Mühazirə "İnformatiKA" elmi VƏ onun vəZİFƏLƏRİ Giriş 1



Yüklə 5,92 Kb.
Pdf görüntüsü
səhifə37/55
tarix11.04.2018
ölçüsü5,92 Kb.
#37103
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   55

 
 

Mikrokompüterlər 
 
Superkompüter  –  çox  prosessorlu  hesablama  sistemidir.  İlk  superkompüter 
amerikalı elektronçu-mühəndis Seymur Krey tərəfindən 1975-ci ildə yaradılmışdır. 
Kompüterlərin  məhsuldarlığı  ədədlər  (sürüşkən  vergüllü)  üzərində  bir  saniyədə 
aparılan hesab əməliyyatlarının sayı ilə ölçülür. 
Superkompüterlərin  məhsuldarlığı  sürüşkən  vergüllü  ədədlər  üzərində  saniyədə 
yerinə  yetirilən  trilyon  əməliyyatlarla  ölçülür.  Superkompüterlərdən  aerodinamika, 
seysmologiya,  nüvə  fizikasında  və  s.  kimi  elm  sahələrində  meydana  çıxan  mürəkkəb 
məsələlərin  həllində  geniş  istifadə  olunur.  Superkompüterlərdə    çoxsaylı 
mikroprosessorların  paralel  işləməsi  nəticəsində  yüksək    məhsuldarlığı  əldə  etmək  olur. 
Superkompüterlərin qiyməti  təqribən on milyonlarla dollarla ölçülür. 
Meynfreym  –  ümumi  məqsədli  universal  kompüterdir.  70-ci  illərdə    dünya 
kompüter  parkının  böyük  hissəsini  meynfreym  kompüterləri  təşkil  edirdi.  Fərdi 
kompüterin  inkişafı  ilə  əlaqədar  olaraq  meynfreymlərin  tətbiq  sahələri  azalmağa  başladı. 
Buna  baxmayaraq  bu  kompüterlərdən  müdafiə,  maliyyə  və  sənaye  sahələrində  geniş 
istifadə olunur. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı 
özünə  çoxlu  sayda  terminal  birləşdirir.  Təyyarə  və  qatarlara  sərnişin  biletlərinin  satışını 
mərkəzləşdirilmiş  qaydada  həyata  keçirən  hesablama  sistemlərində  meynfreymlərdən 
istifadə olunur. Meynfreym kompüterləri əsasən IBM firmasında istehsal  olunur. Bu cür 
kompüterlərin  qiyməti  1milyon  dollar  dəyərində  olur.  Hal-hazırda  istifadə  olunan  16-32 
mikroprosessorlu server kompüterlər meynfreym kompüterlərin sələfləri sayılır. 
Minikompüter-ölçüləri  və  hesablama  məhsuldarlığı  meynfrem  kompüterlərə 
nəzərən  kiçik  olan  kompüterlər  1965-1980-ci  illərdə  mini-kompüter  adlanırdı.  Hazırda 
mini-kompüter  dedikdə  fərdi  kompüterlər  nəzərdə  tutulur.  Fərdi  kompüterlərin  kütləvi 
istehsalına 1981-ci ildən başlanmışdır. 
Mikrokompüter- bu terminlə çox kiçik ölçülərə malik, lakin məhsuldarlığı ilə fərdi 
kompüterlərdən  geri  qalmayan  kompüterləri  işarə  edirlər  və  misal  kimi  2010-cu  ildə 
istehsal olunan Raspberry Pi mikrokompüteri qeyd etmək olar. 
 
2.2 Kompüterin struktur sxemi və tərkibi 
 
Müasir  kompüterlər  yalnız  xarici  ölçülərinə  görə  deyil,  eyni  zamanda  funksional 
imkanlarına görə də bir-birindən fərqlənirlər.  
Fərdi kompüterlərin struktur sxemi aşağıdakı şəkildə göstərilmişdir (şəkil 1). 
Şəkildən  göründüyü  kimi  kompüterin  bütün  hissələri  bir-biri  ilə    sistem  şini 
vasitəsilə  birləşmişdir.  Şin  –  prosessorla  yaddaş  arasında  və  ya  giriş-çıxış 
qurğularının  kontrollerləri  (idarə  sxemləri)  arasında  verilənlərin  və  idarə 
siqnallarının  ötürülməsini  təmin  edən  naqillər  yığımından  ibarətdir.  Fərdi 
kompüterlərdə  sistem  şini  kimi  İSA  (Industry  Standardt  Architecture),    EISA  
(Extended  Industry  Standard  Architecture)  və  
 
 
 
 
 
KitabYurdu.az 
83
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
PSI  (Peripheral  Component  Interconnect  bus)  standartlarından  istifadə  edilir.  ISA 
şinlər: verilənlər (16 bit), ünvan (20 bit) və idarə şinindən (8 xətt) ibarət olur. Fərdi 
kompüterlərin  
əsasını prosessor və yaddaş bloku təşkil edir. Prosessor hesab-məntiq qurğusundan 
və  idarə  qurğusundan  ibarətdir.  İdarə  qurğusu  proqramdakı  əmrləri  qəbul  edir  və 
onların  yerinə  yetirilməsini  təşkil  edir.  Hesab-məntiq  qurğusu  isə  hesablama 
əməllərini yerinə yetirir. Cari vaxtda yerinə yetirilən proqramları və aralıq nəticələri 
yadda  saxlamaq  üçün  əməli  yaddaş  qurğusundan  (RAM  -  Random  Access 
Memory)  istifadə  edirlər.  Fərdi  kompüterlərdə  istifadə  olunan  xarici  qurğuları 
(monitor, çap qurğuları, disk qurğuları və s.) kompüterə qoşmaq üçün kontrollerdən 
(idarə sxemi) istifadə edirlər. 
Kontroller  idarə  qurğusu  olub  giriş-çıxış  qurğularını  mərkəzi  prosessorla 
əlaqələndirir.  Bəzi  qurğuların  (klaviatura,  mouse,  printeri  və  s.)    kontrolleri  fərdi 
kompüterin ana platasının üzərində olur. Bəzi qurğuların (monitor, sərt maqnit disk 
qurğusu və s.) kontrolleri isə ayrıca plata şəklində olur və onlar ana plata üzərində 
olan sökmələrdə (razyomlarda) yerləşdirilir. 
Kompüterlərdə ikilik say sistemindən istifadə edirlər. Bu say sistemi iki  rəqəmdən 
«0»  və  «1»  -dən  ibarətdir.  İstənilən  məlumat  bu  iki  rəqəmin  köməyi  ilə  kodlaşdırılıb 
kompüterin əməli və xarici yaddaş qurğusunda yerləşdirilə bilər.                                                                                      
Kompüterlərdə yaddaşın həcmini ölçmək üçün «bit»-dən (binary digit-bit) istifadə 
edirlər. Bit ən kiçik informasiya vahididir. 
İnformasiyanı  yadda  saxlamaq  və  ötürmək  üçün  baytdan  (1  bayt  =8  bit)  istifadə 
edirlər.  8  bitli  kod  vasitəsi  ilə  2
8
=256  sayda  ədədi  (simvolu)  kodlaşdırmaq  olar.  Bu  isə 
klaviaturada yerləşən ingilis və milli əlifbanı, rəqəmləri və xüsusi işarələri kodlaşdırmağa 
ƏMƏLI 
YADDAŞ
QURĞUSU
Videoadapter
Klaviatura 
kontrolleri
Sərt maqnit 
disk 
kontrolleri
Mouse 
kontolleri
PRİNTER
SKANER
LHŞ – Lokal hesablama şəbəkəsi
Şəkil 1. Fərdi kompüterin struktur sxemi
MƏRKƏZI 
PROSESSOR
KEŞ-
yaddaş
LHŞ
MOUSE
Şəbəkə
adapteri
Printer 
kontrolleri
Skaner 
kontrolleri
MONİTOR
KLAVİATURA
SƏRT MAQNIT 
DISK 
QURĞUSU
YUMŞAQ 
MAQNIT 
DISK 
QURĞUSU
Yumşaq 
maqnit disk 
kontrolleri
Modem
Web - kamera
Flash- yaddaş
Parallel, 
ardıcıl, USB 
portları
Sistem şini
İSA, PCİ
KitabYurdu.az 
84
 


Yüklə 5,92 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə