•
Şəbəkə 2003-cü ildə NATO-nun «Virtual İpək Yolu» layihəsi çərçivəsində
Telekommunikasiya peykinə qoşulmuşdur.
5. Milli e-elm konsepsiyasının formalaşması vəziyyəti
Milli e-elm konsepsiyasının işlənməsi üçün ilk növbədə elmi fəaliyyətdə İKT-nin
tətbiq vəziyyətinin monitorinqi həyata keçirilməsi zəruridir. Bu məqsədlə 2009-cu ildə
AMEA-nın institutları da daxil olmaqla AR-da fəaliyyət göstərən 150-yə qədər elmi
təşkilatda monitorinq aparılmışdır. Növbəti monitorinqlər isə 2013 və 2015-ci illərdə
yalnız AMEA-nın təşkilatları üçün keçirilmişdir. Monitorinqlərin nəticələri əsasında
informasiyalaşdırmanın priorietləri və istiqamətləri müəyyənləşdirilmişdir.
E-elm AzScienceNet şəbəkə infrastrukturu əsasında formalaşır. Şəbəkənin
yaradılması, istismarı, idarə olunması və daim inkişaf etdirilməsi AMEA İnformasiya
Texnologiyaları İnstitutu tərəfindən həyata keçirilir.
AzScienceNet şəbəkəsi AMEA-nın bütün elmi müəssisələrini əhatə edir və 4100-ə
yaxın kompüter şəbəkəyə qoşulmuşdur.
AzScienceNet şəbəkəsinin İnternetə çıxış sürəti 270 Mbit/san-dir.
Şəbəkə infrastrukturunun 95%-i Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
dəstəyi ilə fiber-optik kabel əsasında qurulmuşdur.
Böyük yaddaş və hesablama resurslarına malik AzScienceNet şəbəkəsinin Data
Mərkəzi yaradılmış və onun texniki xarakteristikaları daim inkişaf etdirilir.
İstifadəçilərə çoxsaylı İnternet xidmətləri təqdim edilir.
AzCloud xidməti çərçivəsində istifadəçilərə böyük hesablama resursları tələb edən
mürəkkəb elmi məsələlərin həlli üçün virtual hesablama maşınları təqdim olunur.
AzStorage xidməti ilə AMEA-nın institut və təşkilatlarına təhlükəsizliyin təmin
olunması vacib sayılan məlumatların saxlanılması üçün yaddaş resursları təqdim edilir.
AzScienceNet-də informasiya təhlükəsizliyi insidentlərinə operativ reaksiya
verilməsi, bu haqda məlumatların toplanması, elmi-analitik araşdırmaların aparılması,
müvafiq beynəlxalq qurumlarla qarşılıqlı əlaqələrin həyata keçirilməsi məqsədilə
AzScienceCERT xidməti yaradılmışdır. Bu xidmət 31 may 2011-ci ildən TERENA
çərçivəsində fəaliyyət göstərən Trusted Introducer sistemində qeydiyyatdan keçmişdir.
AzScienceNet-in “İstifadəçi və təhlükəsizlik siyasətləri” işlənmiş, onların səmərəli
idarə olunması və informasiya təhlükəsizliyinə operativ nəzarəti həyata keçirmək üçün
“Şəbəkə monitorinqi və informasiya təhlükəsizliyi xidməti” yaradılmış, mərkəzləşdirilmiş
antispam və antivirus xidmətləri fəaliyyət göstərir.
AMEA keçən əsrin 90-cı illərin ortalarından Avropanın elm və ali təhsil
müəssisələrinin kompüter şəbəkələrinin formalaşması və inkişafı missiyasını həyata
keçirən TERENA beynəlxalq qurumun üzvüdür.
2014-cü ilin oktyabrında TERENA və DANTE-nin birləşməsi ilə yeni yaradılan
GEANT Assosiyasına Azərbaycanın elm və təhsil cəmiyyətlərinin təmsil olunması
məsələsinə baxılır.
E-elm UNESCO, CODATA və s. kimi digər beynəlxalq qurumlarla da münasibətlər
qurur.
Kadr hazırlığı e-elmin əsas vəzifələrindəndir. AMEA İTİ-nin Tədris-İnnovasiya
Mərkəzində bu sahədə ardıcıl və məqsədyönlü işlər aparılır.
KitabYurdu.az
97
2003-2013-cü illərdə İnstitutun Tədris-İnnovasiya Mərkəzində ölkənin elm və ali
təhsil müəssisələrinin 13000-dən artıq doktorant və dissertantlarına «Elmi informatika»
fənninin əsasları (baza informatika, elmmetriya, plagiatlıq və antiplagiat, superkompüter,
Vikipedia, informasiya cəmiyyəti, e-tibb, biliklər iqtisadiyyatı, GİS-texnologiyalar,
informasiya təhlükəsizliyi, modelləşdirmə, e-kitabxanalar, on-line elmi jurnallar və s.) tədris
olunmuşdur.
AMEA Rəyasət Heyətinin qərarı (yanvar 2014) ilə AMEA İTİ-nin nəzdində Vikipedia
üzrə Tədris Mərkəzi, digər elmi müəssisələrdə isə Vikiqruplar yaradılmışdır.
Naxçıvan Dövlət Universiteti və AMEA-nın Gəncə Bölməsində Distant Tədris
Mərkəzləri yaradılmışdır. Həmin regionlarda fəaliyyət göstərən elm və ali təhsil
müəssisələrinin doktorant və dissertantlarına AMEA İTİ-nin əməkdaşları tərəfindən «Elmi
informatika» fənni tədris olunur.
H.Əliyev Fondu, AMEA, RYTN və TN-nin təşkilatçılığı ilə ali məktəb tələbələri
arasında hər il «İnformatika» fənni üzrə ümumrespublika olimpiadası keçirilir.
Ədəbiyyat
1.
Əliquliyev R.M., Ələkbərob R.Q., Alıquliyev R.M., Fətəliyev T.X. “Elektron elm:
müasir vəziyyəti, problemləri və inkişaf perspektivləri”. Bakı: “İnformasiya
Texnologiyaları” nəşriyyatı, 2015, 127 səh.
2.
Əliquliyev R.M., Ələkbərov R.Q., Fətəliyev T.X. Elektron elm: cari vəziyyəti,
problemləri və perspektivləri//İnformasiya texnologiyaları problemləri, 2015, №2, səh. 4-
15.
3.
Əliquliyev R.M., Fətəliyev T.X. Elektron elmin formalaşdırılmasının bəzi
məsələləri//“Bakı Universitetinin Xəbərləri”, Fizika-riyaziyyat elmləri seryası, 2008, № 4,
s.77-83.
4.
Fətəliyev T.X. Elmi fəaliyyətdə informasiya texnologiyalarının tətbiqinin
monitorinqi. Ekspress-informasiya, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2010, 68
səh.
5.
ARPANET. https://ru.wikipedia.org/wiki/ARPANET
6.
Паринов С.И. e-Science-онлайновое будущее науки // Информационные
Технологии. Приложение, № 9, 2007, 32 c.
7.
Концепция создания единой информационной системы РАН.
//www.ras.ru/scientificactivity/eis/eisconception.aspx.
8.
Hey T., Trefethen A.E. The UK e-Science core programme and the grid//Future
Generation Computer Systems, 2002, Vol. 18, № 8, pp. 1017–1031.
9.
Fətəliyev T.X., Hacırəhimova M.Ş. Elektron elm: beynəlxalq qurumlar, təşəbbüslər
və hüquqi baza. Ekspress-informasiya,:“İnformasiya Texnologiyaları” nəşriyyatı, 2010, 92
s.
10.
WSIS, Action line C7: ICT applications, e-science //www.itu.int/wsis/c7/e-
science/index.html
11.
Information for all programme. http://ifapcom.ru
12.
Open Archives İnitiative. //www.openarxives.org.
KitabYurdu.az
98
Dostları ilə paylaş: |