Mühazirə mətnləri 15 movzu üzrə-30 saat Hazırladı: Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının


Qida əlavələrinin beynəlxalq təsnifatı



Yüklə 1,38 Mb.
səhifə15/16
tarix18.05.2018
ölçüsü1,38 Mb.
#44698
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16

Qida əlavələrinin beynəlxalq təsnifatı


E100-E199

Qida boyaq maddələri


100-109

sarı

110-119

narıncı

120-129

qırmızı

130-139

göy və bənövşəyi

140-149

yaşıl

150-159

qəhvəyi və qara

160-199

digərləri

E200-E299

Konservantlar


200-209

sorbatlar

210-219

benzoatlar

220-229

sulfitlər

230-239

fenol və formiatlar(metanoatlar)

240-259

nitratlar

260-269

asetatlar(etanoatlar)

270-279

laktatlar

280-289

propionatlar(propanoatlar)

290-299

digərləri

E300-E399 Antioksidləşdiricilər



300-305

askorbatlar(vitamin C)

306-309

tokoferol(vitamin E)

310-319

qallatlar və eritorbatlar

320-329

laktatlar

330-339

sitratlar

340-349

fosfatlar

350-359

malatlar və adipatlar(adipinatlar)

360-369

suksinatlar və fumaratlar

370-399

digərləri

E400-E499

Stabilizatorlar, qatılaşdırıcılar,emulqatorlar



400-409

alginatlar

410-419

kamedi

420-429

digər təbii maddələr

430-439

polioksietilen birləşmələri

440-449

təbii emulqatorlar

450-459

fosfatlar

460-469

sellüloza birləşmələri

470-489

yağ turşusu birləşmələri

490-499

digərləri

E500-E599

pH tənzimləyiciləri və yapıxma əleyhinə maddələr



500-509

qeyri-üzvi turşular və əsaslar

510-519

xloridlər və sulfatlar

520-529

sulfatlar və hidroksidlər

530-549

qələvi metal birləşmələri

550-559

silikatlar

570-579

stearatlar və qlükonatlar

580-599

digərləri

E600-E699

Tam və ətir artıranlar,ətirvericilər



620-629

qlyutamatlar

630-639

inozinatlar

640-649

digərləri

E700-E799 Antibiotiklər

710-713




E800-E899 Ehtiyat






E900-E999

digərləri


900-909

mumlar

910-919

şirələyən

920-929

un məmulatlarını yaxşılaşdıranlar

930-949

qablaşdırma üçün qazlar

950-969

şirinləşdirənlər

990-999

köpük əmələ gətirənlər

E1100-E1999

Əlavə maddələr



Standart təsnifata daxil olmayan yeni maddələr

Məhsullarda qida əlavələrinin mövcudluğu etiketdə göstərilməlidir, bu halda qida əlavəsi fərdi maddə və ya “E” kodu ilə işarələnmiş fuksional sinif və ya texnoloji funksiya kimi göstərilə bilər. Məsələn: natrium-benzoat və ya E211 konservantı.

Qida əlavələrini çox vaxt zərərli qida maddələri kateqoriyasına aid edirlər, lakin bu heç də doğru deyil.

Qida sənayesində istifadə üçün icazə verilən qida əlavələrinin zərərsizliyi, əsaslı və çoxillik tibbi- bioloji sınaqlara əsasən yoxlanmalıdır. Qida əlavələri yalnız zərərsiz olduqlarını təsdiq edən yoxlamadan keçdikdən və gündəlik tələbatın məqbul norması(həmin qidanın istifadə miqdarını və vəziyyətini nəzərə almaqla) müəyyən edildikdən sonra, onlardan istifadə edilməsinə yol verilir. Belə ki, toksikologiya elmi inkişaf etdikcə, son illərdə çox qida əlavələrinin yenidən yoluxması zamanı onların insan orqanizminə kansoregen və mutagen təsirləri aşkar edilmişdir. Müxtəlif dünya ölkələrində icazə verilən qida əlavələrinin siyahısı vaxtaşırı yenidən gözdən keçrilir, bəzi əlavələrin istifadəsi qadağan edilir, digərləri üçün isə yeni yol verilən həddə konsentrasiyalar müəyyən edilir.

Avropa Birliyində icazə verilən qida əlavələri siyahısı ilə yanaşı, yol verilən “qida -əlavə” kombinasiyası da müəyyənləşdirilmişdir; əgər əlavəyə icazə verilmiş və siyahıya daxil edilmiçdirsə, bu heç də o demək deyil ki, onu bütün məhsulların hazırlanmasında istifadə etmək olar. Eyni zamanda bu o demək deyildir ki, əlavəni məqbul kombinasiyalarda qeyri-məhdud miqdarda istifadə etmək olar; bunun üçün hər kombinasiya üçün məqbul konsentrasiya həddi müəyyən edilmişdir.

Qida əlavələrini HACCP sistemi çərçivəsində təhlükəli amil kimi nəzərdən keçirərkən, iki məqama diqqət yetirmək vacibdir: bu qida əlavəsinə icazə verilib- verilmədiyinə və məhsula əlavə edilən zaman yol verilən həddi aşmamasına.

QİDA ƏLAVƏLƏRİNİN SİYAHISI

Е100 – Е-182: Rəngləyicilər (Boyalar) (Qidaya daha çox rəng vermək üçün istifadə edilir).

Е200 – Е-299: Кonservantlar (məhsulları mikroblardan qoruyaraq onların saxlama müddətin uzatmaq üçün istifadə edilir).

Е-300 – Е-399: Аntioksidlər (məhsulu turşumaqdan qorumaq üçün istifadə edilir).

Е-400 – Е-496: Stabilizator və qatılaşdırıcılar (qatılığı artırmaq və sıxlığı saxlamaq üçün istifadə edilir)

Е-500 – Е-586: Emulqator (Eynicinsli maddələr almaq üçün istifadə edilr).

Е-600 – Е-641: Dad və qoxu gücləndiricilər

Е-700 – Е-899: Ehtiyat nömrələr (Hələki mövcud deyil)



Е-900 – Е-1521: Qarışıq maddələr (köpüyün qarşısını almaq üçün istifadə edilir).
Yeyinti qatqıları və onların qida məhsulları istehsalında istifadəsinin elmi-nəzəri əsasları XXI əsr, sağlam qida məhsulları istehsal edən bütün sahələrdən yeni yanaşmalar tələb edir ki, bunların da həyata keçirilməsi tələb olunan keyfiyyətdə və kimyəvi tərkibdə yeyinti qatqıları tətbiq edilmədən mümkün deyildir. Yeyinti qatqıları termini ilə təbii, təbii ilə eyni olan, yaxud süni kimyəvi birləşmələri adlandırırlar ki, bunlar da qida maddələri olmayıb (plastiki funksiyaları daşımırlar və enerji mənbəyi deyildirlər), texnoloji proseslərin gedişində müəyyən effekt vermək üçün qida məhsullarına xüsusi olaraq əlavə edilirlər. Onların istifadəsində əsas şərt insan üçün və həm də sonrakı nəsillər üçün təhlükəsiz olmalarıdır. Yeyinti qatqılarının qida məhsulları istehsalında istifadəsi qaydaları hər bir ölkənin baş sanitar həkiminin müavini tərəfindən təsdiq olunur və tətbiq edilir. Qida məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasında istifadə edilən müxtəlif növ qatqıların işlədilməsi Avropa standartlarında qəbul edilmiş texnoloji tələbat normalarına görə yerinə yetirilir. Yeyinti qatqılarından istifadə etməklə, elə növ maddələrdən istifadə olunması nəzərdə tutulur ki, onlar texnoloji proseslərdən irəli gələrək, məhsulun keyfiyyətini yaxşılaşdırmaq, onun yararlılıq müddətini uzatmaq, xarici görünüşünü əmtəə baxımından yaxşılaşdırmaq üçün istifadə edilir. Qida məhsullarının istehsalında elə qatqılardan istifadə edilir ki, onları həmin növ məhsulun istehsalında işlətməyə icazə verilir. Avropada qida-yeyinti qanunu məcəlləsinə görə və eləcə də Rusiya qanunlarına əsasən hazırlanan məhsulun tərkibində işlədilən qatqıların hər birinin ayrı-ayrılıqda markalanmasında nömrəsi və sinifi göstərilir. Bu siniflər qatqılar üçün aşağıdakılardan ibarətdir: Rəngləyicilər, konservantlar, antiseptiklər-qatılaşdı-rıcılar, cele maddələri, sabitləşdiricilər (stabilizatorlar), tam və dad yaxşılaşdırıcıları, bişirilmə forma və lövhələri üçün sürtgülər, turşulaşdırıcılar, buferlər (turşular üçün), şirinləşdiricilər, məsaməlik əmələ gətirənlər (boşaldıcılar), köpüklənmənin qarşısını alan maddələr, 35 şirələyicilər (səthdə şüşəvarilik yaradan maddələr), duz həllediciləri, un keyfiyyətinin yaxşılaşdırıcıları, nəmlik tənzimləyiciləri, modifikasiya olunmuş nişastalar və s. bu kimi qatqılar. Yuxarıda adları çəkilən bütün qatqılar məhsulun çeşi-dinin artırılmasında, yarımfabrikatlar hazırlanmasında işlədi-lirlər. Beləliklə, qida məhsullarının əksər hissəsinin hazırlanmasında bu qatqılardan istifadə edilir. Avropa Birliyində yeyinti əlavələri kimi işlədilən qatqılar kimi «E» indeksi altında 296 adda maddələr qrupu məlumdur. Almaniyada qida məhsullarının təhlükəsizliyi ilə əlaqədar qanunda 350 adda maddələr qatqılar kimi nəzərdə tutulur ki, onlar da bir çox texnoloji proseslərdə iştirak edirlər, lakin hazır məhsulların tərkibinə daxil olmurlar. «E» indeksinə aid olan maddələrin kimyəvi tərkibinin saflığına ciddi tələblər qoyulur ki, bəzi mülahizələrə görə on-ların allergen təbiəti orqanizmdə arzuedilməz hallar yaradır. Qida məhsullarının hazırlanmasında texnoloji proseslər zamanı qatqılar kimi istifadə edilən birləşmələrin kimyəvi tərkibi, strukturu ədəbiyyatlarda geniş öyrənilmiş və izah edilmişdir. Bununla belə, bir çox qatqılar bitki orqanizmlərindən alınmış, müəyyən təmizlik işlərindən sonra ağ toz, kristal və ya maye şəklində əksər qidaların tərkibinə müəyyən miqdarda qatılır. Qeyd etmək lazımdır ki, bir çox kulinar yarımfabrikatlarında və kulinar məmulatlarında qida qatmalarına təsadüf edilir ki, onlardan bəziləri pəhriz xassəli olub, müalicəvi əhəmiyyətə malikdirlər. Bir çox sintetik qatqılarla bərabər, təbii qatqılardan da istifadə edilir ki, texnoloji prosesin gedişində, hazır məhsul alınmasında xüsusi rol oynayırlar. Bəzi qida məhsullarının hazırlanması zamanı qatqılar tətbiq edilmir. Məsələn, tərəvəz-meyvə, düyü, mineral sular, süd, yumurta, bal, ət, piy və s. məhsulları göstərmək olar. Məlumdur ki, bir çox qidaların, xüsusən, qənnadı məmulatları istehsalının texnoloji proseslərində və hazır məhsulların əldə edilməsində müəyyən aromatik birləşmələrdən də istifadə edilir. Bu aromatik maddələrin sayəsində bir çox qənnadı məhsullarının çeşidləri (karamel, marmelad, konfet içlikləri, saqqızlar, spirtli və spirtsiz içkilər) hazırlanır. Aromatizatorların köməyi ilə bir çox 36 meyvələrdən hazırlanmış cem, povidloların dadı və iyi daha da zənginləşdirilir. Yeyinti məqsədi üçün istifadə edilən aromatik cövhərlər, sahə standartlarına uyğun olaraq hazır məhsula qatılır və onlar özünəməxsus iyi (ətri) yaratmaqla təbii adları ilə «portağallı», «limonlu», «nanəli» adlanırlar. Bir çox meyvə və tərəvəz konservlərinin hazırlanması və istehsalı zamanı da müxtəlif qatqılardan istifadə edilir ki, onların ayrı-ayrılıqda məqsədyönlü istifadəsi də mümkün olur. Hazır konservlərin tərkibinə, onların dadlarının yaxşılaşdırılması məqsədilə qida turşuları, mono- və dişəkərlər, ksilit, sorbit və s. daxil edilir. Hazır məhsulun xarici görünüşü, gözəgəlimliyi və nəzərə çarpması üçün müəyyən təbii rəngləyici maddələrdən istifadə edilir. Bitki mənşəli məhsulların spesifik aromatı, yəni ətirə (iyə) malik olması onların tərkibindəki müxtəlif tipli kimyəvi birləşmələrin mövcud olması ilə izah edilir. Bəzi hallarda, hazır məhsulun dəqiq iyini təyin etmək çətinlik yaradır ki, bu da onun tərkibində bir neçə komponentlərin olması ilə izah edilir. Konserv sənayesində tamlı ədviyyə bitkilərinin efir yağlarından istifadə edilir. Qeyd etmək lazımdır ki, təbii aromatik qatqılarla bərabər, süni-kimyəvi yolla alınmış qatqılardan da istifadə edilir. Bir çox sousların tərkibinə modifikasiya edilmiş nişasta və karboksimetilsellüloza, xaricdə isə tropik bitkilərdən alınmış aromatik qatqılar daxil edilir. Konserv məhsullarının hazırlanmasında bioloci aktiv maddələrin istifadəsinin mühüm əhəmiyyəti vardır. Bunlara vitaminlər, aminturşuları, zülali maddələr, antioksidantlar aid edilirlər. Məhsulun tərkibindəki vitamin və amin turşularının miqdarı onun bioloci cəhətdən qidalılıq dəyərini göstərir. Bunların bir çoxu yüksək temperatur şəraitində tərkib hissələrinə parçalandığı üçün, xüsusi texnoloji recim tətbiq edilməklə onların dəyişilməməsi təmin edilməlidir. Heç bir süni qatqı daxil edilməyən və kristallik sayılan məhsullara şəkər (qənd), yağ və araq misal ola bilər. Yeyinti qatqılarının işlədilməsində məqsəd aşağıdakılardan ibarətdir: 1. Texnoloji proseslərin tənzimlənməsini, xammal və yeni qida məhsullarının hazırlanmasını təmin etməkdən, qablaşdırılması və daşınması davamlılığını artırmaqdan; 2. Qida məhsullarının təbii keyfiyyətini saxlamaqdan; 37 3. Saxlanma müddətində qida məhsullarının orqanoleptiki xüsusiyyətini yaxşılaşdırmaqdan və onların bu xüsusiyyətini itirməməkdən; 4. Xüsusi təyinatlı qida məhsullarının alınmasından /dietik, müalicəvi və s./. Ərzaq məhsullarının hazırlanmasında hal-hazıra kimi Beynəlxalq Səhiyyə Təşkilatı tərəfindən «E» literi ilə 500-ə yaxın, müxtəlif ölkələrdə tətbiq edilən xüsusi dad və iyə malik olan qatqılardan istifadə edilir. Aşağıdakı cədvəllərdə (cədvəl 1.4, 1.5, 1.6) bir sıra qatqıların təyinatı, məhsullara daxil edilmə normaları və istifadə məqsədi ilə əmələ gətirdiyi halproseslər və texnoloji funksiyaları göstərilmişdir: Bəzi məhsulların alınmasında «E» indeksi altında, onun hazırlanma vəziyyəti də qeyd edilir. Məsələn, xammal kimi işlənən qatqılar yaşıl, sarı və ya qırmızı rəngdə olur ki, bu da onların tərkibindəki rəngləyici maddələrlə, «E-140» (Xlorofil) və «E-163» (antosian) əlaqədardır. Digər maddələrlə yanaşı, məhsulların tərkibinə «E-440» (pektin), «E-300» (vitamin C), «E-296» (alma turşusu) və mineral maddələr, məsələn, «E-340» (kalium fosfat) da daxildir. Bu birləşmələr məhsulu tamlı etməklə yanaşı, onların qidalılıq dəyərini də artırırlar.

Cədvəl 1


Bir sıra yeyinti qatqılarının siyahısı və təyinatı

Qatqılar

Təyinatı

Daxil olduğu

məlumatlar



İşlədilmə norması,mq/kq,mq/l

1

2

3

4

Şərab turşusu və digərləri

T

urşudulmağa


Qənnadı məmulatları



Texnoloji təminat və standartlara əsasən

Həmçinin

Turşudulmağa


Spirtsiz içkilər



˃1700 mq/kq miqdarda

Şərab turşusunun kalium duzu

Yumşaldıcı


Peçenye, biskvit



Texnoloji təlimatlara əsasən

Limon turşusu

Turşudulma üçün

Qənnadı məmulatları,kompotlar, spirtsiz içkilər

˃2000 mq/l



Süd turşusu

Həçinin

Həçinin

-----//-----

Karbon qazı

Turşudulma və qazlaşdırma üçün

Spirtsiz içkilər


-----//-----



Ammonium karbonat

Yumçaldıcı


Qənnadı məmulatları


-----//-----



Natium-dikar-

bonat,yeyinti

sodası


Yumşaldıcı, stabilizator (suspenziyalara)

Unlu qənnadı

məmulatları, yarımfabrikatlar,peçenye və kekslər



----//-----



Sirkə turşusu

Turşudulma üçün

Soyuq souslar və

xörəklər

-----//-----


O-fosfat turşusu

Həmçinin

Qənnadı məmulatları və spirtsiz içkilər

>600 mq/kq

Təbii boyaq maddələri

Rəngvermə üçün

Şəkərli və unlu qənnadı məmulatları

Texnoloji təlimatlara uyğun, 1600 mq/kq qədər

Süni boyaq maddələri

Rəngvermə üçün

Şəkərli və unlu qənnadı məmulatları

Texnoloji təlimatlara uyğun, 50 mq/kq qədər

Emulqator və stabilizatorlar

Aqar

Konsistensiya yaratmaq üçün

Qənnadı məmulatları, cele və digər xörəklər üçün

Texnoloji təlimatlara uyğun, 7000 mq/kq qədər

Aqaroid

-----//-----

-----//-----

-----//-----

Celatin

-----//-----

-----//-----

-----//-----

Lesitin

-----//-----

-----//-----



Texnoloji təlimatlara uyğun, 5000 mq/kq qədər

Pektinlər

-----//-----

-----//-----

Standartlara uyğun olaraq

Yeyinti fosfatidləri

-----//-----

-----//-----

Texnoloji təlimatlara uyğun, 7000 mq/kq qədər

Cədvəl 2


Qida qatqıları kimi Avropada icazə verilmiş bir sıra konservantların məhsullara daxil edilmə mormaları

Konservantın adı

İstifadə norması, mq/kqdan çox olmamaq şərti ilə

Qarışqa turşusu və onun duzları

3

Benzoy turşusu və onun duzları

5

Bifenil (difenil)

0,05

Sirkə turşusu və onun duzları

Məhdud deyil

Heksametilentetramin

0,15

n-oksibenzoy turşusunun metil efiri

10

n-oksibenzoy turşusunun etil efiri

10

n-oksibenzoy turşusunun propil efiri

10

Lizosim

İslətmək olar

Natrium və kalium nitratlar

5

Natrium və kalium nitritlər

0,2

Süd turşusu və onun duzları

Məhdud deyil

Natamisin (piramisin)

0,3

Nizin

33000(ME)

Natrium diasetat

15

o-fenilfenol

0,2

Propion turşusu və onun duzları

Məhdud deyil

Sulfit turşusu və onun duzları

0,7

Sorbin turşusu və onun duzları

25

Hidrogen peroksid

Müəyyın edilməyib

Cədvəl 3


Bir sıra yeyimti qatqılarının texnoloji funksiyaları və əmələ gətirdiyi proseslər



İstifadə məqsədilə təyinatı

Əmələ gətirdiyi proseslər

Texnoloji funksiyaları

Köpük əmələ gətirənlər

Bərk qida məhsullarında, qaz və mayelər arasında bərabər diffuziyalı şərait yaradırlar

Aerovəziyyət və çalınmanı təmin edirlər

Cele əmələ gətirənlər

Qidalı quruluş əmələ gəlməsini təmin edirlər

Cele yaradırlar



Konservantlar

Məhsulun saxlanılma müddətini artırır, mikroorqanizmlər tərəfindən onların xarab olması qarşısını alırlar.

Nəmlik əmələ gəlməsinin qarşısını alırlar


Qeyd etmək lazımdır ki, yeyinti qatqılarında «E» indeksinin mənası Avropa ölkələrində əsasən «E» hərfi ilə işarə edilir, alman və ingilis dillərində «Edbar» mənasında (yəni Azərbaycan dilinə tərcümədə yemək üçün yararlı) işlədilir. Bu termin bütün dünya dillərində, eləcə də Avropa ölkələrində ye-yinti məhsullarında qeyd edilir. «E» indeksi, həm də qeyd edilmiş məhsulun tam təhlükəsizliyi barədə zəmanət verildiyini göstərir. Yuxarıda qeyd edilən qatqılardan başqa, xüsusi qatqılar arasında geniş yer tutanlardan nişastalı məhsullardan olan şəkərli qatqıları göstərmək olar. Bir çox ölkələrdə nişasta əsaslı şəkərli qatqılar xammal kimi müxtəlif texniki bitkilərdən – şəkər çuğundurundan, qarğıdalıdan, şəkər qamışından və s.-dən alınır. Məlum olduğu kimi, Rusiyada çuğundurdan şəkərin alınması qıtlıq təşkil etdiyi üçün şəkər zavodlarında onun yalnız 30%-ə qədəri istifadə edilir. ABŞ-da son 15 il müddətində şəkər sənayesində və onun strukturlarında modifikasiya nəticəsində 40 qlükoza- fruktozalı siropların (QFS) istehsalı 2 mln. tondan 7,3 mln. tona çatdırılmışdır. QFS-nin nisbi istehsalı 50%-120%-ə çatdırılmış, nişasta patkası və qlükozanın həcmi isə 110%-dən 200%-ə qədər artırılmışdır. Şəkərli maddələrin əsas xüsusiyyəti onların yüksək enerjiliyə, kaloriliyə malik olması ilə yanaşı, həm də şirin dada və orqanizm tərəfindən asanlıqla mənimsənilmə qabiliyyətinə malik olmalarıdır. Qeyd etmək lazımdır ki, onlar ərzaq məhsullarında quruluş əmələgətirmə funksiyasını daşımaqla, hüceyrə daxilində quru maddələrin əsas hissəsini təşkil edirlər. Şəkərli maddələrin nişasta tərkibli xammallardan alınması demək olar ki, onların qismən və ya tamamilə şəkərə çevrilməsi ilə başa çatır ki, bu da çox hallarda yeyinti məhsullarında alkoqolsuz içkilər, konservlər, qənnadı məhsulları istehsalında, çörəkbişirmədə, pivə istehsalında və digər sahələrdə geniş istifadə edilir. Şəkər çuğunduru tərkib etibarilə və şirinliyinə görə qlükozaya və fruktozalı siropa daha yaxındır. Bu sirop öz-özündə şəffaf, rəngsiz maye olub, tərkibi əsasən qlükoza və fruktoza şəkərlərindən ibarətdir. Qlükoza-fruktoza siropunun nişasta suspenziyasının durulaşdırılmasında α-amilaza fermentlərindən istifadə edilir. Siropun şəkərlənməsi onun fermentli təbəqədən mütəmadi olaraq keçməsi hesabına baş verir. Bu yolla alınan qlükoza-fruktozalı siropu tərkibində quru maddələrin miqdarı 71%-ə çatana qədər qaynadırlar və belə sirop istifadə üçün məsləhət görülür. Beləliklə, bu siropun tərkibində 42% fruktoza olduğu üçün onu QFS 42 adlandırırlar. Bu tərkibli siropun işlədilməsi bəzi çətinliklər törədir. 25°C temperaturada saxlandıqda, o kristallaşır. Bununla yanaşı, tərkibində fruktozanın miqdarı 55% olan siroplar da hasil edilir. Beləliklə, nişasta tərkibli xammaldan (buğda, darı, çovdar, arpa) alınan həmin siroplar ən çox qida məhsulları texnologiyalarında istifadə edilir. Nişasta tərkibli qatqıların istehsalında maltodekstrinlərin iştirakını xüsusilə qeyd etmək lazımdır. Maltodekstrinlərin əsas xüsusiyyəti ni-şastanın reduksiyaedici qabiliyyətinin 5-25% artırılmasından ibarətdir. Tərkibində 5-8% reduksiyaedici maddələr olan maltodekstrinlər kartofun emalı texnologiyası zamanı istehsal edilirlər. Bununla yanaşı, nişastanın emalı 41 bakterioloci üsulla da aparılır. Maltodekstrinlərin nişastada parçalanmasında onların molekul çəkisi və polimerləşmə xüsusiyyəti müəyyən əhəmiyyət kəsb edir. Maltodekstrinlərin nişastadan mövcud standartlarla alınması və alınan məhsulun özlülüyü, şəkərlərin kristallaşması, şirinliyi onların keyfiyyətində xüsusi rol oynayır. Beləliklə, şəkərlərin qatqı kimi istehsalda tətbiqi məhsulların təbii cəhətdən zənginləşdirilməsi və digər keyfiyyət xüsusiyyətlərinin artırılmasına gətirib çıxarır ki, bunun da qida məhsulları hazırlanması sahələrində mühüm əhəmiyyəti vardır. Nişasta tərkibli qatqıların qida məhsulları istehsalında istifadəsi. Təbii nişasta, eləcə də qismən parçalanmış, şəkli dəyişdirilmiş nişastalar yeyinti sənayesində qatılaşdırıcılar və həlməşik şəklində işlədilirlər. Parçalanmış nişastalar – dekstrinlər, turşu, qələvi və ya fermentlərlə işlənmiş nişastalar, funksional qrupa malik nişastalar (asetilləşmiş); fosforlaşdırılmış və oksidləşmiş nişastalar (1 hissəli, spirt qrupunun hidroxloridin köməyilə karboksil qrupuna oksidləşməsi); hidroksipropilli nişastalar və molekul arası «tikilmiş» nişastalar şəklində (hansı ki, ikimolekullu nişastanın zəncirləri arasında mürəkkəb fosfor efirləri, kəhraba turşusu, qliserin və qlikogen yerləşir) və s. işlədilirlər. Nişastanın və onun çoxlu şəklidəyişən növlərinin qida kimi qəbuluna heç bir etiraz yoxdur. FAO-ÜST-ə (1973 və 1974-cü illər) görə ağ və sarı rəngli dekstrinlərin amiloza və amilopektini, turşu, qələvi və fermentlə işlənmiş nişastaları, asetilləşmiş və fosforlaşdırılmış nişastaları, ağardılmış nişastanı, asetilləşmiş 2-fosfat nişastanı və s. xüsusilə məhdudlaşdırılmamış şəkildə işlətmək olar. Bu məhsulların işlənməsində məhdudiyyət yalnız texnoloji uyğunlaşma zamanı keyfiyyətli yeyinti məhsullarının istehsalında qoyulur. ÜST-ün ilkin məlumatlarına əsasən oksidləşmiş nişastanın işlədilməsində də məhdudiyyət qoyulmur. Bir sıra şəklidəyişmiş nişastaların toksikoloji xüsusiyyətlərində olan çatışmayan cəhətlər hələ də ÜST tərəfindən (Ümumdünya Səhiyyə Təşkilatı) müəyyən edilməmişdir. Bir çox milli standartlara uyğun olaraq, təbii nişasta 50 mq/kq-dan artıq olmayaraq, tərkibində kükürd 2-oksid saxlamalı, sort və keyfiyyətdən asılı olaraq 42 isə 0,3-0,5% küllüyə (külə) malik olmalıdır. Bundan əlavə, şəklidəyişdirilmiş nişastada təmizlik əsas tələb sayılır. FAO-ÜST-ün eynilik tələbində şəklidəyişdirilmiş nişastalarda arsenin maksimum miqdarı 3 mq/kq-a uyğun müəyyənləşdirilir. Ağardılmış nişastaların (hansı ki, permanqanatın istifadəsi ilə alınır) tərkibində karboksil qrupu olmayıb, 50 mq/kq qədər manqan olur. Oksidləşmiş (turşularla) nişastalarda natrium xloridin miqdarı 0,5%-dən çox olmamalı və karboksil qrupunun isə 1%-dən artıq olmasına yol verilməməlidir. Bir karboksil qrupu 25 qlükoza monomerinə uyğun gəlir. Asetilləşmiş nişastalarda asetil qrupunun miqdarı 2,5%-dən artıq olmamalıdır. Fosforlaşmış nişastalarda fosfor qalığının miqdarı faizlə 0,04-dən (fosfor sayına görə) artıq olmamalı, fosfatlaşdırılmışda isə 0,4%-ə qədər olmalıdır. Şəklidəyişmiş hiqroskopik nişastada propilenoksidin və ya hidroxloridpropilen qalığının maksimal miqdarı 5 mq/kq-a qədər, qliserin efirində isə epixlorhidrinin, monoxlorhidroqliserin və ya dixlorhidroqliserin qalığının miqdarı isə 5 mq/kq-a qədər olmalıdır. AFR-də şəklidəyişmiş nişastanın təmizliyinə çox ciddi tələblər qoyulur. Belə ki, arsen üçün tərkibdə 1 mq/kq-dan çox olmamaq şərti; kükürd 2-oksid üçün 50 mq/kq-dan çox olmamaq şərti qoyulur, külün səviyyəsi (sulfat) isə 0,5%-dən çox olmamalıdır. Texnologiyanı yaxşılaşdırmaq üçün əlavə olunan qatqı maddələrdən istifadə qaydaları haqqında. Bu qrup qatqılara müxtəlif quruluşlu çoxlu kimyəvi birləşmələr aiddir ki, bunlar da emulqator və sabitləşdiricilər (stabilizatorlar), ferment preparatları kimilərdir. Sonuncular müxtəlif həlledicilər və duz məhlulları ilə çökdürülən birləşmələrdir. Sonradan onlardan durulaşdırma yolu ilə müvafiq bioloci aktivliyə malik məhlullar da əldə edirlər. Emulqatorlar ən çox tərkibində yağ olan emulsiya quruluşlu məhsullara qatılır ki, onlara xas olan xüsusiyyət əldə etmək və bu xüsusiyyətləri saxlamaq üçündür. Stabilizatorlar çoxlu miqdar suyu birləşdirməklə məhsulların özlülüyünü artırır və çox zaman reaktiv rolunu oynayırlar. Bunun nəticəsində də qida sistemlərində davamlı suspenziyalar əldə etmək mümkün olur. 43 Çox zaman hər hansı bir birləşmə eyni zamanda emulqator və stabilizator rolunu da oynaya bilir. Məsələn, lesitin, palmitin turşusu, yaxud stearin turşusunun mono- və diqliseridləri peçenyelərə, xəmir məmulatlarına vurulmaq üçün, marqarin və dondurmalar istehsalında istifadə olunurlar. Bunlara həlməşik əmələgətiricilər, aqar-aqar, karragenan kimi qırmızı dəniz yosunlarından alınan birləşmələr, alginatlar (boz rəngli yosunlardan alınan), celatin və pektinlər, metilsellüloza, karboksimetilsellülozalar və s. aiddir. Bu birləşmələr bir neçə faiz miqdardan çox olmamaq şərti ilə məhsullara əlavə olunurlar. Şərab, bal, şirələr və s. bu kimi məhsullara pH-ı nizamlamaq üçün əlavə edilən bir sıra digər kimyəvi birləşmələr də qatqılara aid edilir ki, çox zaman onların orqanoleptiki xassələrini yaxşılaşdırırlar. Əlbəttə, limon turşusunun kalsium və natrium duzları, kalsium karbonat kimi, aqar, yaxud celatin, pektin kimi keyfiyyət yaxşılaşdırıcılarının qatqı halında işlədilməsinin çoxillik təcrübələr və tədqiqatlar nəticəsində öyrənilib əsaslandırılmasına baxmayaraq, hazırda dünya miqyasında həddən ziyadə əlavə qatqılar meydana çıxıb ki, bu və ya digər ölkələrdə onların bəzilərinin istifadəsi şübhə doğurur və yaxud onlar tamamilə istifadə olunmurlar. Onların çoxundan Rusiyada, o cümlədən Azərbaycanda istifadə etməyə indiyədək icazə verilməmişdir. Məsələn, karboksimetilsellüloza kimi qatqılardan istifadə edilərək məhsullar alınmaqla və heyvanlar üzərində tədqiqat aparılmaqla alınan nəticələr bütün hallarda müsbət sayılmamışdır. Başqa sözlə, qatqıların böyük əksəriyyətinin istifadəsi qida məhsulları üçün tam mənada əsaslandırılmamışdır. Yaxud şəkər əvəzedicisi kimi sorbit və ksilitlərdən istifadə edilməsi şəkər xəstəliyi olanlar üçün yaxşı nəticə versə də, laurin və palmitin emulqatorlarının sorbitat effekti eyni nəticə verməmişdir. Bir sıra polioksietilen və stearin turşusunun efir tərkibli birləşmələri də bu qəbildəndir. Müəyyən olunmuşdur ki, sorbit efirlərinin turşularla qarışıqları boy artımını ləngidirlər. Buna baxmayaraq, lesitin birləşmələri qatqı kimi Polşada və Rusiyada çörəyin bişirilməsində emulqator rolunda, şokoladlar, marqarinlər, qənnadı kremləri, kulinar məhsulları, ət sousları və dondurmalar istehsalında, bitki yağlarında geniş miqyasda istifadə olunurlar. 44 Tədqiqatlar zamanı öyrənilmişdir ki, yumurta lesitini, soya lesitinindən daha əlverişli təsir xüsusiyyətlərinə malikdir. Belə ki, dondurmalar hazırlanmasında soya lesitinindən istifadə, pis həll olduğu üçün məhsulun konsistensiyasında bircinsliyi pozur, ona kənar dad verir. Yaxud stearin turşusunun monoqliseridi yumurta lesitini ilə birlikdə keyfiyyət yaxşılaşdırıcısı kimi işlədildikdə, dondurmaların özlülüyünü çox az səviyyədə artırır. Bütün bu misallar onu göstərir ki, nə qədər çoxsaylı olsalar da və geniş işlədilsələr də bir sıra yeyinti qatqıları, o cümlədən lesitin birləşmələri həm kimyəvi tərkib, həm də keyfiyyət baxımından yenə də öyrənilməlidirlər. Bu, ilk növbədə onların texnoloji xassələri ilə əlaqədardır. Bir sıra hallarda qatqılar qarışıq şəkildə qida məhsulları istehsalında istifadə olunurlar ki, bu arzuolunmazdır. Çünki onlardan zərərli polimer birləşmələri də yarana bilər, həm də belə vəziyyətdə istifadənin texnoloji aspektləri tam öyrənilməmişdir. Bir sıra ölkələrdə keyfiyyət qatqısı kimi saponinlərdən istifadə olunması da yağlı xəmir üçün yaxşı effekt verməsinə baxma-yaraq, həm zərərsizlik, həm də həzm baxımından, o cümlədən texnologiya baxımından ətraflı öyrənilməmişdir. Bütün bunlarla bərabər, respublikamız üçün əhəmiyyət kəsb edə bilən, ekoloji cəhətdən təmiz olan perspektiv qida qatqıları mənbələrinin araşdırılması bu gün də vacib sayılır. Bu istiqamətdə yabanı bitkilərin, o cümlədən müalicə əhəmiyyətli səhləb kök yumrularının öyrənilməsi çox maraqlıdır. Çünki onlar həm də zəngin kimyəvi tərkibə və nişastaya və digər funksional xassəli polişəkərlərə malikdirlər.

Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə