Ferqyusson (1723-1816) cəhd göstərmişdir. İnsan cəmiyyətinin tarixi inkişafını o, üç: vəhşilik,
soyğunçuluq və
sivilizasiyalı mərhələlərə bölmüşdür. Tarixi inkişafın belə mərhələlərə bölünməsi təsərrüfat fəaliyyətinin və
mülkiyyətin formalarının inkişafına əsaslanırdı.
Vəhşilik mərhələsi ovçuluq təsərrüfatının mövcud olduğu və xüsusi mülkiyyətin olmadığı dövrə aid edilir.
Sivilizasiyalı dövr isə əkinçilik təsərrüfatının meydana gəlməsi ilə xüsusi mülkiyyətin hakim olduğu dövrə
aid edilir.
Tarixi inkişafın belə bölgüsünü daha sonralar Lyuns Henri Morqan (1818-1881) öz tədqiqatında istifadə
etməklə onu xeyli təkmilləşdirmişdir. Bu dövrlərin hər birini o, aşağı, orta və yuxarı pillələrə bölərək ictimai
formasiyaların inkişafının me’yarını müəyyən etmişdir. Belə bölgü təbiətin hazır məhsullarının,
mənimsənilən təsər-
rüfatla istehsal edən cəmiyyətlərin fərqlənməsinə imkan vermişdir.
K.Marks sinifli cəmiyyətlərin meydana gəlməsi və istismar edənlərlə istismar olunanların münasibətini
göstərmək məqsədilə qeyd etmişdir ki, antik, feodal, müasir burjua istehsal üsullarını ümumi şəkildə iqtisadi-
ictimai formasiyanın mütərəqqi mərhələləri kimi nəzərə almaq olar. Cəmiyyətlərin iqtisadi inkişaflarını sə-
nayeləşməyə görə fərqləndirən U.Rostou göstərirdi ki, texniki səviyyələrinə görə iqtisadi mərhələlər meydana
gəlmişdir. Belə ki, iqtisadi artımın
mərhələləri, texniki-iqtisadi, siyasi-ideoloji və s. amilləri qarşılıqlı əlaqələrinə
görə müəyyənləşdirilməlidir. Mərhələlərin dəyişilməsi əsasən iqtisadiyyatın əsas aparıcı bölməsi olan istehsalın
miqyasının dəyişilməsinə səbəb olur. Onların fikrincə ümumiyyətlə, iki tipli: kapitalizmə qədərki – ən’ənəvi və
kapitalizmdəki sənayeləşmiş cəmiyyət mövcuddur.
U.Rostou iqtisadi artımın beş mərhələsini qeyd edir:
1. Ən’ənəvi cəmiyyət. 2.Keçid mərhələsinə şərait hazırlayan dövr. 3. Sənayeləşmiş inkişafa irəliləyən və keçən
mərhələ. 4. Sənayeləşmədən sonrakı yetkin cəmiyyət. 5. Kütləvi istehlak cəmiyyəti.
Qərbi Avropada tarixi inkişafın göstərilən mərhələlərindəki belə bölgüsünə baxmayaraq, onlardan xeyli
əvvəl Şərqdə görkəmli ərəb mütəfəkkiri İbn Xəldun (1332-1406) cəmiyyətin bölgüsünə özünəməxsus formada
yanaşmışdır. O göstərirdi ki, cəmiyyət öz inkişafında üç vəziyyəti keçmişdir: 1.Vəhşilik. 2. Kənd yerlərində yaşa-
yış. 3. Şəhərlərin meydana gəlməsi. İbn Xəldun çox böyük uzaqgörənliklə istehsalın inkişafının şəhərlərin
meydana gəlməsində sıx əlaqədə olduğunu qeyd etmişdir. O qeyd edir ki, həyat tərzindəki fərqlər məhz yaşayış
vasitələrinin əldə olunması üçün tətbiq olunan üsulların müxtəlifliyi ilə bağlıdır. Göründüyü kimi, iqtisadi
sistemin formalaşmasında, maddi ne’mətlərin istehsalı üçün tətbiq olunan müxtəlif üsulların
seçilməsi xüsusi əhə-
miyyət daşıyır.
Başqa belə bir vacib cəhət qeyd olunmalıdır ki, iqtisadi sistem XX əsrin 40-cı illərindən başlayaraq,
neoliberalizm nəzəriyyəsinin görkəmli nümayəndələri olan alman iqtisadçıları V.Ryopke, L.Erxard və V.Oyken
tərəfindən «təsərrüfatçılıq prosesinin istiqamətləri forması» kimi qeyd olunurdu. Eyni zamanda onlar göstərirdilər
ki, ümumiyyətlə, bütün ictimai quruluşda
tarixi inkişaf dövrlərindən, iqtisadi artımın mərhələlərindən asılı olma-
yaraq iki formada, «mərkəzləşmiş idarəetmə təsərrüfatı» (totalitarizm) və «bazar təsərrüfatı» sərbəst və açıq
təsərrüfat şəklində mövcuddur. Bu baxımdan da marksizmin bəşəriyyətin beş istehsal üsulundan keçəcəyi ideyası
inkar edilirdi. Bazar sistemində fəaliyyət göstərən kapitalizmdən başqa, bütün təsərrüfatçılıq formaları, icma, feodal,
nasist və planlı-sosialist təsərrüfatçılıq formaları, mərkəzi idarəetmə təsərrüfatçılığının tipləri kimi qeyd
olunurdu.
Cəmiyyətin inkişafı insanların fəaliyyəti ilə bağlıdır, insan fəaliyyəti bu iqtisadi aktivliyin, spesifik
forması olaraq ətraf mühitin qavranması ilə, adamların daxili imkanlarının, maddi və mə’nəvi ne’mətlərin istehsalı
ilə üzə çıxır. İnsan fəaliyyəti özbaşına deyil, məhz müəyyən məqsədlərin həyata keçirilməsi şəraitində baş verir.
Adamların yeməyə, geyinməyə, istirahət etməyə və s. tələbatlarının ödənilməsi ilə əlaqədar
meydana gələn fəaliy-
yətləri istehlak etmək naminə istehsal etməyə məcbur olurlar. Əlbəttə, belə məcburiyyət yalnız tələbatların
ödənilməsi naminə məhdud resurslardan istifadə etmək nəticəsində meydana gəlir və istehsal prosesi formasını
alır. İstehsal prosesi istehlakçıların mövqeyi baxımından qiymətləndirildiyindən o, sərvət və ne’mətlərin yaradıl-
masının zəruri şərtidir. İqtisadi sistemin formalaşmasına iki mühüm amillər qrupu tə’sir göstərir. Birincisi, möv-
cud
mühit, ikincisi isə iqtisadi sistemi təşkil edən elementlərin
struktur əlaqələrinin xüsusiyyətləri.
Bununla
əlaqədar olaraq göstərməliyik ki, iqtisadi sistemi müəyyən edən və inkişaf etməsinə səbəb olan amillər bir neçə
qismə bölünürlər:
təbii-iqlim, istehsal-iqtisadi, mə’nəvi-hüquqi, sosial-mədəni, dini-əxlaqi.
Düzdür, bu amillər qrupunun əksər hissəsi iqtisadiyyatın inkişaf səviyyəsindən asılı olaraq
meydana gəlsə də
hər halda onlar iqtisadi sistemin formalaşmasına aktiv tə’sir göstərir. İnsanların əməyə, sərvətə, ne’mət və
xidmətlərə olan xüsusiyyətləri, eləcə də zəruri davranış qaydaları, iqtisadi sistemin inkişaf qanunauyğunluqlarını
əsaslandırır.
Təsadüfi deyildir ki, məhz sosial-mədəni amillər qrupunun fəaliyyətindən asılı olaraq sivilizasiyalı
inkişafın iki mühüm və biri-birindən fərqli
Qərb və
Şərq istiqamətləri meydana gəlmişdir. Bu istiqamətlərin
özünəməxsus inkişaf qanunauyğunluqları olsa da bunlar insanların iqtisadi fəaliyyətlərinin
təkmilləşdirilməsində
özünəməxsus rol oynamışdır. Belə ki, Qərb inkişaf yolu, sərbəstliyə, demokratizm prinsiplərinə əsaslanırsa, Şərq
yolu ciddi nəzarətə, milli mənafeyin üstünlüyünə, dini əqidələrin möhkəmliyinə əsaslanır.
Ona görə də bir iqtisadi
sistemdən digər iqtisadi sistemə keçərkən mütləq sosial-mədəni amillər qrupunun fəaliyyətini nəzərə almaq lazımdır.
Çünki, fəaliyyət göstərən hər bir iqtisadi sistem, müəyyən mə’nada fəaliyyətdə olan sosial-mədəni amillərdən asılı
olaraq inkişaf edir və ayrı-ayrı model formasını alır. Belə olmasaydı bazar sistemi ilə inkişaf edən ölkələrin heç də
amerikan, alman, yapon, İsveç və s. modelləri meydana gəlməzdi. Keçid iqtisadiyyatı üçün mütləq bu cəhətlərə
diqqət yetirmək zəruridir.
26