Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə33/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   83
az dili

Həmkarlar komitəsinin sədri:
«Fidan» EİB-də təmir sexinin təmirçisi, azərbaycanlı, orta təhsilli, bitərəf, 1970-ci ildə anadan olmuş Vəli Həmid oğlu Əliyev barədə


İSTEHSALAT XASİYYƏTNAMƏSİ
Vəli Həmid oğlu Əliyev 1988-ci ildən indiyədək «Fidan» EİB-də təmir sexində işləyir.
İşlədiyi müddətdə özünü yaxşı mütəxəssis kimi göstərmişdir.
Peşəsini çox sevir. Bir sıra səmərələşdirici təkliflərin müəllifidir.
Yüksək peşə ustalığı və mənəvi keyfiyyətləri nəzərə alınaraq xarici ölkələrə, xüsusilə Türkiyəyə işləmək üçün ezam edilmişdir.
Vicdanlı və keyfiyyətli işinə görə mükafatlandırılmışdır.
V. Əliyev birliyin ictimai həyatında fəal iştirak edir.
İş yoldaşları arasında hörmət qazanmışdır.
Xoşrəftar, təvazökar, insandır.
İstehsalat xasiyyətnaməsi «Fidan» EİB Həmkarlar Komitəsinin iclasında müzakirə və təsdiq edilmişdir.
Xasiyyətnamə tələb olunan yerə təqdim edilmək üçün verilir.
«Fidan» EİB-in direktoru: Ə.Əliyev
Həmkarlar Komitəsinin sədri: A.Məmmədova
Aktm mətni giriş və şərh hissələrindən ibarət olmalıdır.
Giriş hissəsində aktm tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində aktm tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur.
Aktm başlığı həmin aktda göstərilən məsələni qısa şəkildə əks etdirməli və adlıq halda feli isim ilə ifadə olunmalıdır (məsələn: «Məktəblərin yeni dərs ilinə
hazırlanması haqqmda»).
Aktm tətbiq olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir.
Akt mətninin sonunda (imzalardan qabaq) aktm nüsxələri və saxlandığı yer haqqmda məlumat yerləşdirilir.
Akt onun tətbiq olunmasmda iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir.
Aktı hazırlayanlarm və bu işdə iştirak edənlərin xüsusi rəyləri olduqda, həmin rəylər imzalardan aşağıda və ya ayrıca vərəqədə yazılır.

AKT

Bakı şəhəri 18 dekabr 2005-ci il
Biz, aşağıda imza edənlər, Sabunçu Rayon Təhsil Şöbəsinin müdirinin 12 noyabr 2005-ci il tarixli, 1-20 saylı əmrinə əsasən yaranmış komissiyanm üzvləri: şöbənin
mərkəzləşdirilmiş mühasibatlığmm böyük mühasibi Könül Əli qızı Əliyeva, şöbənin təsərrüfat bölməsinin rəhbəri Rasim Əli oğlu Qədirov, baş mühəndis Səfər Abbas oğlu Hacıyev, həmkarlar şurasmm sədri İsmayıl Oruc oğlu İbrahimov bu aktı tərtib etdik ki, 1985-ci ildən istifadə olunan 2 ədəd kitab rəli (hər birinin dəyəri 10000 manat), bir ədəd stul (dəyəri 500 manat) və 4 ədəd stol (hər birinin dəyəri 2500 manat ) istifadə üçün yaramadığma görə komissiyanm iştirakı ilə smdırılmış və silinməsi məqsədəmüvafiq hesab edilmişdir.


Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə