Ə.Q. ƏLİYEV
i.e.n., dosent, AMEA İnformasiya Texnologiyaları
İnstitutunun şöbə müdiri
Mühazirə 1. “İNFORMATİKA” ELMİ VƏ ONUN VƏZİFƏLƏRİ
Giriş
1.1.
“İnformatika” elmi və onun predmeti haqqında ümumi məlumat
1.2.
İnformatika elminin əsas məzmunu və tərkib elementləri
1.3.
İnformasiyanın xüsusiyyətləri və təsviri üsulları
1.4.
İnformasiya əldə etməyin xüsusiyyətləri və prinsipləri
1.5.
İnformasiya prosesləri və onların avtomatlaşdırılması
1.6.
İnformatikanin yeni elm sahəsi kimi inkişafi
1.7.
Elmi tədqiqat işlərinin yerinə yetirilməsində informatikanın rolu və vəzifələri
1.8.
Tətbiqi informatika və elmi-tədqiqatlarda multidistiplinar yanaşma
problemləri
1.9.
İnformatikanın, hesablama texnikasının və İKT-nın təşəkkül tarixi
Giriş
Müasir şəraitdə cəmiyyətin ən əsas inkişaf istiqamətlərindən biri cəmiyyət həyatının
bütün sahələrinin kompüterləşdirilməsi və iformasiyalaşdırılmasıdır. Təsadüfi deyildir ki,
BMT-nin qəbul etdiyi Ücüncü minilliyin səkkiz inkişaf məqsədindən biri kimi qlobal
tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərilir ki, informasiya-kommunikasiya
texnologiyalarından(İKT) bəhrələnmək imkanı yaradılmalıdır. İKT cəmiyyətin və
iqtisadiyyatın inkişafına ciddi təsir göstərdiyinə görə dinamik templə sosial və iqtisadi
həyatın bütün sahələrinə tətbiq olunur. Hal-hazırda İKT-nin əhatə dairəsi hökümət
təşkilatlarını, qeyri-hökümət və özəl qurumları, iqtisadi-sosial, elm-mədəniyyət, ictimai-
siyasi, təhsil və s. sahələri əhatə edir. Cəmiyyətin lazımı informasiyalarla təchiz
edilməsinin zəruriliyi artıq hamı tərəfindən qəbul olunur. İKT-nin inkişafı “biliklər
iqtisadiyyatının”, başqa sözlə təbii resurslardan asılı olmayan iqtisadiyyatın qurulmasına
təkan verir. Ona görə də Azərbaycanda neft-qaz sahəsinə alternativ İKT sektorunun inkişaf
etdirilməsi dövlətin iqtisadi siyasətinin vacib istiqamətlərindən hesab olunur.
Hazırda Azərbaycanda bu sahədə çox ciddi tədbirlər işlənməkdə və həyata
keçirilməkdədir. Xatırlatmaq yerinə düşərdi ki, hələ xeyli illər öncə BMT İnkişaf
Proqramı(İP) ilə birgə hazırlanmış “Aərbaycan Respublikasının ikişafı naminə İKT üzrə
Milli strategiya (2003-2012-ci illər)’’ Ümummilli lider Heydər Əliyev tərəfindən 17
fevral 2003-cü ildə imzalanmış və sonrakı dövrlər üçün rəsmi dövlət proqramı statusu
almışdır. İKT üzrə Milli Strategiyanın (İKTMS) yerinə yetirilməsi işi ümumdövlət,
ümumxalq əhəmiyyətinə malik olmaqla cəmiyyət həyatının bütün sahələrində İKT-nin
tətbiqini və onunla əlaqədar yarana biləcək bütün problemlərin həllini nəzərdə tuturdu.
İKTMS-in məntiqi davamı kimi “Azərbaycan 2020:Gələcəyə baxış” İnkişaf
konsepsiyasında ölkədə innovasiyalara, informasiya və biliyə, İKT-yə əsaslanan
iqtisadiyyatın qurulması bir vəzifə kimi qoyulmuşdur. Eyni zamanda İnkişaf
konsepsiyasının müvafiq tezisləri əsasında 2020-ci ilə qədər olan dövr üçün İnformasiya
Cəmiyyətinin formalaşması üzrə Milli Strategiya 2014-cü ildə qəbul olunmuşdur.
Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İKT-in artmaqda olan
intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə
KitabYurdu.az
1
əlaqədardır. Ona görə də insanları, o cümlədən elmi işçiləri, doktrant və dissertantları
informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və
İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya kommunikasiya
texnologiyalarının imkanları və tətbiq sahələri ilə tanış etmək, onlarda həmin
texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaq hökumətin, xüsusən elm
və təhsil sisteminin qarşısında duran ən əsas məsələlərdən biri hesab olunur.
1.1. “İnformatika” elmi və onun predmeti haqqinda ümumi məlumat.
Fundamental elmlərin yeni bölmələrindən birini informatika təşkil edir. İnformatika fənni
insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının
seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırır. Bu fənn
vasitəsilə onlar gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri
informasiyaları kompyuter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlər
əldə edir.
İnsanın informasiyaya münasibəti informasiya emalının avtomatlaşdırılması
mümkünlüyündən sonra kökündən dəyişməyə və inkişaf etməyə başlamışdır. Bunun da
nəticəsində yaradıcı və mütəxəssis insanların intelektual fəaliyyətinin məhsulu kimi
informasiya ehtiyatları sürətlə çoxalmağa başlamışdır.
“İnformatika” bir elm sahəsi kimi əsasən son onilliklərdə formalaşmışdır.
İnformasiya və avtomatika sözlərindən yaranmış
İnformatika (ingiliscə Informatics)
terminini ilk dəfə fransızlar (1960-ci il) avtomatlaşdırılmış informasiya emalı sahəsini
adlandırmaq üçün istifadə etmişlər.
“İnformatika” termini bəzi hallarda “Kompüter
elmləri” (Computers science) termini ilə eyniləşdirilir. Hazırda “İnformatika” elmi
informasiya emalı proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması,
dəyişdirilməsi, ləğvi və s.) kompüter texnikası vasitələri ilə avtomatlaşdırılmasından bəhs
edən elm sahəsi kimi formalaşmışdır.
İnformatika - kompüterlərdən və şəbəkələrdən, xüsusən İnternetdən istifadə
etməklə bağlı olan yeni fənn və yeni informasiya sənayesi sahəsidir.
“
İnformatika” fənn və elmi istiqamət kimi kompüterlərin köməyi ilə informasiyanın
yığılması, emalı və ötürülməsinin metod, prinsip və qanunlarını öyrənir. İnformatika
informasiyanın yığılması, saxlanması, ötürülməsi, təhlili və qiymətləndirilməsi prosesləri
və metodları haqqında olan elmdir. Bu elm informasiyanın kompüterdə və kompüter
şəbəkələrində emalına
aid olan həm nəzəri, həm də praktiki fənləri özündə saxlayır.
İnformatikanın tədqiq etdiyi mövzuların əhatə dairəsi cox genişdir. İnformatikanın
fundamenti (əsası) - hesablama prosesləri və hesablama maşınları, sistemləri,
şəbəkələrinin təşkili haqqında olan hesablama elmləridir.
Akademik B.M.Qluşkovun və B.S.Mixaleviçin fikrinə görə
informatika
kompüterləşdirilmiş informasiya sistemlərinin fəaliyyətinin layihələşdirilməsinin,
işlənilməsinin, yaradılmasının, səmərəliliyinin qiymətləndirilməsinin, onun müxtəlif
sahələrdə tətbiqinin və təsirinin bütün aspektlərini öyrənən kompleks elmdir.
Qeyd olunmalıdır ki, son illərdə
“İnformatika” termini əvəzinə “Kompüter
texnologiyası” və ya “İnformasiya texnologiyası” terminlərindən də daha çox istifadə
olunur.
“Texnologiya” yunan sözü olub (techne (bacarıq)+logos (öyrənmə)) məhsulun
hazırlanması bacarığı, istehsal proseslərinin yerinə yetirilməsi üçün üsul və vasitələr
haqqında biliklər toplusu deməkdir. Bu nöqteyi-nəzərdən
kompüter texnologiyası baxılan
KitabYurdu.az
2