Polimerlərin deformasiya xüsusiyyətləri. Polimerlərin deformasiyasının başqa cisimlərin deformasiyasından kəskin fərqlənməsi onların molekullarının zəncirvari quruluşa malik olması ilə əlaqədardır. Belə quruluş istər
sintetik və istərsə də təbii, o cümlədən biopolimerlərə xasdır. Polimer ucları bir birinin içərisinə keçən yumaqlar toplusu kimi təsəvvür edilir. Şəkil 10.7-də polimer nümunəsinin modeli göstərilmişdir.
a şəklində polimerin deformasiyaya qədərki halı verilmişdir. Dairələrlə polimerin yumaq şəkilli makromolekulları və onları bir biri ilə birləşdirən makromolekul zəncirinin hissələri təsvir edilmişdir. İlk anlarda
F qüvvəsinin təsiri ilə polimer elastik deformasiyaya məruz qalır. Bu zaman yumaqlar-dairələr bir birindən uzaqlaşır, yəni yumaqları birləşdirən zəncir hissələri uzanırlar (şəkil 10.7,
b).
118
Yüksəkelastik deformasiyanın qiyməti polimerin xüsusiyyətindən asılı olaraq çox böyük ola bilər. Kauçuk və rezinlərdə nisbi yüksəkelastiklik deformasiyası nümunənin öz ölçüsundən 10-12 dəfə böyük olur. Bu deformasiya zamanı polimer makromolekullarının forması, fəza quruluşu (konformasiyası) dəyişir, polimerin daxili potensial enerjisi dəyişir. Deformasiya zamanı istilik ayrılır. Xarici qüvvəni kəsdikdən sonra polimerə onun yüksəkelastiki deformasiyası zamanı kənara verdiyi qədər istilik miqdarı versək polimer deformasiyadan əvvəlki forma və ölçülərini bərpa edəcəkdir.