|
Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarovaali-mekteb-pedaqogokasi-muhazire-1docempirik-nəzəri metodlar
əlaqəli şəkildə tətbiq olu-
nur. Belə metodlara eksperiment, təcrübi-eksperimental iş, sınaq metodları daxildir.
Pedaqoji eksperiment
müəyyən pedaqoji fərziyyəni yoxlamaq metodudur.
Məqsədinə görə pedaqoji eksperimentin bir neçə növü ayırd edilir: müəyyənedici,
öyrədici və yoxlayıcı eksperiment. Təşkili formasına görə eksperiment üç cür olur:
təbii (adi, təbii şəraitdə keçirilir), laborator (laboratoriya şəraitində keçirilir) və
kompleks eksperiment (həm təbii, həm də laborator şəraitdə keçirilir).
Eksperimentin səmərəli nəticə verməsi üçün onu başqa metodlarla (müşahidə,
müsahibə, anket sorğusu və s.) əlaqələndirmək mühüm şərtdir.
Pedaqoji tədqiqatlarda eksperiment metodu ilə yanaşı,
təcrübi-eksperimental iş,
sınaq metodları
da tətbiq olunur. Bu zaman müəyyən proqram (plan) üzrə təcrübə
işləri aparılır, onların səmərəliliyi öyrənilir.
Pedaqoji tədqiqatlarda yeri gəldikcə
Dostları ilə paylaş: |
|
|