınaqdan keçirilməlidir. Konstruktor və texniki təlabatlara məlumatın texniki şərtlərində gösdərən xüsusi təlabatlara aşağıdakılar aiddir:



  1. Aparaturanın ayrı-ayrı elementlərinin konstruktor tərtibatına olan təlabatlar

  2. Buraxılabilən ölçülər və şəkilər

  3. Elektrik və radio elementləri və blokları, qidalandırma mənbələri, informasiya işlədicisi ilə elektrik birləşmələrinin konstruktiv tətibatı

  4. Aparaturanın obyektə bərkidilmə üsulları

  5. Ən kiçik maya dəyəri təmin etmə təlabatı

  6. Xüsusi tələbatlar.

Cihaz vasitələrinin mürəkkəbliyi artdıqca konstruktorlar qarşısında daha uzun ömürlü və etibarlı aparatura yaratmaq məsələsi durur. Əgər ölçmə vasitəsinin konstruksiya etdikdə xüsusi ölçülər nəzərə alınmazsa, o halda istismar vaxtı tez-tez dayanmalar baş verəcək və əsas istismar müddəti aparaturanın təmirinə sərf olunacaqdır.
Etibarlılıq aparaturanın (elementin, blokun, sistemin) verilmiş funksiyaları yerinə yetirmə xassəsi olub, həm də öz parametrlərini (işləmə qabiliyyətini) məlum hədlərdə məlum istismsr şəraitində müəyyən zaman müddətində qoruyub saxlamasıdır.
İşləmə qabiliyyəti aparaturanın (elementin, sistemin) elə vəziyyətidir ki, bu halda aparatura əsas parametrləri üçün müəyyən olunmuş tələbatların hamısına uyğun olur və öz funksiyalarını yerinə yetirməyə qadirdir.
Dayanma aparaturanın (elementin, blokun, sistemin) işləmə qabiliyyətinin tam və ya qismən itirməsi, həmçinin işçi parametrlərin buraxıla bilən qiymətlər həddindən kənara çıxmasıdır.
Ardıcıl birləşmə (etibarlılıq mənasında) elə birləşməyə deyilir ki, bu halda ixtiyari elementin və ya blokun dayanması blokun və bütövlükdə sistemin dayanmasına səbəb olur.
Paralel birləşmə (etibarlılıq mənasında) elə birləşməyə deyilir ki, tədqiq olunan sistemin dayanması yalnız o halda baş verir ki, paralel birləşmə elementlərin hamısı dayanmış olsun.
Ehtiyyat elə müddətdir ki, bu müddətdə element (aparatura) məlum istismar rejimində dayanmadan işləyir (adətən məmulatın pasportunda göstərilir).
Aparaturanın konstruktiv etibarlılığıBu etibarlılıq da elektrik etibarlılğı kimi çox əhəmiyyətlidir. Konstruktiv etibarlılığa qurğuların konstruksiya bəndlərinin etibarlılığı və dayanıqlığı məsələləri (quraşdırma, bərkidilmə və s.) həmçinin yaradılan aparaturada müxtəlif mexaniki qurğuların tətbiqi ilə əlaqədar olan məsələlər aiddir. Cihazqayırma vasitələrinin konstruktiv etibarlılığının az olması adətən mexaniki, termik və elektrik dayanıqlığı, istismar şəraitini təmin etməyən materialların tətbiqi və hissələrin şossidə onların temperatura rejimi nəzərə alınmadan yerləşdirilməsi kimi səbəblərdən yaranır. Belə səbəblər, məsələn, elektrolitik kondensatorların və ya yarımkeçirici cihazların böyük istilik yayan hissələrlə yanaşı yerləşdirilməsi, keyfiyyətsiz layihələndirmə, çap lövhəsi kimi quraşdırmayanda və zəif konstruktiv parametrli materialların istifadə olunmasıdır. Hər bir hissə pərçimləmə, vintləmə,yapışqanla və s. ilə bərkidilməlidir. Lakin bu bərkidilmə elə olmalıdır ki, elementlərin elektrik uclarına mexaniki yük düşməsin.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə