Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə60/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Təlimin   funksiyaları
.   Təlim   üç   başlıca   funksiyanı   (latınca   functio   –   “icra”,
“fəaliyyət” deməkdir) yerinə yetirir: təhsilverici, tərbiyəedici və inkişafetdirici funk-
siyalar. 
Təhsilverici funksiya
  – tələbələrə sistemli elmi biliklər, bacarıq və vərdişlər
aşılamaqda ifadə olunur. 
Təlimin tərbiyəedici funksiyası
  təlim prosesindən həm də tərbiyə məqsədi ilə
istifadə etməyi nəzərdə tutur. Tərbiyə funksiyası həm təlimin məzmunu ilə, həm də
təşkili metodları, müəllimin şəxsi nümunəsi və ünsiyyət vasitəsilə həyata keçirilir.
Təlimin inkişafetdirici funksiyası
 təlim prosesində  tələbələrin zehni qüvvələrini,
qabiliyyətlərini, psixi proseslərini (diqqət, nitq, təfəkkür, hafizə, təxəyyül və s) inki-
şaf etdirməkdə ifadə olunur. Təlim özlüyündə psixi proseslərin inkişafını təmin etmir;
bunun üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır.
Təlim   prosesinin   göstərilən   funksiyaları   bir-birindən   ayrılıqda   yox,   qarşılıqlı
əlaqədə, həm də kompleks halında həyata keçirilməlidir. Yalnız bu şərtlə müəllim
tələbələrin şəxsiyyət – Vətəndaş və mütəxəssis kimi formalaşmasına, psixi inkişafına
kömək göstərə bilər.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə