Mühazirə kursu а з я р бай ж ан р е с публика



Yüklə 5,01 Mb.
səhifə45/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

Statistik metod. Yuxarıdakı qısa şərhdən göründüyü kimi, dinamik metod çoxlu sayda hissəciklərdən ibarət olan sistemdə gedən prosesləri öyrənmək üçün tamamilə əlverişsizdir. Başqa sözlə desək, belə sistemlərdə gedən fiziki prosesləri öyrənmək üçün sistemi təşkil edən hər bir hissəciyi, yalnız onu xarakterizə edən fərdi fiziki kəmiyyətlərlə təsvir etməklə hissəciyin fərdi hərəkətini müəyyənləşdirmək yolu olan dinamik metod yaramır. Çoxlu sayda hissəciklərdən ibarət

122
sistemləri ayrı ayrı hissəciklərə aid fərdi kəmiyyətlərlə deyil, hissəciklər toplusuna yəni, bütövlüklə sistemə xas olan kəmiyyətlərlə xarakterizə etdikdə ümidverici nəticələr alınır. Belə sistemlər statistik qanunlara tabedir. Sistemi təşkil edən hissəciklərin sayı çox olduqca, statistik yolla əldə edilən nəticələr daha etibarlı olur. Statistik sistemlərdə mövcud olan qanunlar ehtimal nəzəriyyəsinə əsaslanaraq statistik metodla müəyyənləşdirilir. Bu metodla az miqdarda hissəciklərdən ibarət sistemlərdə gedən fiziki prosesləri öyrənmək olmaz. Statistikada sistemi təşkil edən hissəciklərdən hər biri hissəciklər toplusunun orta xarakteristikaları ilə təsvir olunur. Məsələn, statistik metodda söhbət ayrı ayrı hissəciklərin (fərdi hissəciklərin) enerjisindən deyil, bir hissəciyə düşən orta enerjidən gedir.

  1. Termodinamik metod. Bir az əvvəl qeyd etdiyimiz kimi, statistik metodla yalnız çoxlu sayda hissəciklərdən ibarət olan sistemləri tədqiq etmək olar, başqa sözlə statistik metodun əsasını sistemdəki hissəciklər sayının kifayət qədər çox olması təşkil edir. Bu növ sistemlərdə baş verən fiziki hadisələri başqa metodla da öyrənmək mümkündür. Müəyyən olunmuşdur ki, sistemdə baş verən hadisələrin daxili mexanizminə fikir vermədən də sistemi bütövlükdə xarakterizə edən makroskopik fiziki kəmiyyətləri və onlar arasındakı əlaqələri müəyyən etmək mümkündür. Belə yanaşma üsulu termodinamik metod adlanır. Termodinamik metodun mümkünlüyü sistemin çoxlu sayda hissəciklərdən ibarət olmasındadır. Bu mümkünlük onunla əlaqədardır ki, çoxlu sayda hissəciklərdən ibarət sistemin termodinamik tarazlıq halında sistemin halını xarakterizə edən makroskopik parametrlər onu təşkil edən hissəciklərin koordinat və impulslara görə ilkin paylanma detallarına qarşı həssas deyildir. Termodinamik tarazlıqdakı sistemin təcrübi yolla ölçülmüş parametrləri (temperatur, təzyiq və s.) sistemin orta xarakteristikaları olmaqla yanaşı hal parametrləridir. Sistemin

makroskopik xarakteristikası olan hal parametrləri onun yalnız verilmiş konkret halını xarakterizə edir, onun bu hala haradan və hansı yolla gəlməsindən asılı deyildir. Məsələn, sistemin temperaturu 15 kelvindirsə sistemin soyudulma yaxud qızdırılma yolu ilə, izotermik yoxsa adiabatik və sair proseslərdən hansını icra etməklə bu hala gəlməsinin 15 kelvinə heç bir dəxli yoxdur. Vacib olanı odur ki, verilmiş anda sistemin temperaturu 15 kelvindir. Eyni sözləri təzyiq haqqında da demək olar. Deyilənlərdən göründüyü kimi p və T tarazlıqda olan makrosistemin halını təsvir edən hal parametrləridir. Termodinamik metodda sistemin halını xarakterizə edən müəyyən makroskopik kəmiyyətlər temperatur, təzyiq, daxili enerji və sair arasında mövcud olan əlaqələr müəyyənləşdirilir. Məsələn, müəyyən qaz kütləsini üç makroskopik fiziki kəmiyyətlə həcm, temperatur və təzyiqlə xarakterizə edərək təcrübi yolla bunlar arasında əlaqə yaratmaq mümkündür: Boyl-Mariott, Gey-Lüssak və sair qanunlar məhz bu kəmiyyətlər arasında əlaqə yaradan qanunlardır. Bir az əvvəl qeyd etdiyimiz kimi, haqqında söhbət etdiyimiz məsələləri statistik metodla da həll etmək mümkündür. Deməli, statistik və termodinamik metodlar eyni məsələləri müxtəlif yollarla həll edən metodlardır. Onu da unutmaq olmaz ki, bu metodlardan hər birinin özünə məxsus xüsusiyyətləri var. Məsələn, termodinamikada pV = RT ifadəsi təcrübi yolla, statistik fizikada isə nəzəri olaraq (p = nkT şəklində) müəyyənləşdirilir. Buradakı hər iki ifadə eyni məna daşıyır. Doğrudan da N - bir mol qazdakı molekulların sayını, V isə 1 mol qazın həcmini ifadə etdiyindən, vahid həcmdəki molekulların sayı: n = N/V olar. Nk = R yazsaq, P
= nkT/ V = RT/ V, yəni pV = RT olur.


  1. Yüklə 5,01 Mb.

    Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə