fərqlənir. Bəzən onun əmrləri ingilis ifadələrindən heç də fərqlənmir. Bu dildə, hal-
hazırda aktiv surətdə istismar olunan çoxlu sayda əlavələr hazırlanmışdır.
Pascal - Pascal dili fransız riyaziyyatçısı və filosofu Blez Paskalın (Blaise Pascal)
şərəfinə adlandırılmışdır.
Pascal dili, 1968-1970-ci illərdə İsveç ali politexnik məktəbinin İnformatika institutunun
direktoru professor Niklaus Virt tərəfindən işlənib hazırlanmışdır. Ondan böyük
layihələrin hazırlanmasında müvəffəqiyyətlə istifadə etmək üçün imkanlar nəzərdə
tutulmuş, proqramın strukturuna olan tələblər gücləndirilmişdir.
Basic – Bu dil üçün həm kompilyatorlar, həm də interpretatorlar mövcuddur. İlk dəfə
proqramlaşdırmanı öyrənmək məqsədilə 1960-cı illərdə yaradılan bu dil dünyada ən
geniş yayılmış dillərdəndir.
C - Bu dil yaranan gündən kütləvi istifadə üçün nəzərdə tutulmamışdır. Sadəcə, assembleri
əvəz edən bir proqram kimi planlaşdırılmışdır. Yəni o, həm assembler kimi effektiv və
kompakt proqramlar yaratmaq imkanına malik olmaqla yanaşı, həm də konkret tip
prosessorlardan asılı olmalı idi.
C++ - C-nin obyektyönümlü genişlənməsi olan bu dil 1980-cı ildə yaradılmışdır. Bu dildə
proqramçının məhsuldarlığını kəskin şəkildə artıra biləcək çoxlu sayda imkanlar nəzərdə
tutulmuşdur.
Java - Bu dil 1990-cı illərin əvvəlində C++ dilinin əsasında yaradılmışdır. O, C++-da
olan bütün aşağı səviyyəli imkanları aradan çıxardaraq əlavələrin işlənib hazırlanmasını
sadələşdirməyə yönəlmişdir.
Baza verilənlərinin proqramlaşdırma dilləri
Bu qrup dillər alqoritmik dillərdən həll etdiyi məsələlərə görə fərqlənir. VB-nı
yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya
mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu.
Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.
VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.
VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər
sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:
•
Yüksək səviyyəli RVBİS
•
Orta səviyyəli RVBİS
•
Aşağı səviyyəli RVBİS
Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və
onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə
sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri:
ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11.
Baza verilənlərinin proqramlaşdırma dillərinə aid misal şəkil 6-da göstərilmişdir
KitabYurdu.az
74
Delphi
SQL (Structured Query Language)
Fox base
İnterbase
MS Access
ORACLE
ADABAS
Baza verilənlərin proqramlaşdırma
dilləri
Şəkil 6. Baza verilənlərinin proqramlaşdırma dilləri
İnternet proqramlaşdırma dilləri
HTML (HiperText Markup Language) çox tanınmış, sadə bir dil olmaqla,
mətnin formatlaşdırılması, şəkillərin əlavə olunması, şiriflərin və rənglərin verilməsi,
istinadların və cədvəllərin tərtib olunması kimi elementar əmrlərə malikdir. Çox
WEB- səhifələr HTML- də və onun genişləndirilmiş variantlarında yazılmışdır.
1980-cı illərdə PERL dili işlənib hazırlandı. O, böyük mətn fayllarının effektiv
emal olunması, mətn hesabatlarının qenerasiya olunması və məsələlərin idarə
olunması vasitəsi kimi yaradılmışdı. Onun sətrlərlə, massivlərlə işləmək funksiyaları,
verilənlərin çevrilməsi vasitələri, sistem informasiya ilə işləmək imkanları da çox
genişdir. İnternet proqramlaşdırma dillərinə aid misal şəkil 7-də göstərilmişdir.
Perl
HTML
XML
PHP
Java
İnternet proqramlaşdırma
dilləri
KitabYurdu.az
75
Şəkil 7. İnternet üçün proqramlaşdırma dilləri
Proqramın strukturu.
•
Proqramın başlığı
•
Təsvir hissəsi
•
Proqramın gövdəsi
Proqramın strukturuna aid misal şəkil 8-də göstərilmişdir.
Program
proqramın adı ;
Const
{sabitlərin təsviri};
Var
{dəyişənlərin təsviri};
Begin
{Operatorlar};
End.
Proqramın başlığı
Təsvir hissəsi
Proqramın gövdəsi
Şəkil 8. Proqramın strukturu
Proqramlaşdırmada xidməti sözlər üç qrupa ayrılır:
•
Operatorlar (READ, WRITELN və s.)
•
Funksiya adları (SIN, COS və s.)
•
Açar sözlər (PROGRAM, VAR, BEGIN, END və s.)
Giriş və Çıxış operatorları
o
İxtiyari proqram istifadəçi ilə giriş-çıxış operatorları vasitəsilə mübadilə
edir.
o
Giriş operatoru- Read və Readln
o
Çıxış operatoru- Write və Writeln
READ giriş operatoru
READ operatoru vasitəsilə klaviaturadan informasiyanın daxil edilməsini yerinə
yetirilir.
Yazılışı belədir:
READ(а,b,...)
READLN(а,b,..,)
burada а,b,... – daxil edilən dəyişənlərdir.
READLN – ENTER klavişi basılana qədər öz işini görür.
KitabYurdu.az
76
Dostları ilə paylaş: |