Mühazirə
Mövzu 1. Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər.
Sənayenin əsasını təşkil edən maşın və avadanlıqların yüksək keyfiyyətdə hazırlanması, onların uzunömürlü olmasını təmin etmək üçün maşınqayırma elminin inkar edilməz böyük rolu var. Belə ki, maşınqayırmada avto- matlaşdırmanın, robotlaşmış texnoloji xətlərin və çevik istehsal sahələrinin yaradılması müasir tələblərə cavab verən keyfiyyət göstəricisi olan maşın və avadanlıqların hazırlanmasına nail olunmuşdur. Bununla belə əmək məhsuldarlığı nəzərə çarpacaq səviyyədə artmış və istehsal proseslərində tətbiq olunan ağır əməyi aradan qaldırmaq mümkün olmuşdur.
Maşın və avadanlıqların istehsal texnologiyası elminin inkişafında sovet alimlərinin böyük rolu olmuşdur. Maşınqayırma texnologiyasına aid birinci əsaslı əsəri («Maşınqayırma texnologiyası kursu») 1932-ci ildə Prof.
A.P.Sokolovski
nəşr etdirmişdir. Bununla eyni zamanda maşınqayırma texnologiyasının əsasın yaratmaqda prof. A.İ.Kaşirin, prof. B.S.Balakşin və b. iştirak etmiş və bir sıra kapital əsərlər yaratmışlar. Beləlikiə maşınqayırma texnologiyası ümumi nəzəri əsaslarla yaranaraq sonra inkişaf etmiş və sahə texnologiyalarına ayrılmış, yəni dəzgarhqayırma texnologiyası, Avtomobil və Traktor inşaatı texnologiyası, Neft və Kimya maşınqayırma texnologiyası, Cihazqayırma texnologiyası, Elektrik maşınları istehsalı texnologiyası və sair maşinların istehsal texnologiyası yaranmışdır.
«Cihazqayırma tehnologiyası»da əvvəllər ümumiləşmiş halda olmuşdur. Bu sahədə birinci ümumi xarakterli əsəri prof. A.B.Yaxin yazmışdır. Sonralar texnikanın böyük sürətli inkişafı, xüsusən sənaye proseslərinin mexanikiəşdirmə və avtomatlaşdırma işləri ilə əlaqədar olaraq, cihazların miqdarı və növləri misilsiz sürətlə artığı üçün qısa bir müddət ərzində cihazqayırma tehnologiyasının xüsusi sahələri yaranmış və bu sahələrə aid bir sıra əsərlər İ.M.Tkalin, A.N.Qavrilov, İ.Q.Eydes, A.L.Çestnov tərəfindən çan edilmişdir.
Neft və Qaz mədənləri avadanlıqlarının, cihazlarının və Neft-Kimya aparatlarının hazırlanma texnologiyası prosesləri üçün ilk dəfə olaraq monoqrafiya və dərslikiər prof. Ə.C.Mustafayev tərəfindən yazılmışdır. Azərbaycan dilində yazılmış bu dərslikiər mexanika fakultələrində
oxuyan tələbələr, aspiratntlar və maşınqayırma zavodlarında çalışan mühəndis tehnoloqlar tərəfindən geniş istifadə edilmişdir.
“Texnologiya” (İki yunan sözündən yaradılmışdır techne - incəsənət, ustalıq, bacarıq və lodes - söz, öyrənmə, elm) hazır məhsulu əldə etmək üçün xammalın, materialın, yarım fabrikatın müvafiq istehsal vasitələri e’malı üçün müxtəlif qayda və üsulları özündə cəmləyən, nizama düzən elmə deyilir.
Maşınqayırma texnologiyası - hər hansı bir maşın tələb
olunan keyfiyyət, istehsal proqramı ilə müəyyən olunmuş miqdarda,
tələb olunan vaxt ərzində, ən az əşyalaşmış və canlı əmək sərf etməklə, yə’ni ən kiçik maya dəyərilə istehsalını tə’min edən elmə deyilir.
Maşınqayırma sənayesinin istehsal etdiyi məhsul müxtəlif maşınlardır.
Maşın - enerjinin növünü dəyişməK üçün məqsədə uyğun hərəKətləri yerinə yetirən və ya faydalı iş görən mexanizm və ya mexanizmlər cəmidir. Bütün müxtəlif maşınlar 2 növə bölünür: enerjinin növünü dəyişən maşın mühərriklər və işçi maşınlar (maşın - əmək vasitələri) bunların köməyilə əmək sərf edərək məhsul yaradılır - yə’ni məhsulun forması, qruluşu və ya mövqeyi dəyişdirilir. Maşınlar, avadanlıqlar,
mexanizmlər, qurğular, onlardan təşkil edilmiş aqreqatlar və ya hissələr maşınqayırma müəssisəsinin istehsal məhsullarıdır.
Məhsul - müəssisədə hazırlanan və istehsalın son mərhələsinin əşyası və ya əşyalar dəstinə deyilir.
Məhsulları tə’yinatına görə əsas və köməkçi istehsalın əşyası kimi 2 qrupa bölürlər. Əsas istehsalın məhsulu tədarük (satılmaq), köməkçi istehsalın məhsulu isə müəssisə daxili imkanlar üçün nəzərdə tutulur. Dövlət standartlarına görə məhsulun aşağıda göstərilən növləri vardır.
Hissə (detal) - bir materialdan və heç bir yığma əməliyyatın tətbiq etmədən hazırlanan məhsula deyilir (məsələn, bir çeşiddən hazırlanmış val, tökülmüş gövdə və i.a).