●
elektron cədvəllərin emalı (Excel, Lotus və s.)
●
verilənlər bazasının idarəsi (Fox Pro, Paradox, Access və s.)
●
kommunikasiya (Internet Explorer, Google Chrome və. s.)
Texniki xidmət proqramları kompüterlərin işləmə vəziyyətini yoxlamaq üçündür.
Bu proqramlar (Norton Utilites, PC Tool Deluxe, AİDA64 və s.) kompüterin ayrı-ayrı
qurğularının normal fəaliyyətinin yoxlanmasını həyata keçirir.
Antivirus proqramları (Kasperski İnrenet Security, Avast və s.) kompüterlərin
təhlükəsizliyini və qüsursuz işini təmin edirlər və bu səbəbdən onları texniki xidmət
proqram blokuna aid etmək olar.
Ədəbiyyat
1.
Таненбаум Э. Архитектура компьютера.4-е изд. - СПБ.: Питер, 2003 - 704 с.
2.
Каган Б.М. Электронные вычислительные машины и системы: Учеб.
Пособие для вузов – М.: Энергоатом изд. 1985 – 552 с.
3.
Корнеев В.В. Вычислительные системы – M.: Гелиос, 2004 – 512 с.
4.
Соломенчук В.Г. Аппаратные средства персональных компьютеров – СПБ.:
БХВ –Петербург, 2003 – 512с.
5.
Колесниченко О.В., Шишичин И.В. Аппаратные средства ПК – СПБ.: БХВ
- Санкт-Петербург, 2000
6.
http://ru/wikipedia/org
7.
R.Q.Ələkbərov. Hesablama maşınları və kompüterlər haqqında ümumi məlumat.
Mühazirə. Birinci nəşr. 2010-ci il.
Elektron elm
Azərbaycan Respublikasında (AR) İnformasiya Cəmiyyətinin (İC) formalaşdırılması
uğurla həyata keçirilir. Ölkədə elektron dövlət quruculuğu prioritet istiqamət kimi qəbul
olunmuş, onun normativ-hüquqi bazası, əhatə dairəsi və həll etdiyi məsələlər daima
genişləndirilir və inkişaf etdirilir.
2003- (Cenevrə) və 2005-ci illərdə (Tunis) keçirilmiş İC üzrə Ümumdünya
Sammitində (World Summit on the Information Society - WSIS) İC-nin ümumi
konsepsiyası qəbul olunmuş, onun əsas prinsipləri və məqsədləri müəyyən edilmişdir.
WSIS-in Fəaliyyət Planının (FP) C7 fəaliyyət istiqamətində informasiya-kommunikasiya
texnologiyalarının (İKT) həyatın bütün sahələrində tətbiqi nəzərdə tutulur və bu e-
hökumət, e-biznes, e-təhsil, e-səhiyyə, e-məşğulluq, e-ətraf mühit, e-kənd təsərrüfatı və e-
elm kimi səkkiz müxtəlif sahəni əhatə edir.
AR-də C7-də irəli sürülən müddəalar əsas götürülərək İC ideyaları göstərilən
fəaliyyət sahələri ilə yanaşı elmdə də uğurla həyata keçirilməkdədir.
“E-elm” termini ilk dəfə 1999-cu ildə Birləşmiş Krallığın elmi şuralarının baş
direktoru Con Teylor tərəfindən verilmiş və özündə kompüter modelləşdirilməsi və virtual
eksperimental mühitlərin təşkili də daxil olmaqla kollektiv eksperimental elmi
tədqiqatların aparılmasının yeni metodlarını əhatə edir. 2000-ci ildə Birləşmiş Krallıqda
elan edilmiş “e-elm” proqramı bu yeniliyin yayılmasında əhəmiyyətli dərəcədə rol
oynamışdır.
Araşdırmalar göstərir ki, “e-elm”in inkişaf tarixi çox uzaqlardan başlanmışdır və ilk
şəbəkə texnologiyalarının yaranması ilə sıx bağlıdır. Belə ki, XX əsrin ortalarında ABŞ-ın
KitabYurdu.az
91
Perspektiv Tədqiqat Layihələri Agentliyinın (Advanced Research Projects Agency)
ARPANET layihəsinin əsas məqsədlərindən biri tədqiqat müəssisələrinin bir-birilə
əlaqələndirilməsi olmuşdur. ARPANET kompüter şəbəkəsi İnternetin prototipidir və
hazırda İnternetdə verilənlərin ötürülməsinin əsas protokolu olan TCP/IP ilk dəfə həmin
layihədə istifadə olunmuşdur. Həmçinin Böyük Britaniyada elm və təhsil sahələrini əhatə
edən JANET-in (Joint Academic Network) və Avropa nüvə tədqiqatları təşkilatı CERN-
nin qrid kompüter şəbəkə infrastrukturunun, TERENA (Trans-European Research and
Education Networking Accociation) və CEENet (Central and Eastern European
Networking Accociation) şəbəkə assosiasiyalarının “e-elm”in inkişafına böyük töhfələri
vardır. Trans-Avropa Elmi-Tədqiqat və Təhsil Şəbəkə Assosiasiyası TERENA Avropa
ölkələrində milli akademik, təhsil və digər əlaqədar təşkilatların şəbəkələrini əhatə edir.
TERENA-nın əsas məqsədi assosiasiyaya üzv təşkilatların maraqlarını nəzərə almaqla,
elmi məqsədlər üçün istifadə edilən beynəlxalq şəbəkələrin işini təkmilləşdirməyə kömək
etməkdir. Mərkəzi və Şərqi Avropa şəbəkələri assosiasiyası CEENet isə akademik,
tədqiqat və təhsil şəbəkələrini əhatə edən təşkilatdır.
E-elmin inkişafında UNESCO (United Nations Education, Scientific and Cultural
Organization), UNDP (United Nations Development Programme), WIPO (World
Intellectual Property Organization), ICSU (International Council of Scientific Unions),
ISTC (International Scientific Technical Centre), ICSTI (International Centre for
Scientific and Technical Information), CODATA (Committee on Data for Science and
Technology), və s. kimi beynəlxalq qurumların mühüm rolları vardır və onlar bu sahənin
mövcud problemlərinin həlli ilə müntəzəm məşğul olurlar. Həmin qurumlar müvafiq
layihələr, proqramlar həyata keçirir, beynəlxalq konfranslar, forum və simpoziumlar təşkil
edirlər. Belə ki, UNESCO maraqlı tərəflərlə birlikdə mütəmadi olaraq WSIS-in FP-da
nəzərdə tutulmuş məsələlərin həlli vəziyyətinə nəzarət edir, forumlar və müsabiqələr
keçirir. 2006-cı ildən başlayaraq WSIS-in FP-nın C7 bəndinin e-elm istiqamətini
dəstəkləyən yüksək səviyyəli toplantılar keçirilir. Bu toplantılar çərçivəsində görülmüş
işlər müzakirə olunur və növbəti il üçün aktual məsələlər planlaşdırılır. ITU-nun
(International Telecommunication Union) Cenevrə qərargahında 10-13 iyun 2014-cü il
tarixdə keçirilmiş 9-cu WSIS+10 Yüksək Səviyyəli Tədbirdə isə ötən son 10 il ərzində
əldə olunmuş nailiyyətlərin icmalı verilmiş və 2015-ci ildən sonrakı dövr üçün perspektiv
hədəfləri müəyyənləşdirmək məqsədi ilə təkliflər hazırlanmışdır.
Ölkə Prezidentinin rəhbərliyi ilə respublikada e-dövlət quruculugu sahəsində həyata
keçirilən uğurlu islahatların – AR-in inkişafı naminə İKT üzrə Milli Strategiya (2003 -
2012-ci illər), “Elektron Azərbaycan” Dövlət Proqramı (2010 - 2012-ci illər), AR-də
“Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı (2010 - 2011-ci illər),
AR-də 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya, “Azərbaycan 2020:
gələcəyə baxış” İnkişaf Konsepsiyası və AR-də İC-nin inkişafına dair 2014 - 2020-ci illər
üçün Milli Strategiyanın e-elmin formalaşdırılmasında öz yeri vardır.
AR-də 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya respublikada elmin
vəziyyəti, Azərbaycan elmi qarşısında duran əsas məqsəd və vəzifələr, innovativ və
prioritet istiqamətlərin müəyyənləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi,
beynəlxalq elmi əməkdaşlıq, yüksək ixtisaslı kadrların hazırlanması, elm və təhsilin
inteqrasiyası və s. məsələləri əhatə edən 20 maddədən ibarətdir. Strategiyanın 19-cu
maddəsi elmin informasiya təminatı məsələlərinə və həmin maddənin bir bəndi isə “e -
elm” modelinin işlənməsinə həsr olunmuşdur.
KitabYurdu.az
92
Dostları ilə paylaş: |