Jeneva şəhərində işləyən fiziklər
Tim Berners-Lee və Robert Cailiau başqa
publikasiyalara müraciət edən, format olunmuş və özündə qrafiki və başqa informasiya
daşayan mətlərin mübadiləsi üçün üsul təklif etdilər. Beləliklə,
HTML hipermətnlərin
nişan dili yarandı və
World Wide Web —
Ümumdünya İnformasiya Hörmiçəyi servisinin
əsası
qoyuldu, Internet bütün dünyada populyar oldu.
6.2. İnternet şəbəkəsinə qoşulma üsulları və vasitələri
Kompyuter şəbəkələri arasında əlaqələr: telefon xətləri, elektrik kabelləri, optiklifli
kabel və radio əlaqə vasitəsilə yerinə yetirilir. Əlaqə xəttinin əsas göstəricisi
informasiyanın maksimal ötürülməs surətidir .Əsasən ucuz qiymətə başa gəldiyi üçün
telefon xətlərindən istifadə edilir. İnternetdə ayrılmış xətlə (koaksial, burulmuş cüt,
optovalakon kabellərlə) , telefon xətti – modem vasitəsi ilə, peyklə, radio modemlə,
elektrik şəbəkəsi vasitəsi ilə, simsiz qoşulma qaydaları və s. mövcuddur.
Qovşaq kompyuterlər arası əlaqə üçün telefon xətlərindən və ya radioəlaqədən
istifadə edilir. Şəbəkənin əlaqələndirdiyi kompyuterlər bir-birindən uzaq olmadıqda onları
kabellərlə birləşdirmək olar .Son illər İnternet şəbəkəsində sputnik radioəlaqədən istifadə
olunur.
Telefon xətləri ilə əlaqələnən qlobal şəbəkələrdə modemdən istifadə olunur.
Modem
– “modulyator/demodulyator” sözlərinin 1-ci hecalarından yaranmış və
kompyuterlərin
telefon xətti vasitəsi ilə informasiya mübadiləsi etməyə imkan verən qurğudur. Modem
informasiyaları kompyuterin ikilik kodundan telefon siqnallarına və əksinə çevirir.
Bununla yanaşı digər funksiyaları da yerinə yetirir. Modemin əsas xarakteristikası onun
verilənləri ötürmə sürətidir. Qeyd edək ki , informasiyanın ötürülmə
sürəti modemlə
yanaşı telefon xəttinin keyfiyyətindən də asılıdır. İstifadəçi öz kompyuterindən İnternetə
qoşulmaq üçün
“İnternet Servis Provayder” (İSP) xidmətlərini təklif edən şirkət -
provayder (ingiliscə - təchiz edən) ilə xüsusi razılaşması olmalıdır.
Azərbaycanda əsas provayderlər “AzEvroTel”, “AzTelecom”, “Bakinter.net”,
“İntrans”, ”Azerin” və s.
DSL(Digital Subscriber Lines)- modemləri
Bu modemlər adi telefon xəttlərindən istifadə edir. DSL-modemlərin istifadəsi
verilənləri 10 km qədər məsafədə 2 – 8 Mbit/san sürətində ötürülməsinə imkan verir.
Sürət telefon xəttlərinin keyfiyyətindən və modemlər arası məsafədən asılıdır. DSL
modemlərin istifadəsi İnternetdə işləyəndə telefon xətti məşqul olmur, xəttlər ilə verilənlər
bir tezlik diapazonunda, səs isə digərində ötürülür, Indiki zaman, DSL texnologiyaları
İnternetə abonentləri qoşulmasında ən perspektiv sayılır.
Peyk antenası vasitəsilə qoşulma
İnternetlə əlaqə yaratmaq üçün peyk antenlərdən geniş istifadə olunur. Peyk
antenlərin istifadəsi verilənlərin ötürülmə sürəti 20-100 dəfə adi kanalardan yüksəkdir.
Mobil telefonlardan internet əlaqələri yaratmaq üçün WAP (Wireless Application
Protocol, Naqilsiz Qoşulma Protokolu) protokolu işlənmişdir. İnternetə naqilsiz
qoşulmanən bir növü də Wi-Fi (Wireless Fidelity) qoşulmadır.
KitabYurdu.az
12