13
Mühazirə -3 Stimulyatorlar
Biopotensialların qeydiyyatında bioloji obyektə müəyyən təsirlər göstərmək üçün
(elektrik, optik, akustik və s.) stimulyatorlardan istifadə olunur. Bu stimulyatorların
təsiri ilə qeyd edilən biopotensiallardakı dəyişiklik diaqnostika üçün istifadə edilir.
1.
Kardiostimulyatorlar
Kardiostimulyatorlar ürəyin funksiyasını müəyyən ahənglə qanın
qan-damar
sistemindən qovulmasıdır. Bu ahəng pozulduqda, və ya zəiflədikdə aritmiya baş verir.
Aritmiya ilə mübarizə üsullarından biri miokarda məlum amplitudlu,
stabil tezlikli
impulsların verilməsidir. Bu kardiostimulyatorlar vasitəsilə yerinə yetirilir.
Kardiostimulyatorlar impulslar hasil edən generatorlar, bu impulsları ürəyə çatdıran
naqillərdən, miokarda daxil edilmiş elektrodlardan ibarətdir. Kardiostimulyatorlar
bədənə
daxil edilimiş, bədən də yerləşmiş şəkildə hazırlanır. Adətən generator hissəsi
bədəndən kənarda, kəmərdən asılmış vəziyyətdə olur və naqillər bədənə daxil edilərək
elektrodlarla birləşdirilir. Belə hazırlanmış kardiostimulyatorların müsbət cəhəti onların
qida blokunun asan dəyişdirilməsi və özünün təmir edilməsidir.
Mənfi cəhəti xəstəyə
narahatçılığa səbəb olması elektrodla birləşmə məftillərinin uzun olaraq maneə
siqnalının mənbəyi olmasıdır. Qısa məftillərə ( birləşdirici) və qismən rahat olmasına
görə endo kardiostimulyatorlar yuxarıda göstərdiyimizdən fərqlənir. Həcmcə çox kiçik
hazırlanır və bədənin ürəyə yaxın boşluğunda yerləşdirilir. Aşağıdakı şəkildə
elektrokardiosimulyatorun struktur sxemi verilmişdir.
Şəkil 1. Elektrokardiostimulyatorun struktur
sxemi
İmplantasiya olunan kardiostimulyatorları mənfi cəhəti qida blokunun
dəyişdirilməsi məqsədilə onların cərrahi yolla bədəndən çıxarılıb, yenisinin daxil
edilməsidir. Kardiostimulyatorun iş prinsipi aşağıdakı kimidir:
Sxemdə generator kimi blokinq generatordan istifadə eidlir. T
1
tarmzistoru R
3
müqavimətindən verilən potensialla (bazaya verilən) açılmağa başlayır
və onun
kollektor dövrəsindənm cərəyan artımı baş verir. Kollektor açılmağa başlayır, bu zaman
yerləşən transformatorun I tərəf dolağından cərəyan axmağa başlayır. Bu cərəyan
14
dəyişməsi zamanı II tərəf transformasiya olur. Transformasiya olunmuş dəyişən siqnal
tranzistorun bazasına verilir. Şəkildən göründüyü kimi onun polyarlığı elə seçilir ki,
tranzistor bağlı rejimə keçsin. Bu potensial C
2
tutumundan T
1
tranzistorunun bazasına
verilir. Tranzistor bağlanacaq və çıxışda yüksək gərginlik alınacaq.
Bu rejimdə
tranzistorun kollektor dövrəsindən cərəyan axmadığından əks rabitə dövrəsindən EHQ
induksiyalanır, yəni, tranzistoru bağlayan potensial azalır. R
3
müqavimətindən verilən
potensialın tranzistor yenidən açılmağa başlayır. Sxemdən göründüyü kimi generatorun
qida dövrəsində paralel qoşulmuş akkumlyatora ardıcıl D
1
və D
2
diodları əlavə
edilmişdir. Bu paralel akkumlyatorların ardıcıl olaraq sxemə boşalmasını təmin edir.
Proses aşağıdakı kimi gedir:
Təbii ki, bu B
1
və B
2
akkumlyatorlarından birinin gərginliyi digərindən fərqlənir.
Gərginlik aşağı olan akkumlyator dövrəsi akkumlyator ardıcıl qoşulmuş olur.
Beləliklə, gərginliyi nisbətən yüksək olan qolda
yerləşdirilmiş akkumlyator
generatoru qidalandırır. Elə ki, onun gərginliyi digərinə nisbətən azaldı, işə o biri qolda
yerləşən akkumlytor düşür və onun qolu bu akkumlyatorun generatora boşalmasını
təmin edir. Belə sxemin köməyilə akkumlyatorun növbəli işləməsi sayəsində qida
blokunun öz funksiyasını yerinə yetirmə müddəti artılır. Hal-hazırda stimulyatorda qida
blokunun istifadə müddəti 5-6 ildir.
Dostları ilə paylaş: