2005-ci ilin may ayında YUNESKO-nun mənzil qərargahında üçüncü tematik
görüşdə aşağıdakı marginal qruplararın İKT-dən istifadəsinin təmin olunmasına diqqət
yetirildi:
Kənd əhalisi
Kasıb şəhər əhalisi
Qaçqınlar
Gözdən əlillər
QİÇS-ə yoluxanlar
2005-ci ilin mayında YUNESKO Sankt-Peterburqda keçirilən 4-cü tematik
konfrasda aşağıdakı məsələlərə baxıldı:
Mədəniyyətlərarası əlaqələr və
şəbəkə mübadiləsi
Köhnə və yeni biliklərin müasir
təqdimetmə vasitələri
Yaradıcılığın inkişafının yeni üsulları
Bütün dünyada mədəni kontentlərə və xidmətlərə yeni çıxış vasitələri
YUNESKO-nun 2005-ci ildə hazırladığı “Biliklər cəmiyyətinə doğru” adlı
hesabatda biliklər cəmiyyəti modelinin 3 əsas “dayağı” göstərilir:
Mövcud bərabərsizlik növlərinin aradan qaldırılması üçün biliklərin daha
ədalətlə qiymətləndirilməsi
Biliklərə çıxış problemlərinin həllində bütün maraqlı tərəflərin daha geniş
şəkildə iştirakının təmin
edilməsi
Biliklər və innovasiya sahəsində siyasi fəaliyyətin daha uğurlu inteqrasiyası
İnformasiya cəmiyyəti quruculuğunun milli xüsusiyyətləri. Ayrı-ayrı ölkələrdə
İnformasiya cəmiyyəti quruculuğu öz milli xüsusiyyətləri ilə bir-birindən fərqlənir.
Bunları ümumi şəkildə dörd qrupa bölmək olar:
İnformasiya cəmiyyəti quruculuğu ilə əlaqədar dövlətin makroiqtisadi
siyasətinin xüsusiyyətləri
İnformasiya cəmiyyəti quruculuğunun ideoloji xüsusiyyətləri
İnformasiya cəmiyyəti quruculuğu proseslərini təmin edən qanunvericiliyin
xüsusiyyətləri
İnformasiya cəmiyyəti quruculuğuna təsir edən milli mədəniyyətin və
mentalitetin xüsusiyyətləri
5. Azərbaycanda informasiya cəmiyyəti quruculuğu
Ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun həyata keçirilməsində
Azərbaycan
Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları
üzrə Milli Strategiya (2003-2012) mühüm rol oynamışdır. Milli Strategiyanın əsas
məqsədi informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə etməklə
ölkənin demokratik inkişafına kömək etmək və informasiya cəmiyyətinə keçidi təmin
etməkdən ibarət idi.
Milli Strategiyanın həyata keçirilməsini təmin etmək məqsədi ilə iki mərhələli dövlət
proqramı həyata keçirilmişdir:
1.
"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının
inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı” (“Elektron
Azərbaycan”)
KitabYurdu.az
50
2.
"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının
inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (“Elektron
Azərbaycan”)
Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya
Texnologiyaları üzrə Milli Strategiyanın müddəti bitməsi ilə ölkəmizdə informasiya
cəmiyyəti quruculuğunun birinci mərhələsi başa çatmışdır. 2013-cü ildən etibarən
ölkəmizdə informasiya cəmiyyəti quruculuğunun ikinci mərhələsi başlanmışdır. Bu
mərhələ
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini
tapmıpşdır. 2013-2020-ci illəri əhatə edən bu Konsepsiyada Azərbaycanda informasiya
cəmiyyəti quruculuğu prosesinin növbəti 8 il üçün məqsədləri, istiqamətləri, vəzifələri
müəyyən edilir. Bunlar aşağıdakılardır:
İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi
İnnovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması
Dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron
xidmətlərin genişləndirilməsi
İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi
Cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi
Rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi
Yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması
Bu Konsepsiyada informasiya cəmiyyəti quruculuğu ilə bağlı nəzərdə tutulan
müddəaların həyata keçirilməsi üçün
Azərbaycan Respublikasında informasiya
cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya qəbul edilmişdir.
Milli Strategiyanın əsas məqsədi aşağıdakılardan ibarətdir:
ölkədə informasiya cəmiyyətinin bərqərar olması
onun yaratdığı imkanlardan vətəndaş-ların, cəmiyyətin, dövlətin inkişafı üçün
səmərəli istifadə edilməsi
ölkənin davamlı və dayanıqlı inkişafı
İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi
İKT-nin sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor
kimi inkişaf
etdirilməsi
Milli Strategiyanın əsas fəaliyyət istiqamətləri isə bunlardır:
İKT infrastrukturu və xidmətləri (yerləşdiyi ərazidən asılı olmayaraq, bütün
əhalini və təşkilatları birləşdirən yüksəksürətli dayanıqlı, təhlükəsiz genişzolaqlı
şəbəkənin qurulması; kənd yaşayış məntəqələri də daxil olmaqla, ölkə ərazisində
genişzolaqlı, ucuz və keyfiyyətli İnternet xidmətlərinin göstərilməsi;
əhalinin
rəqəmli TV yayımı ilə tam əhatə olunması)
yüksək texnologiyalar sektorunun inkişafı (rəqabətqabiliyyətli İKT məhsul və
xidmətlərinin, elmtutumlu texnologiyaların və yüksək texnoloji məhsulların
istehsalının stimullaşdırılması; kosmik sənaye, biotexnologiya, elektronika, yeni
informasiya texnologiyaları, nano və nüvə texnologiyalarının inkişaf etdirilməsi;
xüsusi vergi və gömrük rejimlərinin tətbiq olunması; İnternet iqtisadiyyatının, o
cümlədən elektron ticarətin inkişaf etdirilməsi;
informasiya cəmiyyətinin
inkişafına yönəldilmiş fundamental və tətbiqi elmi tədqiqatların aparılmasının
genişləndirilməsi)
yüksək texnologiyaların inkişafı üzrə elmi-texniki potensialın gücləndirilməsi
(kosmik, bio, nano texnologiyalar, kibertəhlükəsizlik, elektronika və yüksək
KitabYurdu.az
51