Mühazirə fiziki-kimyəvi analiz metodlarinin mahiyyəti və TƏsnifati plan giriş



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix12.04.2022
ölçüsü0,76 Mb.
#85329
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
M-1-FKA-giriş

Analizin  kimyəvi

 

üsulu  məhlulda  gedən  kimyəvi  çevrilmələrə  və  nəticədə  çöküntü, 

rəngli birləşmə və  ya qaz halında maddənin alınması prinsipinə əsaslanır. Vəsfi analizin kim-

yəvi üsulunda analiz ediləcək maddəni əmələ gətirən hər hansı element və ya ionu təyin etmək 

üçün həmin maddəni xassələri və tərkibi yaxşı məlum olan başqa birləşməyə çevirmək lazım 

gəlir. Bu növ kimyəvi çevrilmələrə 



analitik reaksiyalar

 deyilir. 

 

Kimyəvi  üsulların  çoxu  yaxşı  öyrənilmiş 



klassik üsullar

  hesab  edilir.  Buna  baxmayaraq 

onlar  çox  zaman  müasir  tələbləri  (

xüsusilə  maddənin  təmizliyini  yoxlamaq  lazım  gəldikdə

ödəyə bilmirlər. Məsələn, hafniumun çox cüzi miqdarı qatılmış sirkoniumu atom reaktorunda 




 

 



 

işlətmək olmaz. Germanium  yaxşı  yarımkeçirici maddə hesab olunur. Lakin onun 10 milyon 

atomuna fosfor, arsen və ya stibiumun bir atomu qarışmış olarsa, onu yarımkeçirici kimi tətbiq 

etmək olmaz.  Metalların tərkibində 10

-5

-10


-7

 % qarışıq olduqda xassələri xeyli dəyişir. Məsə-

lən, kövrək volfram və sirkonium plastik hala keçir. Ona görə də son zamanlar analizin fiziki 

və fiziki-kimyəvi üsullarına daha çox üstünlük verilir. Bu üsullara 



instrumental üsullar

 deyilir. 

Belə ki, onlar adətən müəyyən cihazların tətbiqini tələb edir.  


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə