Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə41/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   55

 
 
●  
elektron cədvəllərin emalı (Excel, Lotus və s.) 
●  
verilənlər bazasının idarəsi (Fox Pro, Paradox, Access və s.)  
●  
kommunikasiya (Internet Explorer, Google Chrome və. s.) 
Texniki xidmət proqramları  kompüterlərin işləmə vəziyyətini yoxlamaq üçündür. 
Bu  proqramlar  (Norton  Utilites,  PC  Tool  Deluxe,  AİDA64  və  s.)  kompüterin  ayrı-ayrı 
qurğularının normal fəaliyyətinin yoxlanmasını həyata keçirir. 
Antivirus  proqramları  (Kasperski  İnrenet  Security,  Avast  və  s.)  kompüterlərin 
təhlükəsizliyini    və  qüsursuz  işini  təmin  edirlər  və  bu  səbəbdən  onları  texniki  xidmət 
proqram blokuna aid etmək olar. 
 
Ədəbiyyat  
 
1.
 
Таненбаум Э. Архитектура компьютера.4-е изд. - СПБ.: Питер, 2003 - 704 с. 
2.
 
Каган  Б.М.  Электронные  вычислительные    машины  и  системы:  Учеб. 
Пособие для  вузов – М.: Энергоатом изд. 1985 – 552 с. 
3.
 
Корнеев В.В. Вычислительные системы – M.: Гелиос, 2004 – 512 с. 
4.
 
Соломенчук В.Г. Аппаратные средства персональных компьютеров – СПБ.: 
БХВ –Петербург, 2003 – 512с. 
5.
 
Колесниченко О.В., Шишичин И.В. Аппаратные средства ПК – СПБ.: БХВ 
- Санкт-Петербург, 2000 
6.
 
http://ru/wikipedia/org 
7.
 
R.Q.Ələkbərov. Hesablama maşınları və kompüterlər haqqında ümumi məlumat. 
Mühazirə. Birinci nəşr. 2010-ci il. 
Elektron elm 
Azərbaycan Respublikasında (AR) İnformasiya Cəmiyyətinin (İC) formalaşdırılması 
uğurla  həyata  keçirilir.  Ölkədə  elektron dövlət  quruculuğu  prioritet  istiqamət  kimi  qəbul 
olunmuş,  onun  normativ-hüquqi  bazası,  əhatə  dairəsi  və  həll  etdiyi  məsələlər  daima 
genişləndirilir və inkişaf etdirilir. 
2003-  (Cenevrə)  və  2005-ci  illərdə  (Tunis)  keçirilmiş  İC  üzrə  Ümumdünya 
Sammitində  (World  Summit  on  the  Information  Society  -  WSIS)  İC-nin  ümumi 
konsepsiyası  qəbul  olunmuş,  onun  əsas  prinsipləri  və  məqsədləri  müəyyən  edilmişdir. 
WSIS-in  Fəaliyyət  Planının  (FP)  C7  fəaliyyət  istiqamətində  informasiya-kommunikasiya 
texnologiyalarının  (İKT)  həyatın  bütün  sahələrində  tətbiqi  nəzərdə  tutulur  və  bu  e-
hökumət, e-biznes, e-təhsil, e-səhiyyə, e-məşğulluq, e-ətraf mühit, e-kənd təsərrüfatı və e-
elm kimi səkkiz müxtəlif sahəni əhatə edir. 
AR-də  C7-də  irəli  sürülən  müddəalar  əsas  götürülərək  İC  ideyaları  göstərilən 
fəaliyyət sahələri ilə yanaşı elmdə də uğurla həyata keçirilməkdədir.  
 “E-elm”  termini  ilk  dəfə  1999-cu  ildə  Birləşmiş  Krallığın  elmi  şuralarının  baş 
direktoru Con Teylor tərəfindən verilmiş və özündə kompüter modelləşdirilməsi və virtual 
eksperimental  mühitlərin  təşkili  də  daxil  olmaqla  kollektiv  eksperimental  elmi 
tədqiqatların  aparılmasının  yeni  metodlarını  əhatə  edir.  2000-ci  ildə  Birləşmiş  Krallıqda 
elan  edilmiş  “e-elm”  proqramı  bu  yeniliyin  yayılmasında  əhəmiyyətli  dərəcədə  rol 
oynamışdır. 
Araşdırmalar göstərir ki, “e-elm”in inkişaf tarixi çox uzaqlardan başlanmışdır və ilk 
şəbəkə texnologiyalarının yaranması ilə sıx bağlıdır. Belə ki, XX əsrin ortalarında ABŞ-ın 
KitabYurdu.az 
91
 


 
 
Perspektiv  Tədqiqat  Layihələri  Agentliyinın  (Advanced  Research  Projects  Agency) 
ARPANET  layihəsinin  əsas  məqsədlərindən  biri  tədqiqat  müəssisələrinin  bir-birilə 
əlaqələndirilməsi  olmuşdur.  ARPANET  kompüter  şəbəkəsi  İnternetin  prototipidir  və 
hazırda  İnternetdə  verilənlərin  ötürülməsinin  əsas  protokolu  olan  TCP/IP  ilk  dəfə  həmin 
layihədə istifadə olunmuşdur. Həmçinin Böyük Britaniyada elm və təhsil sahələrini əhatə 
edən JANET-in (Joint Academic Network) və Avropa nüvə tədqiqatları təşkilatı CERN-
nin  qrid  kompüter  şəbəkə  infrastrukturunun,  TERENA  (Trans-European  Research  and 
Education  Networking  Accociation)  və  CEENet  (Central  and  Eastern  European 
Networking  Accociation)  şəbəkə  assosiasiyalarının  “e-elm”in  inkişafına  böyük  töhfələri 
vardır.  Trans-Avropa  Elmi-Tədqiqat  və  Təhsil  Şəbəkə  Assosiasiyası  TERENA  Avropa 
ölkələrində  milli  akademik,  təhsil  və  digər  əlaqədar  təşkilatların  şəbəkələrini  əhatə  edir. 
TERENA-nın  əsas  məqsədi  assosiasiyaya  üzv  təşkilatların  maraqlarını  nəzərə  almaqla, 
elmi məqsədlər üçün istifadə edilən beynəlxalq şəbəkələrin işini təkmilləşdirməyə kömək 
etməkdir.  Mərkəzi  və  Şərqi  Avropa  şəbəkələri  assosiasiyası  CEENet  isə  akademik, 
tədqiqat və təhsil şəbəkələrini əhatə edən təşkilatdır.  
E-elmin  inkişafında  UNESCO  (United  Nations  Education,  Scientific  and  Cultural 
Organization),  UNDP  (United  Nations  Development  Programme),  WIPO  (World 
Intellectual  Property  Organization),  ICSU  (International  Council  of  Scientific  Unions), 
ISTC  (International  Scientific  Technical  Centre),  ICSTI  (International  Centre  for 
Scientific  and  Technical  Information),  CODATA  (Committee  on  Data  for  Science  and 
Technology), və s. kimi beynəlxalq qurumların mühüm rolları vardır və onlar bu sahənin 
mövcud  problemlərinin  həlli  ilə  müntəzəm  məşğul  olurlar.  Həmin  qurumlar  müvafiq 
layihələr, proqramlar həyata keçirir, beynəlxalq konfranslar, forum və simpoziumlar təşkil 
edirlər.  Belə  ki,  UNESCO  maraqlı  tərəflərlə  birlikdə  mütəmadi  olaraq  WSIS-in  FP-da 
nəzərdə  tutulmuş  məsələlərin  həlli  vəziyyətinə  nəzarət  edir,  forumlar  və  müsabiqələr 
keçirir.  2006-cı  ildən  başlayaraq  WSIS-in  FP-nın  C7  bəndinin  e-elm  istiqamətini 
dəstəkləyən  yüksək  səviyyəli  toplantılar  keçirilir.  Bu  toplantılar  çərçivəsində  görülmüş 
işlər  müzakirə  olunur  və  növbəti  il  üçün  aktual  məsələlər  planlaşdırılır.  ITU-nun 
(International  Telecommunication  Union)  Cenevrə  qərargahında  10-13  iyun  2014-cü  il 
tarixdə  keçirilmiş  9-cu  WSIS+10  Yüksək  Səviyyəli  Tədbirdə  isə  ötən  son  10  il  ərzində 
əldə olunmuş nailiyyətlərin icmalı verilmiş və 2015-ci ildən sonrakı dövr üçün perspektiv 
hədəfləri müəyyənləşdirmək məqsədi ilə təkliflər hazırlanmışdır. 
Ölkə Prezidentinin rəhbərliyi ilə respublikada e-dövlət quruculugu sahəsində həyata 
keçirilən  uğurlu  islahatların  –  AR-in  inkişafı  naminə  İKT  üzrə  Milli  Strategiya  (2003  - 
2012-ci  illər),  “Elektron  Azərbaycan”  Dövlət  Proqramı  (2010  -  2012-ci  illər),  AR-də 
“Elektron  hökumət”in  formalaşdırılması  üzrə  Fəaliyyət  Proqramı  (2010  -  2011-ci  illər), 
AR-də  2009  -  2015-ci  illərdə  elmin  inkişafı  üzrə  Milli  Strategiya,  “Azərbaycan  2020: 
gələcəyə baxış” İnkişaf Konsepsiyası və AR-də İC-nin inkişafına dair 2014 - 2020-ci illər 
üçün Milli Strategiyanın e-elmin formalaşdırılmasında öz yeri vardır. 
AR-də 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya respublikada elmin 
vəziyyəti,  Azərbaycan  elmi  qarşısında  duran  əsas  məqsəd  və  vəzifələr,  innovativ  və 
prioritet  istiqamətlərin  müəyyənləşdirilməsi,  elmi  infrastrukturun  modernləşdirilməsi, 
beynəlxalq  elmi  əməkdaşlıq,  yüksək  ixtisaslı  kadrların  hazırlanması,  elm  və  təhsilin 
inteqrasiyası  və  s.  məsələləri  əhatə  edən  20  maddədən  ibarətdir.  Strategiyanın  19-cu 
maddəsi  elmin  informasiya  təminatı  məsələlərinə  və  həmin  maddənin  bir  bəndi  isə  “e  - 
elm” modelinin işlənməsinə həsr olunmuşdur. 
KitabYurdu.az 
92
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə