Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008


Fərqləndirici hissə. Bu, məktubun əsasını, məzmununu əhatə edir



Yüklə 195,81 Kb.
səhifə29/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   83
az dili

3. Fərqləndirici hissə. Bu, məktubun əsasını, məzmununu əhatə edir. Burada yazılanlara aid olan xarakterik əlamətlər açıq şəkildə şərh edilir:
«Hörmətli müəllim, Sizin təklif etdiyiniz kitablardan F.Kərimzadənin «Çaldıran döyüşü», S.Rüstəmxanlının «Ömür kitabı», E.Mahmudovun «Kainat gəmisi» adlı əsərlərini oxumuşam. Onların hamısı xoşuma gəldi.
4.Yekunlaşdırıcı hissə (məktubun sonluğu)
«Hörmətli müəllim, Sizi narahat etdiyim üçün üzr istəyirəm. Sizə uğurlar arzulayıram.
Hörmətlə, tələbəniz Günel Təbrizli»
Yaxud: «Əziz bacım, məktubu bitirirəm. Səbirsizliklə cavab gözləyirəm. Xudahafiz, sevimli bacın İlahə».
15 mart 2014-cü il.


İşgüzar məktub nümunələri


Mətbuat yayımı şöbəsinə
2015-ci il üçün abunə yazılışı kampaniyasında aşağıdakı mətbu orqanlarına abunə yazılmaq üçün (qəzet və jurnalların siyahısı verilir) ödəniləcək vəsaitin miqdarını göstərməyinizi xahiş edirik.
----------- rayon bələdiyyəsinin sədri: M.Məmmədov
Məlumat məktubuna aid nümunə
Göndərilən materialların qiymətləndirilməsi tələbinə cavab olan


qısa məlumat məktubu Şirkət işçilərinin attestasiyasının keçirilməsi üzrə metodiki tövsiyələrin təqdim olunmuş rəyinə aşağıdakı irad verilmişdir: şirkətdə 10 il iş stajına və əvvəlki attestasiyalarda müsbət nəticələrə sahib olan işçilərin attestasiyasını aparmaq lazım deyil.
Qalanları metodiki tövsiyə layihəsi ilə razıdırlar.
İşgüzar məktubların göstərilən növlərindən başqa reklamda əmtəə və xidmətlər haqqında ətraflı, bəzən isə bütün təfsilatı ilə göstərilən müxtəlif növ elanlar, bülletenlər (qısa rəsmi məlumatlar) geniş tətbiq olunur. Onlar reklam məktubları deyil, lakin reklam fəaliyyətini dəstəkləyir və bir qayda olaraq şirkət və ya əmtəə haqqında ilkin informasiyanı məhz reklam məktubundan və ya digər üsulla maraqlı tərəfin tələbinə müvafiq şəkildə təqdim olunurlar.
Sual 20. Reklam məktubları necə tərtib olunur?
Reklam məktubları aşağıdakı qaydalara riayət edilməklə tərtib olunur:
1. Müxtəsərlik. Reklam məktubu bir səhifədən artıq olmamalıdır, belə ki, bir səhifədən artıq həcmə malik reklam mətni çox güman ki, axıra qədər oxunmayacaqdır.
2. Zərurilik. Reklam məktubunun mətni lakonik, aydın, məlumatverici olmalıdır. Reklam məktubunda şirkət, onun təklif etdiyi əmtəə və xidmətlər haqqında ətraflı məlumat verilməsinə ehtiyac yoxdur. Yalnız şirkəti, onun mallarını digər istehsalçılardan fərqləndirən cəhətləri nəzərə çatdıran ən əhəmiyyətli məlumatları göstərmək lazımdır.
3. Dəqiqlik. Reklam məktubunda şirkətin xidmətlərini, onun nailiyyətlərini və üstünlüklərini həddən artıq tərifləmək lüzumsuzdur, belə ki, istənilən məlumatı hər zaman yoxlamaq heç də çətin məsələ deyil.
4. Bezdirici olmamaq. Əmtəə və xidmətlərin təklifi hədsiz dərəcədə təkidlə təklif olunmamalıdır. Təklifin hətta müxtəlif variantlarda belə dəfələrlə təkrarı alıcıda ondan imtina hissi yarada bilər. Reklam məktubu bezdirici deyil, inandırıcı olmalıdır.
5. Qəti tərtibat. Reklam məktubu şirkətin təqdimolunma forması olduğundan, heç bir bəzək elementi (qızıl güllər, çiçəklər, budaqlar və s.) istifadə olunmadan yazı üçün gərəkli bütün rekvizitlərlə blankda tərtib olunmalıdır.

6. Üslubi tərtibatın səmərəliliyi. Reklam məktubunun tərtibatında şrift 13-dən, sətirlərarası interval isə 1,5-dən kiçik olmamalıdır.


Reklam məktubunun tərtibi zamanı müəyyən qaydalara riayət olunmalıdır.



Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə