Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat



Yüklə 1,91 Mb.
səhifə36/39
tarix24.12.2023
ölçüsü1,91 Mb.
#160975
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
CTƏ mühazirə

Anod-mexaniki emal üsulu

Anod-mexaniki emal elektrokimyəvi əriməyə əsaslanan metala təsiretmə prosesi olub ərimə məhsullarının mexaniki ayrılması ilə yerinə yetirilir. Əlavə olaraq burada elektroerroziyalı dağılmalar da ola bilər. Emal prosesinin prinsipial sxemi şəkil 21-də göstərilib. 3 (emal olunan məmulat) və 1 (alət) elektrodlarının yaxınlaşması zamanı və onlar arası olan elektrolitdən 2 (işçi mühitdən) elektrik cərəyanı keçən zamanı cərayan mənbəyinin müsbət qütbünə qoşulan elektrodun (anodun) dağılması baş verir. Bu dağılma cərəyanın kiçik sıxlıqlarında metalım anod əriməsi, böyük sıxlıqlarında isə onun elektroerroziyalı dağılması şəklində baş verir.


Yaranan dağılan məhsul 4 cərəyanın pis keçməsinə səbəb olur və nəticədə bir elektrod digərindən izolə olunur. Onların kənarlaşdırılması üçün 1 elektrodun (alətin) kiçik qüvvə ilə yerdəyişməsi yerinə yetirilir. Bu halda proses fasiləsiz davam edir: dağılan metal dağılmaqda davam edir və onun möhkəmliyindən asılı olmayaraq tələb oluna emal yerinə yetirilir.

Anod-mexaniki emal prosesi elektrik rejimindən (cərəyanın sıxlığından, gərginliyindən) və mexaniki parametrlərdən (emal olunan səthə olunan təzyiqdən, alətin hərəkətin sürətindən) asılı olur. Şəkildə (kəsik) prosesin nəzərdə tutulan sxemi verilib.
Elektrolitik rejim prosesin məhsuldarlığını və səthin emalının keyfiyyətini müəyyən edir. Cərəyan mənbəyinin gərginliyi 14-28 V, cərəyanın sıxlığı təmiz əməliyyatlarda onda bir, qaralamada isə bir neçə yüz A/sm2 hədlərində dəyişir.
Alətin təzyiqi P elektrodlar arası 5 aralığının və onunla əlaqədar olan elektrik müqvimətinin qiymətini şərtləndirir. Onlar arası asılılıq ayrılan metalı, cərəyanı və işçi gərginliyi müəyyən edir.
Alətin emal olunan səthə nəzərən yerdəyişmə sürəti pəstahın metalının səth təbəqəsinin sürətinə və qızma dərəcəsinə, uyğun olaraq onun struktur dəyişməsinə və həmçinin səthin kələ-kötürlüyünə təsir edir. Alətin sürəti 0,5 – 25 m/san, onu sıxan qüvvə isə 50-200 kPa (0,5-2 kq/sm2) olur. Ən yaxşı işçi mühit – maye şüşənin (natriy silikat) suda məhluludur.
Anod-mexaniki emal aşağıdkılarla xarakterizə olunur:

  • elektrod-alətin elektrod-pəstəha nisbətən az aşınması, adətən gobud rejimdə 20-30%-i, təmiz rejimdə isə 2-3%-i aşmır;

  • gobud rejimlərdə məhsuldarlığının yüksək olması - səthinin kələ-kötürlüyü Rz = 500 – 600 mkm səthlər üçün 35-100 mm3/san və yumşaq rejimlərdə səthinin kələ-kötürlüyü Rz < 1 mkm səthlər üçün məhsuldarlıq 0,01 mm3/san olur.

Hissələri anod-mexaniki emalla dişmək və kəsmək olur



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə