Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə38/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   55

 
 
imkan  verir.  Bir  baytda  yerləşən  ikilik  kodla  əlifbanın  istənilən  hərfi  kodlaşdırıla  bilər. 
Daha  böyük  həcmə  malik  olan  məlumatı  ölçmək  üçün:  kilobayt  (1kbayt  =  2
10 
Bayt  = 
1024Bayt),  meqabayt  (1Mbayt  =  1024Kbayt  =  2
20
  Bayt  =  1048576  Bayt)  və  giqabayt 
(1Gbayt=1024Mbayt=2
30
Bayt=107374182Bayt)  istifadə  edirlər.  Fərdi  kompüterlərdə 
əməli yaddaş  qurğusu 8-16 Gbayt, xarici yaddaş qurğusu  1Tbayt həcmə qədər ola bilər. 
Fərdi kompüterlərin istehsalı ilə əsasən iki böyük şirkət: IBM və Apple məşğul olur. Bu 
firmaların  kompüterlərində  əməliyyat  sistemləri  köklü  surətdə  bir-birlərindən  fərqlənir. 
Apple  firmasının  istehsal  etdiyi  fərdi  kompüterlərdən  əsasən  ABŞ-ın  daxili  bazarında 
geniş  istifadə  olunur.  IBM  firmasının  istehsal  etdiyi  fərdi  kompüterlərdən  isə  ən  çox 
Afrika  və  Asiya  qitəsinin  ölkələrində  istifadə  olunur.  IBM  PC  tipli  fərdi  kompüterlərdə 
Microsoft şirkətinin istehsalı olan əməliyyat sistemlərindən istifadə olunur. 
Son  15  il  ərzində  Microsoft-un  Windows  2000/XP/Vista/7/8/10  kimi  əməliyyat 
sistemləri  uğur  qazanıblar.  Apple  firmasının  kompüterlərində  isə  Mac  7.0.,  Mac  OSx 
Server  əməliyyat  sistemlərindən    istifadə  olunur.  Apple  firmasının    kompüterləri 
konstruktiv olaraq IBM firmasının kompüterlərindən fərqlənir. Bu firmaların eyni tezliyə 
malik  olan  kompüterlərində  Apple  firmasının  kompüterlərinin  məhsuldarlığı  IBM 
firmasının  kompüterlərinin  məhsuldarlığından  30%  çox  olur  və  bunun  hesabına  onun 
qiyməti  də  baha  olur.  Lakin  hər  iki  şirkət  müasir  fərdi  kompüterlərində  Intel 
mikroprosessorlarına üstünlük verirlər. 
Ümumiyyətlə dünya kompüter parkının 90% -nı fərdi kompüterlər təşkil edir.  
Müasir fərdi kompüterlərdə ifrat böyük inteqral sxemlərdən (SBİS-də tranzistorların 
sayı  100  mln-larla  ölçülür)  istifadə  portativ  kompüterlərin  yaranmasına  səbəb  olmuşdur. 
Ölçülərinə  və  çəkisinə  görə  bu  kompüterlər    çox  kiçik  formada  olur.  Portativ 
kompüterlərin  özləri  də  “Laptop”,  “Netbook”,  “Notebook”,  “Tablet(planşet)”, 
“Palmtop”  sinfinə  bölünür.  Portativ  kompürterlər  hesablama  məhsuldarlığına  ğörə 
masaüstü  kompüterlərdən  geri  qalmır  və  az  elektrik  enerjisi  tələb  edir,  akkumulyatorla 
uzun müddət işləyə bilir, ekranları mayekristaldan hazırlanır. Notebook-un ölçüsü təqribən 
50x279x215mm, çəkisi 1,0

4,5 kq, ekranın ölçüsü isə 11,3 

17 dyüm olur  
Fərdi  kompüterin  tərkibi  sistem  blokundan,  klaviaturadan,  “mouse”-dan, 
monitordan və giriş-çıxış qurğularından ibarət olur.  
Sistem  bloku  qida  mənbəyinin  yerləşdiyi  korpusdan,  üzərində  əməli  yaddaş  və 
mikroprosessor  olan  ana  platadan,  səs  kartından,  yumşaq  maqnit  disk  qurğusundan 
(3,5”/FDD),  sərt  maqnit  disk  qurğusundan  (HDD),  CD-ROM-dan  və  bəzi  əlavə 
qovşaqlardan  ibarət  olur.  Eyni  zamanda  sistem  blokunda  giriş  və  çıxış  qurğularını, 
klaviaturanı, mouse, monitoru və printeri qoşmaq üçün bir neçə ardıcıl və paralel portlar 
yerləşir. Fərdi kompüterlərdə əsasən iki tip sistem blokundan: AT- Advanced Technology  
(qabaqcıl  texnologiya)  və  ATX  -  Advanced  Technology  eXtended  (genişləndirilmiş 
qabaqcıl texnologiya) istifadə olunur.  IBM PC/AT  - 286, 386, 486, Pentium I  və II tipli 
kompüterlərdə AT sistem blokundan istifadə olunub.  
Pentium  III,  IV  və  sonrakı  tipli  fərdi  kompüterlərdə  isə  ATX  sistem  blokundan 
istifadə  olunur.  ATX  sistem  blokunda  soyuducu  system  səmərəli  layihələndirilibdir  və 
enerjiyə tələbat çox azdır. Bəzi firmaların (Apple, Compaq) fərdi kompüterlərində sistem 
bloku  monitorla  birlikdə  bir  korpusda  yerləşmişdir.  Bu  növ  kompüterlərə  monoblok 
deyilir.  
Ana plata (motherboard) fərdi kompüterin qovşaq və hissələrini bir-biri ilə fiziki 
əlaqələndirən  platadır,  üzərində  mikroprosessor,  əməli  yaddaş,  keş-yaddaş,  çıxış/giriş 
KitabYurdu.az 
85
 


 
 
qurğularının kontrolleri, CMOS, BİOS, çipset mikrosxemləri yerləşir. Eyni zamanda ana 
platanın üzərində müxtəlif  sökmələr (razyomlar) yerləşir. Əvvəlki ana platalarından fərqli 
olaraq müasir ana platalarda videoadapterin və səs kartının mikrosxemləri də yerləşir.  
Mikroprosessor  (CPU)  -  fərdi  kompüterlərin  düşünən  beyni  olub  ana  plata 
üzərində  yerləşir,  ədədlər  üzərində  hesab-məntiq  əməllərini  və  idarəni  həyata  keçirir. 
Mikroprosessor  hesab-məntiq  və  idarə  qurğusunu  özündə  birləşdirir.  Mikroprsessorları 
əsasən  Intel,  AMD  və  Cyrix  firmaları  istehsal  edir.  Intel  firmasının  məşhur 
mikroprosessorları Pentium  markası lə istehsal edilirdi. Intel Pentium 4  mikroprosessoru 
özündə  təqribən  55  mln.  tranzistoru  birləşdirir.  Pentium  tipli  mikroprosessorun 
arxitekturası  özündə  iki  hesab-məntiq  qurğusunu  birləşdirir.  Bu  da  bir  taktda  iki  əmrin 
yerinə  yetirilməsinə  imkan  verir.  75  Mhs  tezlikli  Pentium  prosessorunun  hesablama 
məhsuldarlığı  saniyədə  112  milyon  əməliyyatdır.  Pentium  tipli  mikroprosessorlar  işləmə 
(takt) tezliyinə görə aşağıdakı siniflərə bölünür.  
      

  Pentium I    -   75 MHs 

 300 MHs  
      

  Pentium II   -   300 MHs 

 600 MHs  
      
  
Pentium III  -  600 MHs 

 1100 MHs  
      
  
Pentium IV – 1100 MHs(1,1GHs) 

 4000 MHs(4 GHs) 
Hazırda Intel şirkəti çoxnüvəli Core i3/i5/i7 mikroprosessorlarını istehsal edir. 
Müasir fərdi kompüterlərin hesablama  məhsuladarlığı saniyədə millyard əməliyyata 
(Gflops) bərabərdir.  
Əməli  yaddaş qurgusu  ana  plata üzərində  yerləşir  və  mikroprosessorda  yerinə  yetirilən 
əməliyyat  üçün  lazım  olan verilənləri  və  əmrləri  müvəqqəti  yadda  saxlamaq  üçündür və 
məlumat  tutumunun  həcmi  4-16  Gbayt-a  qədər  olur.  Əməli  yaddaş  qurğusu  dinamik  və 
statik  tiplərdə  olur.  Statik  tipli  yaddaşın  qiymətinin  bahalı  olmasıdır,  lakin  işləmə  sürəti 
daha  yüksəkdir.  Müasir  fərdi  kompüterlərdə  dinamik  tipli  DDR3  SDRAM  (Double  Data 
Rate 3 nəsl Synchronous Dynamic Random Access Memory) istifadə edilir. 
Əməli yaddaşdan ədədin oxunması təqribən 50

60 nanosaniyə müddətində olur. Bu 
isə  yüksək  sürətli  mikroprosessorun  (CPU)  işini ləngidir. Bu  problemi  aradan qaldırmaq 
üçün  keş-yaddaşdan  istifadə  edirlər.  Keş-yaddaş  ana  plata  üzərində  mikroprosessorla 
(CPU)  əməli  yaddaş  arasında  yerləşir.  Keş-yaddaşa  müraciət  vaxtı  5

6  nanosaniyə  olur. 
Keş-yaddaşın məlumat tutumu 128-1024 Kbayt həcmində olur. Keş-yaddaşın özü  əsasən 
iki səviyyəli olur. I-ci səviyyəli keş-yaddaş Level 1 adlanır və mikroprosessorun içərisində 
olur. II-ci səviyyəli keş-yaddaş Level 2 adlanır və mikroprosessorla əməli yaddaş arasında 
ana  plata  üzərində  yerləşir.  Ana  plata  üzərində  yerləşən  CMOS  (Complimentary  Metal 
Oxide  Semiconductor  –  metal  -  oksid  -  yarımkeçirici)  mikrosxemi  fərdi  kompüterin 
konfiqurasiyasını, zamanı və tarixi yadda saxlamaq funksiyasını həyata keçirir. 
                                             
BIOS  (Basic  Input/Ouput  System  –  giriş/çıxış  baza  sistemi)  proqram  olub  sabit 
yaddaş  qurğusunda  saxlanılır  və  fərdi  kompüterin  resurslarının  aparat  səviyyəsində 
diaqnostikasını təmin edərək, fərdi kompüteri işə saldıqda əməliyyat sisteminin yüklənən 
hissəsini  əməli yaddaşa çağırır. 
Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən 
isifadə  edirlər.  İnterfeys  əlaqə  kanallarının  proqram,  elektrik  və  mexaniki 
xarakteristikalarını özündə birləşdirir. Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial 
KitabYurdu.az 
86
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə