Lazer qurğularının çap keyfiyyəti və sürəti çox yüksəkdir.Bu çap qurğuları dəqiqədə 4 -16
səhifə çap edə bilir və 1dyümdə 600 ÷ 2400 nöqtə yaza bilir.
Şırnıqlı printerlərin işləmə prinsipi başqa printerlərdən fərqlənir. Bu printerlərdə
çap başlığı mürəkkəblə doldurulur. Başlıqda çox kiçik ölçülü dəliklər olur və bu
dəliklərdən mürəkkəb kağız üzərinə püskürdülür. Şırnıqlı printerin qiyməti nisbətən ucuz
olur. Rəngli çap etmə qabliyyətinə malik olurlar. 1 dyüm məsafədə 300
720 nöqtə vura
bilirlər. Çap sürəti dəqiqədə 2
6 səhifədir. Çap başlığında 48-dən 416-ya qədər deşik olur.
Səs kolonkasından
(çıxış qurğusu kimi) audio məlumatları dinləmək üçün istifadə
olunur.
Qrafikçəkən qurğu - kompüterdən alınan qrafiki məlumatları, mürəkkəb sxemləri
və şəkilləri qələmin köməyi ilə kağız üzərində çəkən çıxış qurğusudur.
Strimmer (maqnit lent qurğusu) – məlumatı maqnit lenti üzərində saxlayan
yaddaş qurğusudur.Bu qurğular etibarlı işləyir, qiyməti ucuz və böyük yaddaş həcminə
malik olur. Məlumatın oxunma və yazma sürəti digər yaddaş qurğularına nəzərən çox
aşağıdır.
Kompüterlərdə mətnin, səsin, şəkilin və görüntülərin birgə emal edilməsini təmin
edən qurğu multimedia adlanır. Bu qurğu özündə mikrofonu, web-kameranı, səs
kolonkasını və səs kartını birləşdirir. Səs kartından audio-video informasiyanı (analoq
formasında olan) ikilik-rəqəm koduna çevirmək və əksinə ikilik kodu audio-video
informasiyaya çevirmək üçün istifadə edirlər. Multimedia qurğusunun koməyi ilə
kompüter
şəbəkələri üzərində audio-video konfransların təşkil olunmasını həyata
keçirirlər.
Modem (modulyator – demodulyator) – əlaqə kanallarının (telefon xətləri, radio
kanal və s.) köməyi ilə məlumatları uzaq məsafələrə ötürmək və qəbul etmək üçün
istifadə olunan qurğudur. Konstruktiv olaraq modemlər iki formada olur: daxili və xarici.
Daxili modemlər ana plata üzərində olan sistem şinə qoşulur. Xarici modemlər isə ardıcıl
Com, USB portuna qoşulur. Xarici modemlərin qiyməti nisbətən baha olur və fərdi
kompüterə rahat qoşulur. Məlumatın ötürmə sürəti 56 Kbit/san ÷ 2 Mbit/san qədər olur.
Modem qurğusunun koməyi ilə istifadəçilərin kompüterləri kompüter şəbəkəsinə (İnternet)
qoşulur.
2.4. Kompüterlərin sistem və tətbiqi proqram təminatı
Fərdi kompüterin proqram təminatı – təlimatlar yığımından ibarət olub, kompüteri
idarə edir və onun köməyi ilə lazım olan məsələni həll edir. Proqram təminatı iki hissəyə
bölünür: ümumi və tətbiqi.
Ümumi proqram təminatı hesablama sisteminin resurslarının düzgün bölünməsini
və istifadə edilməsini təmin edir.
Tətbiqi proqram təminatı özündə istifadəçinin tətbiqi proqramlar paketini
birləşdirir. Bu proqramlar paketində istifadəçinin konkret məsələsini həll edə biləcək
proqramlar olur.
Proqram təminatının təsnifatı şəkil 2 - də göstərilmişdir.
Ümumi proqram təminatının tərkibinə aşağıdakı proqramlar daxildir.
►
əməliyyat sistemi;
►
proqramlaşdırma dilləri;
►
texniki xidmət proqramları.
KitabYurdu.az
89
Əməliyyat sistemi hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə
olunmasını təmin edən proqramlar toplusundan ibarətdir. Kompüter işə salındıqda
Şəkil 2. Fərdi kompüterin proqram təminatı
əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir
və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda
kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.)
iş rejiminin təşkilini təmin edir. Kompüterlərdə bir neçə tip əməliyyat sistemlərindən
istifadə edirlər: MS DOS, OS/2, Windows 95/98, Unix və s. Fərdi kompüterlərdə 1995-ci
ildən Windows 9x əməliyyat sistemi proqram təminatından geniş istifadə olunurdu
Windows 95/98 çoxməsələli əməliyyat sistem olub, qrafiki pəncərə istifadəci interfeysinə
malikdir.
Hazırda müasir əməliyyat sistemləri kimi Windows7/8/10 istifadə olunurlar.
Proqramlaşdırma dilləri proqram modullarından ibarət olub, məsələnin həll
mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dilləri iki hissəyə bölünür: aşağı
səviyyəli dillər (Assembler, Avtokod və s.), yüksək səviyyəli dillər (Fortran, Alqol,
Kobol, Basic, Pascal, Ci və s.). Aşağı səviyyəli proqramlaşdırma dillərində hər operatora
bir maşın əmri uyğun gəlir. Bu dildə yazılan proqram az yer tutur və tez yerinə yetirilir.
Aşağı səviyyəli dillərdən sistem proqramçıları istifadə edir. Yuxarı səviyyəli
proqramlaşdırma dillərində hər operator bir neçə maşın əmri ilə əvəz edilə bilər, bu isə
yaddaşda çox yer tutur. Yüksək səviyyəli dillərdən isə tətbiqi proqramçılar istifadə edir.
Tətbiqi proqram paketi (TPP) – istifadəçinin müəyyən sinif məsələlərini həll
etmək üçündür. Bu proqram paketləri istifadəçinin aşağıda göstərilən işlərini yerinə yetirir:
●
mətinlərin emalı (Lexicon, ChiWriter, Word və s.)
Program t
ə
minat
ı
Ümumi program
t
ə
minat
ı
İ
stifad
ə
çinin t
ə
dbiqi
programlar paketi:
(Word, Excel, Access,
Internet Explorer v
ə
s.)
Ə
m
ə
liyyat sistemi:
MS DOS, OS/2,
Windows 9x, Unix
Linux v
ə
s.
Programla
ş
d
ı
rma
dill
ə
ri
Texniki xidm
ə
t
Programlar
ı
: Norton
Utilites, PC Tool
Deluxe v
ə
s.
A
ş
a
ğı
s
ə
viyy
ə
li
dill
ə
r: Assembler,
Avtokod v
ə
s.
Yüks
ə
k s
ə
viyy
ə
li
dill
ə
r: Fortran,
Pascal, Basic,
C v
ə
s
KitabYurdu.az
90
Dostları ilə paylaş: |