Mühazirə 1 Mövzu: Cihaz texnologiyasının əsas anlayışları Ümumi məlumat


Cihaz texnologiyasının elektrofiziki emal üsulları



Yüklə 1,91 Mb.
səhifə35/39
tarix24.12.2023
ölçüsü1,91 Mb.
#160975
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   39
CTƏ mühazirə

Cihaz texnologiyasının elektrofiziki emal üsulları

Hissələrin emalının elektrofiziki və elektrokomyəvi texnologiyası (EF və EK texnologiya) kəsmə texnologiyasına alternativi olaraq yaradılmışdır. Belə ki, kəsmə texnologiyası qeyri-kafi nəticələr verəndə və yaxud onun tətdbiqi qeyr-mümkün olanda EF və EK texnologiyası tətbiq olunur. Yəni çox sərt və özlülüklü və yaxud çox bərk və çox gövrək materialları emal edəndə EF və EK texnologiyadan istifadə olunur. EF və EK texnologiyanın onlarla üsulları işlənilmiş və yoxlanılmışdır. Lakin cihazqayırma texnologiyasında ən çox aşağıdakı üsullar geniş tətbiq tapmışlar:



  • elektroerroziyalı texnologiya;

  • anod-mexaniki texnologiya;

  • elektrokimyəvi texnologiya;

  • elektrofiziki texnologiya;

  • ultrasəs texnologiya;

  • işıq şüalı emal;

  • elektronşualı emal;

  • plazmalı emal.



Elektroerroziyalı texnologiya

İlk elektroerroziyalı qurğu 1942-ci ildə Lazerenkovlar ailəsi tərəfindən Leninqrad şəhərində yaradılmışdır.


Elektroerroziyalı emaletmə bir və yaxud hər iki elektrodun arasında elektrik impuls boşalmasının baş verməsi nəticəsində onların materialının dağılması fiziki hadisəsinə əsaslanır. Bu zaman elektrodların səthlərində oyuqlar əmələ gəlir (şəkil 1).

Şəkil 1-də 1 – elektrod-alət; 2 – işçi maye; 3 – emal olunan pəstahdır.
Oyuqların əmələ gəlməsinin səbəbi elektrodları olduqca yüksək temperatura qədər lokal qızdırılması nəticəsində baş verir. İki elektrodun yaxınlaşması və onlara elektrodlar arası deşilmənin baş verməsi üçün kifayət qədər gərginliyin verilməsi ilə temperaturu minlərlə və on minlərlə dərəcələrlə ölçülən nazik keçirici kanal (sütun) şəklində elektrik boşalması baş verir. Nəticədə bu kanalın əsasında (başlanğıcında) elektrodların dağılması (əriməsi, buxarlanması) müşahidə olunur. Maye mühit dağılan materialın kənarlaşdırılması üçün dinamik güclənmənin baş verməsini təmin edir. Bundan başqa maye elektrodları soyutmaqla prosesi stabilləşdirir. Çox hallarda maye mühit kimi neft məhsulları istifadə olunur: transformator və ox yağı, kerosin, daha yaxşı olması üçün distillə olunmuş su.
Elektroerroziya metoduna əsasən elektroqığılcım və elektroimpuls emal aiddir.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə