Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə52/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   166
Tibb bacısının işi-1

Dərmanların aptekdən yazılıb
-alınması ilə palata tibb bacısının sifarişinə əsasən böyük tibb bacısı 
məşğul olur. Dərmanlar xüsusi blanklarda yazılır və şöbə müdiri tərəfindən təsdiq edilir. Uçotu aparılan 
dərmanları baş həkim imzalayır.
Aptek stasionar şəraitində müalicə olunan xəstəyə məxsus dərmanları orijinal qablaşdırır. 
Dərmanları alanda tələbnamə ilə tutuşdurmaq lazımdır. Dərmanların saxlanması və sərf edilməsinə
düzgün paylanmasına şöbənin müdiri cavabdehdir. Bu işi isə böyük tibb bacısı təşkil edir.
Dərmanlar qıfıllı şkaflarda saxlanılmalıdır. Bunun “Xaricə”, “Daxilə”, “İnyeksiya”, “Göz 
damcıları”, bölmələri olmalıdır. Həmçinin poroşok, mikstura və ampula yuxarı rəfdə, məhlul aşağıda 
saxlanılmalıdır. Qoxulu dərmanlar ayrı saxlanılır. İçində dərman olan hər flakonun üstü yazılmalıdır.
Zəhərli dərmanlar ayrıca qıfıllı şkafda, narkotiklər seyfdə saxlanılır. Seyfin qapısının içərisinə “A” 
yazılır və dərmanların siyahısı vurulur, burada dozalar göstərilir. Narkotik maddələr 5 günlük tələbatdan 
artıq olmamalıdır. Çox güclü dərman ayrıca şkafda saxlanılır (“B»şkafı), qıfıl altdan olmalıdır. Dərman 
saxlanan yerlərdə və tibb bacısı postlarında zəhərli və çox güclü dərmanların birdəfəlik, ən yüksək və 
sutkalıq dozaları yazılmış cədvəllər və həmçinin zəhərlənmələrdə işlədilən pədzəhərlərin cədvəli 
asılmalıdır. Xüsusi kitabda zəhərli və narkotik dərmanların uçotu aparılmalıdır. Onun səhifələri 
nömrələnib, üzərində baş həkimin möhürü və imzası olmalıdır.


Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 46 
Dərmanlar saxlanan yerlərdə temperatur və işıq rejimi gözlənilməlidir. Tinkturalar, dəmləmələr
emulsiya, serum, vaksinlər, üzvü preparatlar, qlükoza məhlulu və s. +2+8 dərəcə temperaturda 
saxlanılmalıdır. Xəstələrə zəhərli və narkotik dərmanlar başqa dərmanlardan ayrı vaxtda verilməlidir. 
Aptekdə hazırlanan dərmanların müəyyən saxlanma müddəti vardır:inyeksiya-2 sutka, göz damcıları-2 
sutka, dəmləmələr-2 sutka, qalan dərmanlar-10 sutka.

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə